Главная » 2008 » Mart » 1 » AYETULLAH CENNETİ CÜME XÜTBESİNDE AÇIQLAMALAR VERDİ
17:33 AYETULLAH CENNETİ CÜME XÜTBESİNDE AÇIQLAMALAR VERDİ |
Tehran Cümə namazı imamı Ayətullah Cənnəti, İranın nüvə işlərinin sülhməramlı olduğunu əslində düşmənlərin də çox yaxşı bildiklərini söylədi.
İslam-Azeri-nin Farsnyus-a istinadlı xəbərinə görə Tehran Universiteti bağçasında qılınan Tehranın bu həftəki Cümə namazı xütbələrində danışan Ayətullah Əhməd Cənnəti, İranın Nüvə işlərini davam etdirməkdə qərarlı olduğunu ifadə edərək; İran xalqının sülhməramlı nüvə işlərində geri addım atmayacağını önə çəkib. Beynəlxalq Atom Enerji Agenliyi Başçısı Məhəmməd el-Bəradeyin son hesabatının, İranın nüvə işlərinin sülhməramlı olduğu mövzusunda heç bir şübhə buraxmadığını ifadə edən Cənnəti, İranın nüvə silaha ehtiyacı olmadığını ifadə etdi.
Cənnəti Qəzzada yaşananlara qarşı müsəlman ölkələrin səssizliyini tənqid edərək, müsəlman ölkələrdən Qəzza xalqına kömək etmək üçün əllərindən gələni etməyə çağırdı. Ayətullah Əhməd Cənnəti, hicablı şagirdlərə universitet qapılarını açan qanun təklifinin, parlamentdən keçməsi və Türkiyə prezidenti tərəfindən təsdiqlənməsinə görəTürkiyə xalqını təbrik etdi. Hər həftə olduğu kimi Tehran Universiteti bağçasında qılınan Tehranın bu həftəki Cümə namazı xitabəçisi Cənnəti, hicablı şagirdlərin universitetlərə girmələrini qadağan edən qanunun, Türkiyə xalqının səbr və müqaviməti ilə dəyişdiyini dilə gətirdi. Cənnəti, bunun demokratiya, əxlaq və dinə uyğun bir davranış olduğunun vurğuladı. /İslam-Azeri/
|
Категория: Dünyada |
Просмотров: 1208 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|