Çerşenbe axşamı, 19.03.2024, 07:25
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şie cavabları

    ibn TEYMİYYe

           Bismillahir Rəhmanir Rəhim

    İbn Teymiyyə

    İbn Teymiyyə, sələfilərin (vəhhabilərin) çox sevdikləri, daim ehtiramla yad etdikləri bir alim olmuşdur. Vəhhabiliyin banisi Məhəmməd ibn Əbdülvəhhabın da son dərəcə ifrat əqidəsi İbn Teymiyyənin fikir və ideyalarından tə`sirlənmişdir. O, “ət- Tovhid” kitabını məhz onun tə`limlərindən tə`sirlənərək yazmışdır.

    661-ci hicri qəməri ilində Ərəbistan yarımadasının Hərran şəhərində dünyaya gələn İbn Teymiyyə Əbdülabbas Əhməd ibn Əbdülhəlim daim öz ifrat fikir və ideyalarınına görə tə`qib olunub. O, Allahı cisim sayır, qəbirlərin ziyarətini, təvəssül və şəfaəti haram və şirk adlandırırdı. Ümumiyyətlə, ibn Teymiyyənin əsas fikir və əqidələri bunlardan ibarətdir:

    1. İslam Peyğəmbərinin (s.ə.) və digər şəxslərin qəbirlərini ziyarət etmək haramdır.

    2. Bu qəbirlərin yanında Qur`an oxumaq, dua etmək, namaz qılmaq və s. haramdır.

    3. Bayram və yas mərasimləri keçirmək haramdır.

    4. Allahdan başqasına and içmək haram və şirkdir.

    5. Allah-taala bir cismdir.

    6. Yezid İmam Hüseyni (ə) qətlə yetirməkdə, Kə`bəni oda çəkməkdə, Mədinə şəhərini dağıdaraq qız-gəlinlərin namusunu üç gün öz qoşununa halal etməkdə günahkar deyil. (“Rə`sül-Hüseyn”, səh. 207; “Sualun fi Yəzid ibn Muaviyə”, səh. 16; “Minhacus-sünnə”, c. 8, səh. 238; “İqtizau siratil mustəqim”, səh. 293-296; “əl-fətva”, c. 5, səh. 192 və s.)

    İbn Teymiyyənin fikir və əqidələrinə e`tiraz əlaməti olaraq, bir çox İslam alimləri, xüsusilə də sünni məzhəbli məşhur alimlər bir sıra kitablar yazmışlar. bunlardan bə`zilərinin adlarını qeyd edirik:

    1. Təqiyyəddin Sübkini, “Dürrətül muziə fi rəddi əla ibn Təymiyyə”;

    2. Tacəddin, “Töhvətul muxtarə fi rəddi əla münkəriz-ziyarə”;

    3. Təqiyyəddin Hüsna, “Dəf`uş-şubhə”;

    4. Fəxr ibn Muəllim Qureyşi, “Nəcmul muhtədi və rəcmul muqtədi”.

    İbn Teymiyyə öz zamanına qədər görünməyən, heç kəsin cəsarət edib demədiyi əsassız və bid`ət qoxulu ifrat əqidəsinə görə bütün İslam alimlərinin e`tirazı ilə üzləşdi. Ən məşhur alimlər ona sərt ifadələrlə məktublar yazır, onu tənqid edirdilər. Dəfələrlə elmi mübahisələrə də`vət olunan İbn Teymiyyə, alimlərin tutarlı dəlilləri qarşısında daim məğlub olurdusa da, öz batil əqidəsindən əl çəkmirdi. O, avam və savadsızları, dini tə`limlərdən yetərincə mə`lumatı olmayanları ətrafına toplayır, öz bid`ət dolu fikirlərini onlara təbliğ edirdi. O, artıq bir çox fitnə-fəsadlara bais olurdu.

    Elmi mübahisələrin, dəlil-sübutların və tövsiyələrin ona heç bir tə`siri olmadığı surətdə İslam alimləri onu zindana saldırmağı qərara aldılar. Öz batil əqidəsindən əl çəkməyən İbn Teymiyyə, nəhayət 728-ci ildə elə zindanda da öldü.

    Məşhur İslam alimlərinin İbn Teymiyyə haqqında dedikləri:

    1. Misirin baş qazisi Bədr ibn Cəmaət: ”Peyğəmbərin (s.ə.) ziyarəti böyük fəzilət və sünnət sayılır. Bütün alimlər bunu qəbul edir. Kim Peyğəmbərin (s.ə.) ziyarətini haram bilsə, cəzalandırılmalı və bu fikrindən əl çəkməlidir. Əks təqdirdə həbs olunmalı və xalqa tanıtdırılmalıdır ki, sadə müsəlmanlar onun ardınca getməsinlər” (Vəhhabi məzhəbi, Cə`fər Sübhani).

    2. İbn Həcər Heysəmi: ”O, bir şəxsdir ki, Allah onu zəlil etdi. Onun gözü kor, qulağı kardır. O, yolunu azmışdır. Elm sahibləri də bunu təsdiqləyir” (“əl-fətavəl-hədisiyyə”).

    3. Tanınmış rical və tarix alimi Zəhəbi ona məktub yazmış və bu məktubda onu tarixin mənfur adamı Həccac kimi fasid və yolunu azmış adlandırmışdır. Bu məktub “Təkmilətüs-səyfis-siqən” kitabının 190-cı səhifəsində qeyd olunub.

    4. Cahiz: “Yezid fasiq və Allah yanında lə`nətlənmiş bir kəsdir. Hər kim onu müdafiə etsə, o özü də məl`undur” (“Rəsail-Cahiz”, səh. 298). (Mə`lum olduğu kimi İbn Teymiyyə onu müdafiə edirdi.)

    Şəmsəddin.
     
    Категория: Şie cavabları | Добавил: media-islam (07.03.2008) | Автор: ilkin E W
    Просмотров: 4232 | Рейтинг: 2.0/4
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər