Şenbe, 20.04.2024, 10:30
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Bölmələr
    Elmi məqalələr [0]
    Elmi məqalələr
    DİNİ MƏQALƏLƏR [4]
    DİNİ MƏQALƏLƏR
    QONAQ YAZARLAR [2]
    QONAQ YAZARLAR
    ANALİZ [0]
    ANALİZ
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    YAZARLAR

    Главная » 2008 » İyul » 29 » Valideyn və Övlad
    20:41
    Valideyn və Övlad
                                                                       
     
                                                                 Valideyn və Övlad

        Həzrət Məhəmməd(ə) buyurur:”Allahın razılığı ata-ananın razılığı,qəzəbi isə onların qəzəbindədir.”

         Əvvəla danışaq valideynlərdən.Yəni valedeynlərin necə olmasından.Uşaqların böyüyüb,boya-başa çatmalarına kömeklik göstərən valideynlərdir,yəni ata və ana.Əlbəttə insanın pisi də var,yaxşısı da.Həmçinin valideynin pisi də var,yaxşısı da.Bunu isə övladın nece olduğundan bilmək olar.Yəni övlada baxdıqda valideynin pis və ya yaxşı olduğu bilinir.Elə valideynlər var ki,övladlarını özləri böyütmürlər.Övladlarını dayələrə əmanət edirlər.Hər halda dayələrin də necə olduğu bizə tam məlum olmur.Amma dayə nə qədər də yaxşı olsa ananın,atanın yerin heç nə verməz. Elə valideynlər də var ki,Allahın verdiyi əmanətə xəyanət edib,övladlarına sahib çıxmır və övladlarını uşaqlar evinə atırlar.Amma bu sözləri hər bir ata-anaya şamil etmək olmaz.Bəs yaxşı valideyn necə olmalıdir?İlk  növbədə valideyn övladı ilə yeri gələndə dost,yeri gələndə ata ve yaxud ana olmalıdır.Təbii ki, bu övladlarını özləri böyüdən valideynlərə şamil edilir. 

         Çox vaxt ata işlədiyindən uşaqların tərbiyəsi ilə ana məşğul olur.Amma bu o demək deyil ki,atanın boynunda da yük yoxdu.Hər ikisi də uşağın tərbiyəsi ilə məşğul olmalıdır, zənnimcə.Dediyim kimi ana evdə qaldığından övladın cox hərəkətin də o görür.Pisi də,yaxşını da...Amma axşam ata evə gələndə övladın bu pis hərəkətləri ona deyilmir.Bu da uşağın terbiyəsinə böyük ziyan vurur.Hər halda ata ilə ana arasında övlad haqqında gizlin heç nə olmamalıdır.Məsələn bu kimi şeylərdən biri:”Uşaq bir gün nə isə oğurlayıb evə gətirir.Bunu anası bilir,övladının xətrinə bunu atasına demir.Bir gün belə,beş gün belə,axırda bu uşaq pis yola düşür.Bu da ananın səhlənkarlığından irəli gəlir.Bəlkə də vaxtında atası bunu bilsə idi, heç yazıq uşağın axrı  belə olmazdı.Həmçinin də başqa məsələlərdə...Bundan öncə də qeyd etdiyim kimi yaxşı valideyn övladı ilə ata-ana münasibətindən başqa,övladı ilə dost münasibəti də saxlamalıdır.Bəlkə də övlad və valideyn bir-birlərini başa düşmək üçün bu yaxşı fürsət ola bilər.Valideynin borcudur ki,övladını həm elmi bilik,həm də dini bilik baxımından ona köməklik göstərsin.

                            İmam Rza(ə) buyurur:”Övlad qarşısında ata-ananın vəzifəsi ona yaxşı ad                    qoymaq,ədəb öyrətmək və Quran təlim etməkdir.”

         Övlad necə gözəl tərbiyə görsə bu valideynin fəxridir.Təbii ki,əziyyət çəksələr də, çəkməsələr də hər bir valideyn istər ki,öz övladı ilə fəx etsin.Amma bunu istəməklə olmaz.Bunun üçün çalışmaq lazımdır.Bu yerdə bele bir hədisi xatırladım:Həzrət Məhəmməd(s) Əli(ə) buyruğu:”Övladını pis tərbiyə edərək onların üzə qayıtmasına səbəb olan ata-anaya Allah lənət etsin.”

        İndi isə qısa olsa da keçək övlada.Əvvəlcə bunu bilmək lazımdır ki,valideyn ne qədər pis olsa da bizim valideynimizdir.Bizi dünyaya onlar gətiriblər.Bes yaxşı övlad necə olmalıdır ki,valideynin də razılığı olsun?Hər halda ata-ananın tərbiyəsindən başqa böyüdüyü mühit də yaxşı olmalıdır.Yəni onun oturub-durduğu insanlar da ailə tərbiyəsi görməlidirlər.Dost seçərkən onun necə olduğunu bilməli,araşdırmalıdır.Əlbəttə övladın pis olmağını yalnız valideynə şamil etmək olmaz.Övlad böyüdükdən sonra o,ata-ana haqqını itirməməlidir.Belə insanlara çox rast gəlinir.Məsələn:”atası ölmüş tək anası ilə yaşayan bir övlad.Anası isə çox qocalmış,yəni qulluğa ehdiyacı olan bir ana...Belə yerdə övlad anasına qulluq etməli ona sahib çıxmalıdır.Lakin vicdansız övlad anasına baxmır,hətta onu çölə atır.”Mənim dediyim bir misal idi,amma ele övladlar da varsa Allah onları hidayət etsin insallah.Amin.

          Valideynin göstərdiyi əmək qarşısında övlad da öz borcunu yerinə yetirməlidir.Biz valideynlərimizin göstərdiyi əmək qarşısında özümüzü doğrultmalıyıq.Onların haqqını itirməməliyik.Hələ anaların....Onlar bizim qırx gün gecə,gündüz demədən keşiyimizi çəkiblər.Bizi ana südü ilə böyüdüblər.Allah atalarımızı və analarımızı qorusun inşallah.

    Biz çalışmalıyıq ki,valideynlərimizə və Vətənə layiqli övlad olaq.
      
     
    BƏTULUN-AŞİQİ MEDİA-İSLAM YAZARI
    Просмотров: 8330 | Добавил: media-islam | Рейтинг: 3.4/5
    Всего комментариев: 2
    01.08.2008
    2. FERİDE (feride) [Material]
    RABBİM YAR VE YARDIMCINIZ OLSUN. KADININ ASIL VAZİFESİ HİZBULLAHİ EVLAT YETİŞTİRMEKTİR.

    30.07.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    Cox gozel meqaledir tebrikler smile

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  İyul 2008  »
    B.eÇ.aÇC.aCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031
    Linklər