Cüme, 26.04.2024, 01:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » 14 Mesum » İmam Mehdi (a)

    ÜMUMİ ƏDALƏT

    ÜMUMİ ƏDALƏT

    Allah-taala tərəfindən məb`us olmuş ilahi peyğəmbərlər iki əsas məqsədi izləyirdilər. Bu məqsədlərin biri bəndə ilə Yaradan arasında düzgün əlaqə yaratmaqdır. Başqa sözlə, bu məqsəd insanı Allahdan başqa hər hansı bir mövcuda ibadət etməkdən çəkindirmək deməkdir. Bu da tövhid şüarı olan «La ilahə illəllah» sözündə əks olunur. Allah-taala tərəfindən məb`us olmuş böyük peyğəmbərlər üçün, ikinci əsas məqsəd bəşəriyyət arasında sülh, ədalət, səmimiyyət, qardaşlıq və əməkdaşlıq, atifə və qarşılıqlı xidmətlər əsasında əlaqələr yaratmaqdır.

    Qur`ani-kərim bu iki cəhəti peyğəmbərlərin iki əsas məqsədi kimi açıqca bəyan etmişdir. Birinci məqsəd uğrunda Xatəmül-ənbiya həzrət Məhəmmədə (s) xitabən buyurur:

    «Ey Peyğəmbər! Biz səni risalət üçün göndərdik ki, yaxşıya və pisə şahid olub yaxşıları ilahi rəhmətlə müjdləyəsən və pisləri Allahın əzabı ilə qorxudasan.»[Əhzab-45]

    İkinci məqsəd barəsində isə belə buyurur:

    «Haqqın izni ilə xalqı Allaha doğru də`vət et.»[Əhzab-46.]

    Allah-taala iman gətirənlərə və saleh əməl edənlərə və`d edir ki, dünyanın sonu sizindir; nəhayətdə, dünyaya hökumət edən ilahi din, mə`nəviyyat və «La ilahə illəllah»-dır. O gün mənfəəttələblik və xudbinlik aradan gedəcək və nəticədə dünyanın sonu əmin-amanlıq olcaqdır.

    Dünyanın sonu tövhiddir.

    Beləliklə, Qur`ani-kərimdən iki mövzu çıxara bildik:

    Birincisi budur ki, peyğəmbərlərin iki əsas məqsədi vardır. Yer üzündə tövhid və ədaləti bərpa etmək; qeyd olunanlardan birincisi insanla Allah arasındakı münasibətdən, ikincisi isə insanların bir-birləri ilə qurduqları əlaqələrdən asılıdır. O da budur ki, ədalət məsələsi təkcə arzu və xəyal deyil, real bir həqiqət və ilahi sünnədir. Allah-taala nəhayətdə ədaləti dünyaya hakim edəcəkdir. Belə bir dünyada insanlar əsrlər boyu (biz nə qədər olduğunu bilmirik, bəlkə milyon və yüz milyon ilə qədər) hökumət edəcəkdir. Ancaq bu insanlar elə bir yetkin və həqiqi insanlar olmalıdırlar ki, indiki zülm və ayrı-seçkiliklərə qapılmasınlar.

    Bu günkü söhbətimizin mövzusu bu dünyada ümumi ədalətin bərpası haqdadır. İslam dini dünyada ümumi ədalətin bərpa edilməsini iddia etdiyi üçün bu məsələ xüsusi əhəmiyyət kəsb edir. Görəsən bu din nəyə əsaslanaraq belə bir ədalətin bərpa edilməsini mümkün sayır? Demək, burada üç mövzunu açıqlamalıyam: birincisi ədalətin nədən ibarət olmasını, ikincisi insanın zatında və fitrətində ədalətə yönəlmə meylinin olub-olmamsını, üçüncüsü isə ədalətin həyata keçirilməsinin mümkün olub-olmamasını.

     

    ƏDALƏTİN TƏ’RİFİ

    Ədalət nə deməkdir? İlk baxışda bunu izah etməyə ehtiyac duyulmur. İnsanlar, az-çox zülmü, ayrı-seçkiliyi görüb müşahidə etmişlər. Ədalət, zülm və ayrı-seçkiliyin əksidir. Başqa sözlə desək, ədalət fitri bir şeydir. Bütün insanlar öz fəaliyyət, iste`dad və bacarıqlarına görə bir sıra haqlara malik olurlar. Ədalət o deməkdir ki, insanın malik olduğu hüquqlar ona lazımi qaydada verilsin. Hər hansı bir şəxsin malik olduğu hüquqlar ona verilməzsə, bu zülm və ədalətsizlikdir. Bə`zi qədim yunan filosofları ədalətin həqiqətini inkar edərək belə demişlər: «Əslində ədalətin bir mə`nası yoxdur, ədalət zorla eynidir; qanun hökmündən başqa bir şey deyildir, qanun isə zorla bəşərə qəbul etdirilmiş bir şeydir, demək ədalət zorla tə`yin olunur.»

    Mən bu mövzunun üzərində mübahisə aparmaq istəmirəm, çünki bəhsimizdən uzaq düşərəm. Bu nəzəriyyə yanlışdır, haqqın həqiqəti olduğu kimi ədalətin də həqiqəti vardır.

    Haqq haradan nəş’ət tapır? Haqqın əsas mənşəyi yaradılış aləmidir, hər bir mövcud öz xilqətində müəyyən bir hüquqa malikdir. Ədalət isə hər mövcudun haqqını özünə verməkdir. Bu filosofların sözləri isə mövhumatdan başqa bir şey deyildir.

     

    ƏDALƏTPƏRVƏRLİK FİTRİDİRMİ?

    Sözlərimin ikinci hissəsi ətraflı bəhslər tələb edir. Yuxarıda qeyd olunduğu kimi, bu barədə qarşıya çıxan ilk sual budur: İnsanın zatında ədalətə meyl və yönəlmə vardırmı? İnsan bə`zi şeyləri öz fitrətinin hökmü ilə, heç bir xarici səbəb olmadan istəyir. Burada əsas amil ruh və cism quruluşdur. Misal üçün, siz bu iclasda iştirak edirsiniz və bu gözəl daş kitabələri görürsünüz. «La ilahə illəllah» lövhəsini ortada, sağ tərəfdə «Muhəmmədən-rəsulullah» və sol tərəfdə isə «Əliyyən vəliyullah» lövhəsini görürsünüz. Həmçinin qara bir ulduzu, (Fatimeyi-Zəhra səlamüllah əleyhanın əlamətini) on iki İmamın adını, ilahi kəlamları, tamamilə İslami şüarlar olan Qur`an ayələrini, Peyğəmbərin, Əmirəl-mö`mininin və İmam Həsənin buyurduğu kəlamları müşahidə edirsiniz. Özü də bu adları iki dəfə yazılaraq üz-üzə qoyulduqları halda görürsünüz. Bütün bunlardan həzz alırsınız və xoşunuza gəlir. Niyə? Bu kimi şeylərdə ləzzət hissini sizə kim məcbur etmişdir? Əlbəttə heç kim məcbur etməyib, sadəcə olaraq bu mənzərələr gözəl olduğu üçün xoşunuza gəlir. İnsanın zatında gözəllikdən zövq almaq qüvvəsi vardır. Bu da müəyyən qanuna, yaxud zora və məcburiyyətə möhtac deyildir; insanın zatındadır. Belə hisslər insanın zatında da mövcuddur. Ədaləti sevmək, başqalarının adil olmağına maraq göstərmək, hətta insanın özünə müəyyən mənafeyi olmasa da zatidir. Başqa sözlə, insanın özü cəmiyyətin ədalətli olmasını istəyir. İnsanın özü bu ədalətdən faydalanmasa da, bu meyl ümumbəşəri istəklərdən sayılır. Ancaq görəsən insanın zatında belə bir istək vardırmı?

     

    A.NİTSŞE VƏ MAKİAVELLİNİN NÖQTEYİ NƏZƏRLƏRİ

    Bə`ziləri insanın zatında belə bir qüvvə və gücün olmasına inanmırlar. Bir çox Avropa filosofları belə düşünürlər; dünyada bir çox problemləri yaradan məhz həmin filosofların təfəkkürləridir. Onlar deyirlər: «Ədalət kasıb, yazıq və yoxsulların irəli sürdükləri fikirdir. Zəiflər güclülərin qarşısında mübarizə etməyə qadir olmadıqları üçün ədalət sözünü yaratmışlar; onlar iddia edirlər ki, ədalət müsbət bir xüsusiyyətdir və insan ədalətli olmalıdır. Bunlar hamısı boş sözlərdir. Səbəbi də budur ki, ədalət tərəfdarı olan şəxslərin özü zorlu olsa, məhkum etdiyi şəxslərin gördüyü işləri görəcəkdir.» Məşhur alman filosofu Nitsşe deyir: «Zəiflər ədalət və ədalətsevərlikdən danışanda mən çox gülmüşəm. Baxıb görürəm ki, onlar özləri bu caynaqdan məhrum olduqları üçün (zoru) ədalətdən dəm vururlar. Fikirləşirəm ki, ay yazıq! Sənin də caynağın olsaydı, heç vaxt belə danışmazdın.» O filosoflardan biri deyir: «Doğrusu, insanlar ədalətə inanmır və ona etiqadları yoxdur».

    Ədalətin zati bir xüsusiyyət olmasına inanmayan şəxslər iki dəstədir. Birincisi deyir: «İnsan bir arzu kimi olsa da ədaləti axtarmamalı, əksinə, qüdrət və zor dalınca getməlidir. Ədalət boş sözdür, onu axtarmayın və hətta arzulamayın, əvəzində zor dalınca gedin. Sözümüzü təsdiq edən bir məsələ də vardır: «İki düyun buynuz, bir metr quyruqdan üstündür.» (Zor buynuz, ədalət isə quyruqdur). Buynuzu əldə et, ədalət nəyə lazımdır?! Zorun dalınca get. Nitsşe və Makiavelli bu cür adamlardandır».

     

    B. RASSELİN NÖQTEYİ-NƏZƏRİ

    Ancaq başqaları bu sözlərə inanmır. Onlar deyirlər: «Ədalətin dalınca getmək lazımdır. Bu isə o demək deyil ki, ədalət bizim istəyimizdir; yox buna görədir ki, ayrı-ayrı şəxslər üçün ədalətin tə`minatı ümumi ədalətin tə`min olunması ilədir.» Rassel belə düşünür və həmin fikirlə humanist olduğunu iddia edir. Onun fəlsəfəsi bu sözü meydana gətirir və ona bu sözü deməkdən başqa çıxış yolu qalmır. Deyir: «İnsan zatən mənfəətələb yaranmışdır». Bu söz tamamilə doğrudur. Bəs ədaləti tə`min etmək üçün nə lazımdır? Bəşəriyyətə üz tutaqmı? “Ey insan, ədaləti sev!”-deyə müraciət etməliyikmi?! Zorla olmaz ki, bəşəriyyətin zatında ədalət sevərlik yoxdur. Zorla «ədaləti qəbul et» demək olarmı?! Ancaq başqa bir işdə görmək olar və o da budur ki, insanın əqlini, elmini və biliyini gücləndirib belə deyək: «Ey insan! Doğrudur ki, ədalət yaxşı bir xüsusiyyətdir, ancaq sənin mənfəəttələblikdən başqa bir çıxış yolun yoxdur, şəxsi mənfəət də ümumi mənfəətlə tə’min olunur. Ümumi ədalət olmasa, şəxsi ədalət də tə’min olmunmayacaqdır».

    Doğrudur ki, öz zatının hökmü ilə qonşuna təcavüz etmək istəyirsən, ancaq sən təcavüz etsən, o da bu işi görəcək, sən isə bu işdən az faydalanacaqsan. Beləliklə, ağlını işə sal və fikirləş; nəticədə öz xeyrini ümumi ədalətdə tapacaqsan.

     

    BU NƏZƏRİYYƏNİN TƏNQİDİ

    Bu fikir həyata keçirilə bilməyən bir nəzəriyyədir. Çünki, bu iş ümumxalq mənafeyinə deyil, təkcə qüdrətlilərin və varlı sinfin xeyrinədir. Mən zəif bir adam olduğum halda, qonşularıma baxıb görürəm ki, onlar qüdrət, var-dövlət sahibidirlər. Belə olanda qonşumun zorunu duyuram və ədalətli oluram. Amma güclü olduğumu bilib qonşumdan qorxmadıqda və onu əzə biləcəyimə əmin olduqda, ədalətli ola bilərəmmi? Elm məni necə adil edə bilər?! Bir halda ki, deyirsiniz insan mənfəəttələbdir, elm isə ədalətin sənə xeyirli olduğunu deyir. Bu vəziyyət öz qarşımda zorlunu görəndə mümkün olur; zorlu və varlı ilə qarşılaşmasam, ədalətli olmağımın nə mə`nası olacaq? Beləliklə, Rasselin fəlsəfəsi (onun humanist şüarlarının əksinə,) bütün zorlulara və qüdrətlilərə zəiflərdən qorxmadıqları halda onlara zülm etməkdə haqlı bilir.

     

    MARKSİZM GÖRÜŞÜ

    İkinci dəstənin daxilində üçüncü bir qrup da vardır. Onlar deyir: “Ədalət həyata keçirilə bilər, ancaq bu iş insanın vasitəsi ilə olmaz. Həqiqətdə, insana ədaləti dərindən sevdirmək, elmini və ağlını gücləndirməklə, onun ədalətin xeyirli olmasına inamını artırmaq mümkün deyildir. Ədaləti texnika sahiblərindən və iqtisadi avadanlıqlardan istəmək lazımdır. Bir sözlə, başa düşmək lazımdır ki, o, istəniləsi və sizə dəxli olan bir şey deyildir. Sən ədalətin dalınca gedə bilməzsən və sənin ədalətpərvərlik fikrin yalandır; sən qəti olaraq ədalətsevər deyilsən. Ağlının, səni bir gün ədalətsevərliyə yönəldə biləcəyi də yalandır. Bəşəriyyəti ədalətə yalnız texnika sövq etdirir. İqtisadi mərkəzlərin və əmək alətlərinin inkişafı kapitalizm dünyasına gətirib çıxarır. Kapitalizm dünyası isə istər-istəməz sosializm dünyasını yetişdirir. Sosializm dünyasında da təbii olaraq, mütləq texnikalaşdırma hökmünə əsasən bərabərlik və ədalət bərpa edilir; sən istəsən də, istəməsən də bu iş olacaqdır. Sən ədalətin icraiyyə amili olmadığın üçün tərbiyənin və ağlın ədalətə gətirib çxarmasını fikirləşməməlisən.”

     

    İSLAM GÖRÜŞÜ

    Amma burada olan üçüncü bir nəzər (başqa me`yarla dördüncü görüş) belədir: “Bütün bunlar təbiət və bəşəriyyətin fitrətinə bədbin yanaşmaqdan irəli gəlir. İnsanın ədalətdən qaçması onun hələ də kamal mərhələsinə çatmamasındandır. Bəşərin fitrətində və zatında ədaləttələblik vardır. İnsan yaxşı tərbiyə olunsa, mükəmməl müəllimin əli altında yetişdirilsə, çatacağı yer ədalətsevərlik olacaqdır. Belə bir halda bəşəriyyət ümumbəşəri ədaləti öz şəxsi ədalətindən üstün tutacaq. Gözəllikləri sevdiyi kimi ədaləti də sevəcək. Hərçənd ki, ədalət özü də gözəllik sayılır (bu gözəllik hiss ilə deyil, ağıl ilə dərk olunur). Bizim din adlı məktəbimizdə hər bir şeyin səbəbi vardır. Siz deyirsiniz ki, bəşər zatən ədalətsevər deyil, onu zorla qəbul edir və yaxud öz şəxsi mənafeyini onda tapmaq üçün ağıl yetkinləşməlidir. Və yaxud deyirsiniz ki, əmək alətlərinin kamilləşməsi birbaşa ədaləti bərpa edir. Bütün bu iddiaların qarşısında göstərə bilərik ki, öz şəxsi mənafeyini nəzərə almayan ədalətli və ədalətsevər insanlar da varmış. Ədalət onların şəxsi mənafeyi yox, ideya, məqsəd və arzuları olmuşdur. Onlar ədaləti bir sevgili yar kimi sevmiş və özlərini onun yolunda qurban vermişlər. Bu misallar sübut edir ki, bəşəriyyəti belə bir fikirlə ədalət yolunun yolçusu etmək olar. Hal-hazırda onlar kimi olmasa da, kiçik miqyasda onların yolunu davam etdirənlər tapmaq olar.

    Əli ibni Əbu Talib (ə) bu fəlsəfələri batil edən bir misaldır. Bəli, Əli və onun yetirmələrini və bütün dövrlərdə olan bir çox insanları buna misal göstərmək olar. Həzrət Əli (ə)-ı misal gətirəndə bə`ziləri belə düşünürlər ki o, müstəsnadır. Yox, belə deyil. İndi də dindarların arasında həqiqət və ədalət aşiqləri olan insanlar az deyildir. Onlar zatən ədalət vurğunudurlar; gələcək dövrlərin insanları belə olacaq.

    Çoxları zənn edirlər ki, İmam Zaman Həzrət Məhdinin [ə.c.] zühuru dünyada texnikanın məhvi, gerilik, süqut və mədəniyyətsizliklə nəticələnəcəkdir. Halbuki məsələ tam əksinədir və zühur insanın əxlaq, düşüncə və elminin yüksəlməsi deməkdir. Bu da dində bizə çatan sənədlərlə sübut olunur. Həzrət İmam Zamanın zühuru və ümumi ədaləti yada salan din, bunları da xatırlatmışdır. «Üsuli-kafi»də yazılmış hədisə əsasən, o həzrət zühur edəndə Allah-taala öz rəhmət əlini insanların başına çəkər və bununla da bəşəriyyətin əqli, düşüncəsi və əməli çoxalar. Müqəddəs vücud zühur edəndə dünyada qoyun və qurd olmayacaq, hətta qurdlar da səmimiyyətlə yaşayacaqlar. Hansı qurdlar? Səhrada yaşayan qurdlarmı? Yoxsa, qurd qiyafəsində olan insanlar? Demək qurd, qurdluq xüsusiyyətinə malik deyil, qurddan qurdluq xüsusiyyəti alınacaqdır.
     
    Həzrətin zamanında hökm sürəcək vəziyyətdən çox misallar gətirməyib, bircə nöqtəni deməklə kifayətlənirəm.
     
    tanımırsınız. Ancaq bilin ki, gələcək dünya vardır.»

    «O, ilahi valinin gördüyü ilk iş, hökmdarla hakimləri bir-bir tutub öz adamlarını islah etməkdir; beləliklə dünya islah olunar.»

    «Yer öz ciyərinin parçalarını eşiyə atar; yə`ni yer özündə saxladığı hər bir bəxşişi hər hansı bir mə`dəndən, təsəvvür etdiyiniz hər bir iste`dadı hər bir qəlbdən eşiyə çıxarar və indiyə qədər əsirgədiklərini aşkar edər.»

    «Yer bir qul kimi təslim olaraq gələr, öz kilidlərini ona verər.» (Bütün bunlar o günün oxşarlıqları sayılır. Yə`ni, daha təbiətdə gizli sirr qalmayacaq və bütün sirlər onun əli ilə açılacaqdır. Təbiətdə məchul məsələ qalmayacaq və bütün məchullar bu dövrdə kəşf olunacaqdır.)

    «Və o vaxt həqiqi ədalətin nə olduğunu sizə göstərəcək.» Göstərəcək ki, azadlıq və insan hüququnu qoruyan, necə deyərlər bə`zi iddiaçı təşkilatların sözləri tamamilə yalanmış və bu qədər sülh-sülh deyənlərin sözü nifaqdan başqa bir şey deyilmiş.

    «O, sünnə və kitab [Qur`an] qanunlarını zahirən aradan getdiyinə baxmayaraq, dirildəcək.» Yenə də buyurdu:

    Bizim imamların hərəsinin məxsus bir ləqəbi vardır. Məsələn, Əmirəl-mö`minin Əli ibni Əbi Talibin ləqəbi «Mürtəza», İmam Həsən əleyhissəlamın ləqəbi «Müctəba», İmam Hüseyn əleyhissəlamın ləqəbi «Seyyidüş-şühəda» və başqa imamlar da «Səccad», «Baqir», «Sadiq», «Kazim», «Riza», «Təqi», «Nəqi», «Zəki», «Əskəri» ləqəbləri ilə tanınmışlar. O həzrətin də özünəməxsus bir ləqəbi vardır; qiyam sözündən alınmış «Qaim» (dünyada qiyam edən şəxs) kəlməsi də İmam Zaman (ə)-ın ləqəbidir. Əslində biz həzrət Məhdini (ə.c) qiyam və ədalətlə tanıyırıq. Hər imamın məxsusi bir sifət və xüsusiyyəti vardır. Bu İmam da qiyam və ədalət sifəti ilə tanınır.

    «Daha zülmdən xəbər olmaz.»

    «Bütün yollar (yer-dəniz və hava yolları) əmin-amanlıq olar, çünki gərginliyin qaynağı, ədalətsizlik, qəzəb və təəssübdür. Ədalət bərpa ediləndə insanın fitri ədalətə malik olduğu üçün gərginlik olmamalıdır.»

    «Və yer bütün bərəkətlərini üzə çıxarar.»

    Bilirsinizmi o zaman xalqın narahatlığı nə olacaq?

    Xalqın narahatlığı budur ki, sədəqə vermək istəsələr, birinə yardım etmək istəsələr, ona layiq bir kimsə tapa bilməyəcəklər. Yer üzündə bircə yoxsul da tapılmayacaq. İlahi tövhid barədə buyurur:

    «Hamı tövhidə iman gətirəcək və yer üzündə müşrik bir şey qalmayacaqdır.»

    Təhlükəsizlik barədə buyurur:

    Aciz bir qarı dünyanın şərqindən qərbinə əzab-əziyyət çəkmədən səfər edəcəkdir.[Nəhcül-bəlağə, 138-ci xütbə] Ədalət, həqiqi sülh və səmimiyyət barəsində çox sözlər deyilmişdir. Sərvət və bərəkət haqda daha çox sözlər danışılmışdır. Sərmayənin ədalət üzrə bölünməsindən deyilmişdir. Vəsaitin çoxluğundan, bolluqdan, pozğunçuluğun olmamasından söz getmişdir. O zaman şərab və zina olmayacaq, insan yalan danışmağa, qeybət etməyə, töhmət vurmağa, zülm etməyə nifrət edəcəkdir. Bunlar hansı fəlsəfəyə əsaslanır? Əvvəldə qeyd etdiyim İslami bir əqidə: «İnsanın sonu ədalətdir». İslam deyir: «Bəşəriyyətin düşüncəsi elə bir yerə çatar ki, onlar öz mənafeyini başqalarının hüquqlarını qorumaqda görər.» O zaman ədalət bəşəriyyət üçün bir sevgi, bir mələk kimi olacaq. Onun ruhu yüksələcək və tərbiyəsi kamilləşəcək. Bu da elə bir şəraitdə ola bilər ki, böyük bir ədalətli hökumət, iman, Allahpərəstlik və Qur`an hakimiyyəti əsasında qurulduğu halda həyata keçirilə bilər. Biz müsəlmanlar (qərbdə bəşəriyyətin sonuna belə bədbin yanaşmalarının əksinə) bəşəriyyətin gələcəyinə nikbinik. Rassel «Yeni ümidlər» kitabında deyir: «Bu gün bir çox alimlər bəşəriyyətdən ümidlərini kəsmişdir; onlar inanırlar ki, elmin inkişafı elə bir həddə çatıb ki, bəşəriyyət yaxın zamanlarda elmin vasitəsi ilə məhv olacaqdır.» Deyir: «Bunların biri A. Eynşteyndir. Bu alimin fikrincə, bəşəriyyət öz əli ilə qazdığı quyunun yalnız bir addımlığındadır.» İnsanlar bu mərhələdə bir düyməni basmaqla abadlıqları yerlə yeksan edə bilər.

    Doğrudan da əgər biz qeyb aləminə, Allaha inanmasaydıq və Qur`an bəşəriyyətin gələcəyindən bizi əmin etməsəydi, onlar kimi dünyanın zahirini görsəydik, onda onları haqlı bilməli idik. Hər gün dağıdıcı vasitələr daha güclü, daha dəhşətli və təhlükəli vəziyyətə düşür. Təxminən iyirmi il bundan əvvəl Xirosimada atom bombası partlayışından sonra bəşəriyyətin texniki təxribat qüvvəsi neçə qat artırılmışdır. Elə mərhələyə çatmışdır ki, müasir dünyada artıq qalib-məğlub yoxdur. Üçüncü dünya müharibəsi baş verərsə, burada kimin qalib gəlməsindən söhbət getmir. Əgər üçüncü dünya müharibəsi baş verərsə, yer və bəşəriyyət məhv olacaq və qalib gələn də olmayacaq. Ancaq biz deyirik: «Bəşəriyyət və yer kürəsi üçün yenə də uçurumlar yaranmışdır; ancaq Allahın gücü, bütün güclərdən üstündür.»

    Bizə demişlər:

    Əməllərin ən fəzilətlisi nicat gününün intizarını çəkməkdir.[Biharul-ənvar, 52-ci cild, səh-122]

    Bu ümumi qurtuluşun intizarını çəkib nikbin olmaq bütün əməllərdən üstün sayılır. Niyə? Çünki bu iş yüksək səviyyəli iman tələb edir.

    İlahi! Bizi İmam Zamanın [ə.c.] həqiqi müntəzirlərindən qərar ver! Onun haqq hökumətini dərk etmək ləyaqətini bizlərə qismət et! Amin!

    Категория: İmam Mehdi (a) | Добавил: al-shia (14.07.2008) | Автор: USTAD ŞƏHİD MÜRTƏZA MÜTƏHHƏRİ
    Просмотров: 1728 | Рейтинг: 4.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər