Cüme, 19.04.2024, 23:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 22 » CERN təcrübəsindən Allahın varlığına
    23:43
    CERN təcrübəsindən Allahın varlığına
     
     
     
     
     
     
     
     
     
    MEDiA-iSLAM timetürk saytına istinadən verdiyi xəbərə əsasən.On dörd ildir elm adamları CERNdəki "super mikroskop" sisteminin tamamlanması üçün canla başla işlədilər. Təcrübənin təməlini qısaca izah etməyə çalışsaq; nəhəng parçacıq sürətləndiricisində əvvəl parçacıq dəstələri yaradılacaq. Proton kimi atom parçacıqları əvvəl tək istiqamətdə sürətləndiriləcək. Daha sonra tərs istiqamətlərdə sürətləndirmə və sonunda vuruşdurma dayanacaqlarından keçiləcək. Əvvəl aşağı enerji səviyyələri, sonra tərə ölçəği... Nisbi zəif təcrübə sıxlıqlarından idarəsi daha çətin olan yüksək sıxlıqlara keçiləcək. Sonra?.. Yol üzərindəki hər addımda, vəzifə alan minlərlə elm insanı, mühəndis və şagird nəticələri şərh edəcək.

    Böyük Partlamanın (Big Bang) ardından ortaya çıxan maddələrin yalnız yüzdə 4ünü bilirik. Kainatın yüzdə 70i qaranlıq enerji, yüzdə 26ı qaranlıq maddə. Bu kainat, yüzdə doxsandan çoxu nə olduğunu bilmədiyimiz, haqqında heç bir fikirimizin olmadığı, "qaranlıq maddə" və "qaranlıq enerji"dən meydana gəlməkdədir. "Qaranlıq maddə"nin və "quru enerji"nin varlığını tələb edən bir çox müşahidə var. Davamlı genişləyən kainatı təcilli olaraq genişlədən bir "quru enerji" vardır. Bütün kainata hakim olan bu qüvvət bərabərində ulduzların və qalaktikaların da bir nizam içində qalmasına vasitə olur. Varlığın dərinliklərinə enirsiniz. Amma hər araşdırma, qarşımıza yeni suallar çıxarır. "Qaranlıq enerji"ni kəşf etmiş oluruq.

    Ama haradan gəldiyini bilmirik. Düşünə bilirsinizmi? Bir tərəfdən elmin hər şeyi həll etdiyi, onu hər şey zənn edən anlayışımız, digər tərəfdən kainatın əksəriyyətini nəyin təşkil etdiyini hələ bilə bilməyişimiz... Varlığın şahid olduğumuz qisimi dəvədə qulaq mesabesinde.. Bütün bunlar pərdənin arxasında daha nə qədər aləmlər və kainatlar olduğuı düşüncəsinə aparır zehinləri. Budur CERNdəki təcrübələr qaranlıq maddədən "super kəndirlərə" qədər əlaqədar nəzəriyyələrə dəstəkləyici tapıntılar gətirə bilər. Hətta bu təcrübə kainatda bizim görmə elektromanyetik aktivasiyamız xaricində şüur sahibi ışınsal varlıqları göstərə bilər. Başqa sözlə bu təcrübələr təcrübəüstü həqiqətlərə; işıq sürətindən daha kənar sürət və dünyaların qapılarını aralaya bilər. Maddənin nüvəsini, təməlini tapmaq üçün əsrlərdir sürən axtarışların içinə girdik. Maddənin dərinliklərinə daldıq. Əvvəl atomları, sonra ondan yüz minlərlə daha kiçik olan atom nüvəsini, ardından da atom nüvəsindəki infrastrukturlar olan protonları, neytronları və digər yüzlərlə "təməl parçacıqlar"ı kəşf etdik. Maddə əsas etibarı ilə atom nüvəsindən ibarət olduğuna görə yaxşı nüvə işçiləri (proton və neytron) nə qədər maddədir? Onlar maddəyə nə qədər bənzəyirlər?Bu suallara kimsə dəqiq cavab verə bilmir.

    Günümüzün etibarlı maddə qaydasının kəşf edilməmiş tək dənəciyi olan Higgs parçacığı kəşf edilsə, kosmosla əlaqədar bir çox paradoks və problemə həll ola biləcək. Əgər Higgs bozonları tapılsa yalnız cazibə qüvvəsinin deyil qaranlıq maddənin sirri də işıqlanacaq. Dahası dörd təməl qüvvətdən ikisi olan elektromanyetizma ilə zəif nüvə qüvvəsiləri fərqli edənin nə olduğu təyin olunacaq. Niyə atomlar var? Kimyanın gərəyi nə? Qərarlı atom strukturlarını mümkün edən nədir? Görüldüyü kimi ən fundamental suallara cavab axtarılacaq CERNdəki təcrübələrdə.

    Bu təcrübələrlə dünyada çatılmış ən yüksək vuruşma enerjisi olacaq. Elm tarixinin bu ən güclü "mikroskopunda" trilyon elektronvolt (qısaca TeV) səviyyəsində enerji çıxaracaq bir sistemi hazırlayırsınız. TeV (trilyon elektron volt) ölçeğini kəşflərə açmaq, yeni bir təcrübi fizika dünyasına girmək mənasını verir. Nə üçün beləsinə yüksək enerji? Elektrozayıf simmetriya qırılması, ierarxiya problemi və qaranlıq maddənin sirri kimi mövzular, ancaq TeV ölçeğinde həll edilə bilər.. İndiyə qədər heç cür tapıla bilməyən Higgs parçacıqlarına ancaq bu enerjilərdə çatıla biləcəyinə inanılır. Kim bilər bəlkə də kainatdakı maddənin çox böyük hissəsini meydana gətirən "qaranlıq maddə" dediyimiz şeyin əslinin Higgs bozonları olduğunu anlayacağıq. Bəlkə də hətta 19. əsrin sonlarında (və 20. əsrin başlarında) elm dünyasının sıx bir şəkildə müzakirə etdiyi "əsir maddəsi"nin "qaranlıq maddə" ilə əlaqəsi; hətta ondan ibarət olduğu ortaya çıxacaq.

    Yaşamın ən kiçik quruluş daşı: Super kəndirlərVarlığın düyünlənildiyi nöqtələrə baxdığımızda qarşımıza "super kəndirlər" çıxır: Super kəndirlər Planck səviyyəsində (yəni 10 üzəri -33 məsafəsi) bir məkanı təmsil edir. Atomlar elə kiçik bir məkanı təmsil edər ki atom, kəndirlər yanında günəş sistemi qədər böyük qalar. Həyatın ən kiçik quruluş daşı nöqtə şəklində deyil, iç içə keçmiş titrəşən kəndirlər (strings) şəklindəki strukturlardan ibarət. Kəndirlərin ən çaşdırıcı yanlarından biri yalnız bilinən ölçülərə (zaman və kosmos) deyil, on ya da hətta on bir ölçüyə sahib olması. Bu halıyla kəndirlər maddə və maddə sonrası bütün varlıqların təməli ola bilər. Bir yerlərdə, görünməz bir şəkildə, yumaq halında sarılı olduğu üçün bu ölçüləri görə bilmirik. Bu obyektlərin (təbii söz mövzusu olanın obyekt olub olmadığı da bilinmir) tərif edilməsi qeyri-mümkün. Princetondakı Elitaya Universitetində vəzifəli bir fizika dahisi sayılan Edward Witten, "super kəndirlər" söz mövzusu olunca, ovsunlandığını və onları çox qəribə tapdığını ifadə edir. Witten, bəzən saatlarla kreslosuna uzanır və gözlərini tavana tikərək kainatın quruluşunu şərhi məqsəd qoyan "m-Nəzəriyyəsi" üzərinə düşünür. Nəzəriyyəni hələ tək bir düstur halına gətirə bilmir. Daha, M hərfinin mənasını belə həll etmiş deyil. Super kəndir nəzəriyyəsini irdələyən elm insanları M sözünün sirr, sirr mənasını verən "Mysterium"dan gəldiyini düşünürlər. Təriflərin fizikası mənadan çox dini bir xüsusiyyət daşıması qarşısında çaşmış. Məlumat və ağılçı vasitələrlə analiz edən üsullardan fərqli bir sirr iləmi qarşı-qarşıyayıq görəsən? Bütün səylərə baxmayaraq varlığın ən mərkəzində iştirak edən şeyə çatıla bilməyəcəyi bir nöqtəmi var?

    Milyarlarca il əvvəl idi, hələ GÜnəş yox, Dünya və planetlər ortalıqda görünmürdü. Qalaktikalar və qalaktikalar arasındakı "kosmos" bir-birinə yaxın hətta bitişik halda idi. Daha da əvvəlki dövrlərə gedildiyində heç bir günişləmənin olmadığı bir "zaman aralığı" çıxırdı qarşımıza. İşdə bu kainatın ilk doğulduğu an olmalı idi. Bir nöqtədən sonra daha da kənara gedildi. Belə ki "yaradılışdan" əvvəlki zamana çatıldı. Yaradılış nüvəsi, maddə və fizikası qanunlarla açıqlana bilməz halda idi. CERNdəki təcrübələr, hər şeyin tək bir şey halını aldığı o "naməlum və tərifsiz" yaradılış nüvəsinin niyə ibarət olduğunu açıqlaya biləcək ipuclarına çatacaqmı? Kainatın ilk günlərinə gediləcəyi, kiçik bir yaradılış partlamasının təkrarlanacağı təcrübədən gözləmələr böyük. Bütün hadisələrin tək bir tənliklə ifadə ediləcəyi nəticələrə çatacaqlarını ümid edir elm adamları. Elm ictimaiyyətində, bütün düsturların təməlində yatan ana düstura çatmanın həyəcanlı gözləyişi var. Varlıq, metafizik oxlu yeni bir tanıma daha qovuşa bilər.

    Kainatın bütünlüyü və ierarxiyasına olan inanc, elm adamlarını kainatı izah edəcək daha təməl və sadə bir nəzəriyyəni tapmağa doğru qaçdırır. Kainatdakı bütün sistemlərin ahənglə işləməsində rol alan qüvvətlərin və bütünlüklə maddi ünsürlərin, nəticədə tək həqiqətin dəyişik əks olunmalarından və təcəllilərindən başqa bir şey olmadığı gün keçdikcə elm aynasında daha yaxşı ortaya çıxmaqdadır. Yeni görüşlər kainatın tək bir nöqtədən və tək bir özdən çıxdığına dəstək verərkən, ortaya çıxan həqiqətlər, tək bir Yaradanın varlığına açıq dəlillər ortaya qoymaqdadır. Elə görünür ki əldə etdiyimiz nəticələr, kainata və varlığa yüklədiyimiz mənanı dəyişdirəcək. Hətta elə gözləmələr var ki, ortaya çıxacaq görüşlər haradan gəlib hara getdiyimiz və nə məqsəd qoy yaradıldığımız kimi yaradılış sirlərinə açıqlıq gətirə bilər; din ilə elmi görüşdürəcək nəticələrə apara bilər.

    WwW.MEDiA-iSLAM.CoM ANALİTİK XƏBƏR XİDMƏTİ

    TƏRCÜMƏ ETDİ İLKİN HÜSEYNİ

    MATERİALDAN İSTİFADƏ EDƏRKƏN İSTİNAD VACİBDİR

    Категория: ANALİZ | Просмотров: 1599 | Добавил: media-islam | Рейтинг: 5.0/1
    Всего комментариев: 3
    23.09.2008
    3. ZehrayiNur (ZehrayiNur) [Material]
    gozel melumatdir

    23.09.2008
    2. Nisa (Nisa) [Material]
    Allah razi olsun Ilkin Huseyni cox maraqli melumatdi

    23.09.2008
    1. DINDARKA (DINDARKA) [Material]
    melumat heqiqetende cox yaxsi idi allah razi olsun smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər