Cüme axşamı, 18.04.2024, 14:33
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 10 » Rusiyada «Quran» qiraəti üzrə müsabiqə keçiriləcək
    10:38
    Rusiyada «Quran» qiraəti üzrə müsabiqə keçiriləcək
     
     
     
     
    Müqəddəs kitabın qiraətinddə Dağıstan, Başqırdıstan, İnquşetiya, Tatarıstan, Çeçenistan, Penza vilayəti və digər bölgələrdən olan onlarla söz ustası iştirak edəcək

    Noyabrın 3-ü və 4-də Kazan şəhərində ikinci Ümumrusiya «Quran» qiraəti müsabiqəsi keçiriləcək. Tədbir Tatarıstan paytaxtında Rusiya İslam Universitetinin yaradılmasının 10 illiyi çərçivəsində keçiriləcək. Məlumatı İTAR-TASS agentliyinə Tatarıstan Müsəlmanları Ruhani İdarəsinin müftisi Qusman İshaqov verib.
    Onun sözlərinə görə, müsabiqədə məqsəd Rusiyada «Quran»ın əzbər öyrənilməsi ənənəsinin inkişaf etdirilməsidir. Tədbirin təşkilatçıları Asiya Müsəlmanları Komitəsi, Ümumdünya İslam Xeyriyyə Təşkilatı və Tatarıstan Müsəlmanları Ruhani İdarəsidir. Müqəddəs kitabın qiraətinddə Dağıstan, Başqırdıstan, İnquşetiya, Tatarıstan, Çeçenistan, Penza vilayəti və digər bölgələrdən olan onlarla söz ustası iştirak edəcək. Onların ustalığını isə Qətər, Səudiyyə Ərəbistanı, Küveyt və MDB ölkələrindən olan tanınmış hafizlər qiymətləndirəcək.
    Müsabiqənin proqramında Rusiya İslam Universitetinin, eləcə də digər ölkələrin «Quran» alimlərinin çıxışları da nəzərdə tutulur. Müsabiqə tatar estrada artistlərinin ifasında münəcatla başa çatacaq.
    «Quran» qiraəti üzrə ilk Ümumrusiya müsabiqəsi Kazanda 2004-cü ilin noyabrında keçirilmişdi. Onun qalibi Penza İslam Universitetindəki kollecin şagirdi İslam Daşkin olmuşdu. /ANS PRESS/

    Категория: Dünyada | Просмотров: 1111 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər