Bazar, 22.12.2024, 12:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 4
    Qonaq: 4
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Fevral » 17 » DANİMARKADA İXTİŞAŞLAR ARTIR
    17:11
    DANİMARKADA İXTİŞAŞLAR ARTIR
    nullDanimarka parlamentinin deputatları İrana gözlənilən səfəri təxirə salıb. Buna səbəb rəsmi Tehranın Danimarka qəzetlərində Məhəmməd peyğəmbərin karikaturalarının dərcinə görə üzrxahlıq tələbidir. 

    On danimarkalı deputatın səfəri fevralın 18-dən başlanmalıydı. Fevralın 15-də isə İran parlamenti Danimarkanın qanunverici orqanına məktub göndərərək, karikaturanı yenidən dərc etmiş 17 qəzetə görə üzrxahlıq çağırışı edib. İranın parlament üzvlərinin fikrincə, üzrxahlıq İran əhalisini inandıra bilər ki, danimarkalı deputatlar islam dininə qara yaxılmasının iştirakçısı deyillər. 

    Lakin Danimarka parlamenti üzr istəməkdən imtina edib: «Üzr istəmək bizim vəzifəmiz deyil. Əgər söz azadlığı, insan hüquqları, həbslər, edamlar və demokratiyanın yoxluğuna görə üzr istəmək lazımdırsa, bunu iranlılar etməlidir». Bunları Danimarka Sosialist Xalq Partiyasının rəhbəri Vili Soyevndal bildirib. Ölkənin Xarici İşlər Nazirliyi isə deputatların səfərin təxirə salınması təklifini dəstəkləyib. 

    Bu arada isə Danimarkanın özündə etirazlar davam edir. Qeyzlənmiş müsəlmanlar avtomobilləri və ictimai binaları yandırır. Bu gecə Kopenhagendə məktəb yandırılıb. Son bir həftə ərzində miqrantların yaşadığı rayonlarda baş vermiş kütləvi iğtişaşlar zamanı 50-dən artıq adam həbs edilib. 

    ANS PRESS


    Категория: Dünyada | Просмотров: 1297 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Fevral 2008  »
    B.eÇ.aÇC.aCŞB
        123
    45678910
    11121314151617
    18192021222324
    2526272829
    Linklər