Ayların Sultanı Mübarək Ramazan - Dini meqaleler - Meqaleler kataloqu - ....::İslam::....
Cüme, 09.12.2016, 09:46
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6768
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Dini meqaleler

    Ayların Sultanı Mübarək Ramazan
    Bağışlayan və Mehriban Allahın adı ilə.
        Şükrlər olsun Allaha ki, bizlərə ayların ən fəzilətlisi olan Ramazan ayına daxil etdi. Bəli bu ay elə böyük bir fəzilətə malik aydır ki, onu bir məqalədə bütün təfəruatı ilə qeyd etmək qeyri-mümkündür.
        İnsanın mə­nə­vi saf­lı­ğın­da, onun əx­la­qın­da, tə­ka­mül və ru­hi tə­rəq­qi­sin­də bö­yük rol oy­na­yan və mü­hüm əhə­miy­yət kəsb edən iba­dət­lər­dən bi­ri də oruc­dur. İla­hi qo­naq­lıq ad­la­nan bu iba­də­ti ye­ri­nə ye­ti­rən za­man in­sa­nın bü­tün gün­lə­ri, saat­la­rı, də­qi­qə və sa­ni­yə­lə­ri be­lə onun üçün iba­dət və sa­vab sa­yı­lır. Ra­ma­zan ayın­da ye­ri­nə ye­ti­ril­mə­si va­cib olan bu əməl özün­də cəm­lə­di­yi xeyr və bə­rə­kət­lə­rə gö­rə hə­min aya xü­su­si bir tə­ra­vət və gö­zəl­lik ve­rir. Hə­dis­lər­də və rə­va­yət­lər­də bu ay «Al­lah ayı» və «mü­ba­rək ay» ad­lan­dı­rıl­mış­dır. Gü­nah zən­cir­lə­rin­dən qur­tul­maq, qa­ran­lıq aləm­dən xi­las olub nur­lu alə­mə, yə­ni Al­la­hın mər­hə­mə­ti­nə, səa­dət və ba­ğış­la­ma­sı­na qo­vuş­maq üçün bu ay ən bö­yük für­sət­dir. Ba­ğış­lan­maq və səa­dət əl­də et­mək üçün bu ayın ən bö­yük für­sət ol­du­ğu əziz İs­lam Pey­ğəm­bə­ri Mu­həm­məd (s)-in Ra­ma­zan ayı haq­qın­da bu­yur­du­ğu mü­ba­rək hə­di­sin­dən mə­lum olur: «Hə­qi­qə­tən bəd­bəxt o kəs­dir ki, bu bö­yük ay­da Al­lah-təa­la­nın ba­ğış­la­ma­sın­dan məh­rum olur.» O həz­rət ye­nə bu ayın fə­zi­lə­ti haq­qın­da bu­yu­rur: «Bu ay­da nə­fəs­lə­ri­niz zikr, yu­xu­nuz iba­dət, əməl və dua­nız isə məq­bul­dur.» Be­lə bir üs­tün­lü­yə və fə­zi­lə­tə ma­lik olan bir ay in­san ru­hu­nun və qəl­bi­nin pak­lı­ğı üçün ona bəxş olun­muş ən bö­yük ne­mət­dir.
       
        Mübarək Ramazan ayının üstünlüyü
       
        Ramazan ayında oruc tutulması, Qurani-Kərimdə bəyan olub. Bu ayın adının Quranda qeyd olması və Quranın bu ayda nazil olması, Ramazan ayının üstünlüyünə dəlildir.
        İslam rəvayətlərindən məlum olur ki, bütün səmavi kitablar - Zəbur, Tövrat, İncil və Quran hamısı bu ayda nazil olublar.
        İmam Sadiq (ə) buyurur: «Tövrat Ramazan ayının 6-da, İncil 12-də, Zəbur 18-də, Quran isə Qədr gecəsi nazil olub.» Bununla da Ramazan ayı səmavi kitabların nazil olma ayı, təlim və tərbiyə ayıdır. Oruc tutmaqda olan tərbiyə proqramı səmavi kitabların göstərişləri ilə həmahəng olmalıdır.
       
        O­ruc və dü­şün­mək
       
        O­ru­cun əhə­miy­yə­ti bir­tə­rəf­li de­yil­dir. Bax­ma­ya­raq ki, çox­la­rı bu ayı bu cür ba­şa dü­şür­lər. Yə­ni onun sırf tib­bi cə­hə­ti­ni nə­zə­rə alır­lar. Onu yal­nız bu cə­hət­də araş­dı­rır­lar. La­kin oru­cun əhə­miy­yə­ti sırf bu cə­hət­də məh­dud­laş­mır. Heç onun da­şı­dı­ğı məq­səd də bu de­yil­dir. Oruc in­san­la­ra Al­lah-Təa­la tə­rə­fin­dən baş­qa məq­səd­lər üçün va­cib edilmişdir. La­kin bu ara­da onun in­san or­qa­niz­mi­nə də xey­ri var­dır. Oruc, in­sa­ni ira­də­siz­lik­dən, dö­züm­süz­lük­dən, xəs­tə dü­şün­cə­lər­dən, onun səa­dət və tə­rəq­qi­si­nə ən bö­yük düş­mən sa­yı­lan nəf­si və şey­ta­ni is­tək­lər­dən xi­las edir, ona möh­kəm ira­də, sağ­lam dü­şün­cə və s. müs­bət key­fiy­yət­lər bəxş edir. Oruc tut­maq­la in­sa­nın or­qa­niz­mi müx­tə­lif cür ye­mək­lər qə­bul et­mək­dən is­ti­ra­hət et­di­yi ki­mi onun ru­hu və qəl­bi də müx­tə­lif gü­nah və çir­kin­lik­lə­rə alu­də ol­maq­dan is­ti­ra­hət edir. İn­sa­ni səa­də­tə apa­ran yol ye­mək və iç­mək de­yil. Mə­nə­vi saf­lıq və ru­hi pak­lıq­dır. Səa­dət yo­lu­nu bu cür ba­şa dü­şən­lər do­ğur­dan da ya­nı­lıb­lar. İn­san özü­nün bu ya­nıl­ma­ğı­nı bil­mə­si üçün, bir çox ru­hi və mə­nə­vi dərd­lə­rə dər­man olan dü­şün­mək­dən is­ti­fa­də et­mə­li­dir. Dü­şün­mək üçün də in­sa­na für­sət ve­rən oruc tut­maq­dır. Çün­ki ye­mək və iç­mə­yə ba­şı qa­rış­mış in­san özü haq­qın­da dü­şün­mək fik­ri­nə be­lə gəl­mir. Ma­raq­lı­dır ki, in­san hər han­sı bir şe­yi al­maq üçün saat­lar­la fi­kir­lə­şib o qə­dər vaxt sərf edir ki, heç öz ta­le­yi və əsl səa­də­ti haq­qın­da o qə­dər dü­şü­nüb vaxt sərf et­mir. Al­lah-təa­la da oru­cu in­san­la­ra ona gö­rə va­cib et­di ki, on­lar ye­mək və iç­mək­dən bir müd­dət ay­rıl­sın­lar və öz hə­yat­la­rı haq­qın­da dü­şün­sün­lər ki, hə­yat elə bun­dan iba­rət­dir mi ki, biz ya­şa­yı­rıq? Dü­şün­mək in­sa­na Al­la­hı da­ha da ya­xın­dan ta­nıt­dı­rır. Elə oru­cun əsas əhə­miy­yət­lə­rin­dən bi­ri də odur ki, o in­sa­nı dü­şün­mə­yə va­dar edir və bu dü­şün­mə­yin nə­ti­cə­sin­də də Al­la­hı bir az da ya­xın­dan ta­nı­ma­ğa baş­la­yır. İn­san gün­də­lik hə­ya­tın­da ye­yib-iç­mə­yə məş­ğul ol­du­ğu za­man be­lə bir dü­şün­mə­yə für­sət tap­mır. La­kin oruc tut­duq­da in­san fi­kir­lə­şir və özü üçün bir sı­ra sual­lar mey­da­na çı­xa­rır. Mən ni­yə ye­mi­rəm? Axı hər gün ürə­yim is­tə­di­yi şey­lə­ri ye­yib-içir­dim? Bu gün ni­yə mən bu iş­lə­ri gör­mü­rəm? O han­sı qüv­və­dir ki, mən onun gös­tə­ri­şi­nə əməl edi­rəm? Baş­qa vaxt­lar mən nəf­si is­tək­lə­ri­min ix­ti­ya­rın­da idim. On­la­rın fər­ma­nı­nın ta­be­çi­li­yin­də idim. Bu gün mən ki­min ix­ti­ya­rın­da və ki­min ta­be­çi­li­yin­də­yəm? Bu sual­lar in­sa­nı dü­şün­mə­yə va­dar edir. Ca­va­bın­da isə in­san ba­şa dü­şür ki, mən nəf­si is­tək­lə­ri­min yox, mə­ni ya­ra­dıb mə­nə son­suz ne­mət­lər bəxş edən hə­qi­qi ne­mət sa­hi­bi­nin, yə­ni Al­la­hın ix­ti­ya­rın­da olub onun gös­tə­riş­lə­ri­nin ta­be­çi­li­yin­də ol­ma­lı­yam. İn­sa­na hə­yat­da ən va­cib və zə­ru­ri olan şey ne­mət sa­hi­bi­ni ta­nı­maq­dır. Ra­ma­zan ayı da in­sa­nı ac qal­maq­la dü­şün­dü­rüb ona hə­qi­qi ne­mət sa­hi­bi­ni ta­nıt­dı­ran və in­sa­na da­im Al­la­hı xa­tır­la­dan bir ay­dır. İn­sa­nın ye­mək və iç­mək vax­tı gəl­dik­də o, ye­yib-iç­mə­yi xa­tır­la­ya­raq özü­nü ona eh­ti­yac­lı bi­lir. La­kin bu ay­da in­san özü­nü ye­mək-iç­mə­yə eh­ti­yac­lı bil­sə də, məc­bu­ri ola­raq ye­yib-iç­mə­yi yox, Al­la­hı xa­tır­la­yır və bi­lir ki, mən onun əm­ri­nə ta­be ola­raq oruc tut­mu­şam. De­mə­li oruc Al­la­hı dü­şün­mək­lə bir­ba­şa əla­qə­li­dir.
        O­ruc in­sa­na Al­la­hı dü­şün­dü­rüb xa­tır­lat­dı­ğı ki­mi baş­qa şey­lə­ri də in­sa­na dü­şün­dü­rüb xa­tır­la­dır. Qi­ya­mə­tin ac­lıq və su­suz­lu­ğu­nu, fə­qir­lə­rin ha­lı­nı, on­la­rın çək­di­yi əziy­yə­ti in­san­la­ra ba­şa sa­lır. Oruc tut­maq­la in­san bi­lir ki, ac­lıq və su­suz­luq nə de­mək­dir, onun əziy­yə­ti ne­cə olur. Bu­nun­la da hə­min şəxs qi­ya­mə­tin ac­lıq və su­suz­luq əziy­yə­ti­ni xa­tır­la­ya­raq bu dün­ya­da­kı əməl­lə­ri­ni saf­laş­dı­rır, özü­nü gü­nah­lar­dan pak­la­ya­raq qi­ya­mət gü­nün­də­ki he­sa­ba­ta ha­zır­la­şır. Pey­ğəm­bər bu ba­rə­də bu­yu­rur: «Ra­ma­zan ayın­da ac­lıq və su­suz­lu­ğu­nuz­la qi­ya­mət gü­nün­də­ki ac­lıq və su­suz­lu­ğu xa­tır­la­yın.»
        Fə­qir­lə­rin ha­lı­na yan­maq, on­la­ra yar­dım et­mək in­sa­nın in­sa­ni bir bor­cu­dur. Da­im ye­mək və iç­mək­də olan in­san ac­lıq əziy­yə­ti çək­mə­di­yi­nə gö­rə fə­qir­lə­rin ha­lı­na ya­nıb on­la­ra kö­mək et­mək eh­ti­ma­lı da on­dan uzaq ola­caq­dır. La­kin oruc fə­qir­lə­rin ha­lı­nı in­sa­na xa­tır­la­dır və ona fə­qir­lər çə­kən əziy­yə­ti da­dız­dı­rır. İs­lam di­ni in­san­la­rı sə­də­qə ver­mə­yi töv­si­yə edib­dir. Oruc­luq ayın­da da bu iş da­ha ra­hat gö­rü­lür. Çün­ki onun fə­qir­lə­rə qar­şı ar­tıq mü­na­si­bə­ti də­yi­şir və on­la­rın əziy­yə­ti­ni ba­şa dü­şə­rək on­la­ra yar­dım­çı olur. Elə bu­na gö­rə də Pey­ğəm­bər bu ay­da in­san­la­ra fə­qir­lə­rə sə­də­qə ver­mə­yi əmr edib, onun in­san səa­də­tin­də bö­yük ro­lu ol­du­ğu­nu söy­lə­miş­dir. O həz­rət bu­yu­rur: «Fə­qir­lə­ri­ni­zə və mis­kin­lə­ri­ni­zə sə­də­qə ve­rin. Bö­yük­lə­ri­ni­zə hör­mət, ki­çik­lə­ri­ni­zə isə rəhm edin.»
        Pey­ğəm­bər ye­nə də sə­də­qə haq­qın­da bu­yu­rur: «Ey in­san­lar! Hər kəs bu ay­da mö­min bir oruc tu­tan şəx­sə if­tar ver­sə bir qul azad et­mək sa­va­bı­nı əl­də et­miş olur. Keç­miş gü­nah­la­rı ba­ğış­la­nır.» Pey­ğəm­bə­rə de­yil­di: «ey Al­la­hın Rə­su­lu! Axı bi­zim ha­mı­mı­zın bu­na qüd­rə­ti­miz yox­dur.» Pey­ğəm­bər bu­yur­du: «Cə­hən­nəm odun­dan qorx. Bir də­nə xur­ma və ya­xud bir su ilə ol­sa be­lə bu işi gör.»
       
        O­ruc və onun mə­nə­vi əhə­miy­yə­ti
       
        İn­sa­nı mə­nə­vi cə­hət­dən hə­lak edən və onu qa­ran­lıq alə­mə tə­rəf apa­ran amil­lər­dən də bi­ri şəh­vət­dir. Bu amil do­ğur­dan da in­san hə­ya­tı üçün çox təh­lü­kə­li­dir. İn­sa­nı gü­na­ha alu­də edən və onu iba­dət­dən sax­la­yan əsas sə­bəb­dir. Oruc tut­maq bu sə­bəb ilə bir­ba­şa mü­ba­ri­zə­dir. Çün­ki ək­sər hal­lar­da şəh­və­ti gə­ti­rən və həm­çi­nin baş­qa gü­nah­la­ra tə­rəf in­sa­nı apa­ran yol ye­mək-iç­mək­dir. Həm­çi­nin, çox yat­maq da in­sa­nı həm di­ni, həm də dün­yə­vi iş­lər­dən sax­la­yır. Hə­dis­lər­də də mə­zəm­mət olu­nan əsas möv­zu­lar­dan bi­ri də çox yat­maq­dır. Oruc­luq ayın­da ye­mək və iç­mək ol­ma­dı­ğı­na gö­rə in­san­da nə şəh­vət olur, nə də yu­xu. Be­lə olan hal­da in­san da­ha ar­tıq iba­dət et­mək və gü­nah­dan çə­kin­mək im­ka­nı əl­də edir. Hə­dis­lə­rin bi­rin­də Pey­ğəm­bər bu­yu­rur: «O­ruc cə­hən­nəm odun­dan bir si­pər­dir.»
        Bu mə­sə­lə­yə də diq­qət et­mək la­zım­dır ki, İs­lam di­ni ta­ma­mi­lə şəh­və­tin əley­hi­nə de­yil­dir. Bu ila­hi din şəh­və­tin nor­ma­da qo­ru­nub sax­la­nıl­ma­sı­nı is­tə­yir. Elə bu­na gö­rə də şəh­vət üçün bir sı­ra həd tən­zim­lə­yib ona müəy­yən çər­çi­və tə­yin edib­dir. Bu­nun­la da onun nor­ma­da qo­ru­nub sax­la­nıl­ma­sı­nı tə­min edib­dir. Şəh­vət, hə­min müəy­yən həd­lər əsa­sın­da hə­ya­ta ke­çi­ri­lər­sə o, ar­tıq if­fət ad­lan­dı­rı­lır. Oruc tut­maq da hə­min if­fə­ti tə­min edir və in­sa­nı şəh­və­tin və bir çox gü­nah­la­rın qur­ba­nı ol­maq­dan sax­la­yır. Bü­tün bun­la­ra əsa­sən, oruc tut­maq­dan məq­səd özü­nü gü­nah­dan sax­la­ma və özü­nü qo­ru­ma­dır. Yə­ni təq­va­lı ol­maq­dır. Təq­va­lı ol­maq ümu­miy­yət­lə in­san hə­ya­tı­nın və ya­şa­yı­şı­nın hə­də­fi­dir. İn­san hə­min hə­də­fə çat­maq üçün yə­ni hə­yat­da təq­va­lı ol­maq üçün ya­şa­ma­lı­dır. Təq­va bir öl­çü­dür (Təq­va - yə­ni gü­nah­dan qo­run­maq). Bü­tün şey­lər onun­la öl­çül­mə­li­dir. Qu­ran və hə­dis­lə­rin əsas möv­zu­su­nu və bir çox his­sə­si­ni təq­va­nın təş­kil et­mə­si onun hə­yat­da in­san üçün hə­dəf ol­ma­sı­na və onun hə­ya­tı üçün bö­yük bir əhə­miy­yət kəsb et­mə­si­nə ən gö­zəl sü­but­dur. Oruc təq­va­ya tə­rəf atı­lan ən bö­yük ad­dım­dır. Çün­ki Qu­ra­ni-kə­rim də oru­cu in­san­la­ra va­cib et­mək məq­sə­di­lə ayə na­zil edər­kən oruc­dan məq­sə­din təq­va olu­du­ğu­nu bil­di­rir: «O­ruc siz­dən qa­baq­kı­la­ra ya­zı­lıb va­cib ol­du­ğu ki­mi, si­zə də va­cib ol­du. Ola bil­sin ki, siz təq­va­lı ola­sı­nız.»
        O­ruc tək­cə ye­mə­yib iç­mə­mək­dən ibarət de­yil­dir. İn­sa­nın or­qa­niz­mi qi­da qə­bul et­mək­dən oruc tut­du­ğu ki­mi onun bə­dən üzv­lə­ri də gü­nah et­mək­dən oruc ol­ma­lı­dır. Yə­ni in­sa­nın əli, aya­ğı, di­li, qu­la­ğı, gö­zü və s. üzv­lə­ri gü­nah et­mə­mə­li və ha­ram­dan uzaq da­yan­ma­lı­dır. Hət­ta in­san oruc tu­tar­kən bun­dan da yu­xa­rı olan bir rüt­bə­yə çat­ma­lı­dır. Yə­ni onun qəl­bi, fi­kir və dü­şün­cə­lə­ri də oruc ol­ma­lı­dır. Gü­nah fi­kir­lər fi­kir­ləş­mə­mə­li və səhv dü­şün­cə­lər­dən qaç­ma­­lı­dır. Elə bun­la­ra əsa­sən oru­cu üç ye­rə böl­mək olar: 1) Or­qa­niz­min oru­cu - yə­ni ye­mə­mək və iç­mə­mək; 2) Bə­dən üzv­lə­ri­nin oru­cu - yə­ni üzv­lər­lə gü­nah et­mə­mək; 3) Qəl­bin və fik­rin oru­cu - yə­ni gü­nah fi­kir­lər və səhv dü­şün­cə­lər fi­kir­lə­şib dü­şün­mə­mək.
        Bu­ra­da biz­lə­ri bir su­al dü­şün­dü­rə bi­lər ki, so­nun­cu iki bö­lü­mü in­san hər bir vaxt, is­tər oruc­luq ayın­da ol­sun, is­tər­sə də baş­qa vaxt­lar­da ye­ri­nə ye­tir­mə­li­dir. Yə­ni bə­dən üzv­lə­ri­ni və fi­kir­lə­ri­ni hər bir vaxt gü­nah­dan qo­ru­ma­lı­dır. Bəs əv­və­lin­ci bö­lü­mün əhə­miy­yə­ti nə­dir? Əgər oruc tut­maq­dan məq­səd so­nun­cu iki bö­lüm­dür­sə, bəs bi­rin­ci bö­lü­mün nə ro­lu var­dır? Ca­vab isə ötən bəhs­lə­ri­miz­dən ay­dın olur ki, or­qa­niz­min oru­cu so­nun­cu iki bö­lü­mü da­ha yax­şı ic­ra et­mə­yə şə­rait və für­sət ya­ra­dır. Yə­ni in­san ac qal­maq­la şəh­vət, çox yat­maq və s. müx­tə­lif gü­nah­lar et­mək­dən hə­vəs­siz olur. Bu­nun­la da təq­va əl­də et­mə­yə in­san üçün əl­ve­riş­li şə­rait ya­ra­nır. İmam Sa­diq (ə) bu­yu­rur: «O­ruc yal­nız ye­mə­mək və iç­mə­mək de­yil. Oruc tut­du­ğun za­man gə­rək sə­nin qu­la­ğın, gö­zün, di­lin, qar­nın, əlin də oruc tut­sun. Xeyir­li və fay­da­lı söz de­mək­dən baş­qa hə­mi­şə sa­kit qal. Xid­mət­çi­lə­ri­nə rə­fiq və dost ol.»
        Ə­gər in­sa­nın yal­nız or­qa­niz­mi oruc ol­sa və baş­qa ha­ram gü­nah­lar­dan çə­kin­mə­sə, ona yal­nız ac­lıq və su­suz­luq qa­la­caq­dır. Oru­cu ona gö­rə tut­maq la­zım­dır ki, in­sa­nın mə­nə­viy­ya­tı saf­laş­sın, ru­hu və qəl­bi sağ­lam ol­sun. Mə­nə­vi cə­hət­dən in­ki­şaf edib bö­yü­sün. Bu da yal­nız or­qa­nizm oru­cu ilə mü­yəs­sər ol­mur. Bu­ra­da gə­rək bu­nun­la ya­na­şı bü­tün üzv­lər və fi­kir­lər də oruc ol­sun. Bu­nun­la da in­san is­tə­ni­lən təq­va rüt­bə­si­ni əl­də edə bi­lər.
        Ə­ziz mü­səl­man­lar! Bu gö­zəl ayın bü­tün gös­tə­riş­lə­ri­ni hə­ya­ta ke­çir­mək­də və bu ayın fə­zi­lət və sa­vab­la­rı­nı qa­zan­maq­da Al­lah­dan yar­dım is­tə­yək və özü­müz də bö­yük cəhd­lər gös­tə­rək. Al­lah ha­mı­nı­zı mü­vəf­fəq et­sin, bu ayın hör­mə­ti­nə dua­la­rı­mı­zı və iba­dət­lə­ri­mi­zi qə­bul et­sin. Azər­bay­can xal­qı­na öz rəh­mət və bə­rə­kə­ti­ni na­zil et­sin. Amin!
    Категория: Dini meqaleler | Добавил: media-islam (19.09.2008)
    Просмотров: 1614 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər