Çerşenbe axşamı, 16.04.2024, 22:19
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Şəriət » Ayətullah Şeyx Fazil Lənkərani

    SULARIN HÖKMLƏRİ

     

     

    SULARIN HÖKMLƏRİ

    Məsələ: 50. Mə”nası yuxarıda deyilən muzaf su nəcis şeyi pak etmir, onunla alınan dəstəmaz və qusul batildir.

    Məsələ: 51. Əgər nəcasətin zərrələri muzaf suya dəysə, su da nəcis olur. Amma əgər yuxarıdan-aşağıya nəcis şeyin üstünə tökülsə, nəcis şeyə dəyən hissələr nəcis, ondan yuxarıdakı hissələr isə pakdır. Məsələn, əgər gülab suyunu gülabdandan nəcis əlin üstünə töksələr, ələ dəyən hissələr nəcis, dəyməyən hissələr isə pakdır. Həmçinin, əgər fəvvarə suyu kimi təzyiqlə aşağıdan yuxarıya getsə və yuxarı hissəsinə nəcis dəysə, nəcis olur, aşağı hissələri isə pak qalır.

    Məsələ: 52. Əgər nəcis muzaf su kürr, yaxud axar su ilə, daha muzaf su deyilməyəcəyi tərzdə qarışsa, pak olar.

    Məsələ: 53. Əvvəldə mütləq olan suyun muzaf olub-olmaması mə”lum olmazsa, mütləq su kimidir, yə”ni nəcis şeyi paklayır, onunla dəstəmaz və qusul səhihdir. Habelə, əvvəlcə muzaf olan suyun mütləq olub-olmaması mə”lum olmazsa, muzaf su kimidir, yə”ni nəcis şeyi pak etmir, onunla alınan dəstəmaz və qusul batildir.

    Məsələ: 54. Hal-hazırda mütləq, yaxud muzaf olması mə”lum olmayan, əvvəllər də muzaf və ya mütləq olması mə”lum olmayan su nəcasəti paklamır, onunla alınan dəstəmaz və qusul da batildir. Amma kürr qədərində, yaxud ondan da çox olsa və nəcasət ona dəysə, onun nəcis olmasına hökm olunmur.

    Məsələ: 55. Nəcasətin eyni (qan, bovl və s. kimi) dəyən və rəngi, iyi, yaxud dadı dəyişən su, hətta kürr, yaxud axar da olsa, nəcis olur. Amma suyun rəngi, iyi və ya dadı, sudan çöldə olan bir şeyin (məsələn, su kənarında olan ölü heyvanın) vasitəsi ilə dəyişsə, nəcis olmaz.

    Məsələ: 56. Nəcasətin eyni (bovl, qan kimi) tökülən və rəngi, iyi və ya dadı dəyişilən su kürrə, yaxud axar suya birləşmiş olsa, yaxud üstünə yağış yağsa və ya külək yağış suyunu onun üzərinə töksə, yaxud yağışın suyu yağış yağdığı vaxt navalçalardan axıb onun üstünə tökülsə və ondakı dəyişiklikləri aradan aparsa, paklanar. Amma ehtiyat-vacibə görə yağışın suyu, yaxud axar su və ya kürr su onunla qarışmalıdır.

    Məsələ: 57. Əgər nəcis bir şeyi kürr, yaxud axar suda suya çəksələr, onu çölə çıxartdıqdan sonra tökülən su pakdır.

    Məsələ: 58. Əvvəldə pak olan suyun nəcis olub-olmaması mə”lum olmasa, pakdır; habelə, əvvəldə nəcis olan suyun pak olub-olmaması mə”lum olmasa, nəcisdir.

    Məsələ: 59. İt, donuz və kafirin artığı nəcis və onun yeyilməsi haramdır. Əti haram olan heyvanların artığı pak, yeyilməsi isə məkruhdur.

    Категория: Ayətullah Şeyx Fazil Lənkərani | Добавил: media-islam (30.07.2008)
    Просмотров: 1906 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər