İraq Hizbullahı ABŞ Hərbi bazalarına İmad Muğniyəyə qarşı terrora cavab olaraq bir neçə raket atıb.
İslam-Azeri-nin Əl-Mənar TV-yə istinadlı xəbərinə görə İraqda yeni yaradlan Hizbullah briqadasının döyüşçüləri ABŞ Hərbi bazalarına İmad Muğniyəyə qarşı terrora cavab olaraq bir neçə raket atıb.
İraqda Rüstəmiyyədə yerləşən hərbi bazaya atılan raketin görüntüləri televiziyada yayımlanıb. ABŞ-yə aid bir zirehli avtomobilin də partladıldığı bu kadrlarda açıqca görünür.
Adı çəkilən briqada 2008-də bu cür addımları daha da çoxaldacaqlarını önə çəkiblər. /İslam-Azeri/