Sayğac
Onlayn: 10 Qonaq: 10 İsifadeçi: 0
|
Главная » 2008 » Mart » 8 » “Menim nezerimde seçki adlı bir şey yoxdur”
18:18 “Menim nezerimde seçki adlı bir şey yoxdur” |
Ilqar Ibrahimoğlu: «Siyasi məhbus məsələsi üzrə xüsusi məruzəçinin təyinatı problemin həllini daha effektli edə bilər» “Azərbaycanda seçki yox, seçki imitasiyası var. Mən bu imitasiyada həm passiv, həm də fəal iştirakın əleyhinəyəm”. Bu sözləri “Azadlıq” qəzetinə müsahibəsində hüquq müdafiəçisi Ilqar Ibrahimoğlu deyib. I.Ibarhimoğluya ilk sualımız Avropa Şurasının Azərbaycana siyasi məhbus probleminin həlli üçün martın 13-dək verdiyi möhlətdən hakimiyyətin necə istifadə edəcəyilə bağlı oldu: - Azərbaycanda hər dəfə seçkidən sonra kütləvi repressiyalar olur. Seçkiarası müddətdə isə fərqli düşüncə sahiblərinə qarşı təzyiqlər davam edir. Hakimiyyət hər dəfə seçki ərəfəsində siyasi əfvlərə başladığı, güzəştə getdiyi görüntüsü yaradır. Bu məsələyə birmənalı da yanaşmaq olmaz. Vətəndaş cəmiyyəti olaraq biz çalışmalıyıq ki, seçki dönəmində insanların hüquq və azadlıqlarının bərpası üçün mümkün olan edilsin. Amma eyni zamanda bununla kifayətlənməyib seçkidən sonrakı dönəmlə də bağlı ciddi addımlar atılmalıdır. Ona çalışmalıyıq ki, seçkidən sonra repressiyalar güclənməsin. Bu baxımdan istisna deyil ki, hakimiyyət seçki öncəsi ölkədə demokratik imicin yaradılmasına yönəlik bəzi addımlar atsın. - Bu addımlar nədən ibarət ola bilər? - Əvvəlcədən konkret fikir söyləmək çox çətindir. Amma sonuncu əfvlərdən belə görünür ki, fərqli düşüncəsinə görə repressiyaya uğramış jurnalistlər azadlığa buraxılmırlar. Onlar “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahid, satirik şair Mirzə Sakit və “Gündəlik Azərbaycan” qəzetinin baş redaktoru Eynulla Fətullayevdir. Ona görə fikrimcə, biz məhz belə şəxslərin azadlığa çıxması üçün prinsipiallıq göstərməliyik. Amma mən burada həddən çox optimizmə yer görmürəm. Reallığa baxmaq lazımdır. - Ilqar bəy, siz özünüz də vicdan məhbusu olmusunuz. Hazırda Avropa Şurasının siyasi məhbus problemi üzrə xüsusi məruzəçisinin təyini ilə bağlı müxtəlif fikirlər səslənir. Bununla bağlı nə düşünürsünüz? - Bu təyinatın lehinə və əleyhinə olan müxtəlif arqumentlər var. Əleyhinə olan əsas arqumentlərdən biri budur ki, təyinat daha çox vətənpərvərliklə bağlanır. Azərbaycan nəyə görə öz problemlərini daxildə həll etməməlidir? Fikrimcə patriotizm mövqeyindən çıxış etmək bu məsələdə bir o qədər də düzgün deyil. Hamı gözəl anlayır ki, dünyada ikili standartlar var. Sadəcə olaraq Azərbaycanda insan haqlarıyla bağlı vəziyyət o qədər kritikdir ki, burada gerçək və real işlək olan mexanizmlər barədə düşünmək lazım gəlir. Bu baxımdan məruzəçilərin fəaliyyəti daha effektli nəticələr verirdi. Fikrimcə vətənpərvərlik təyinatının əleyhinə çıxanların ölkədə insan haqları məhdudlaşarkən yadlarına düşsə, daha yaxşı olar. Insan haqları və azadlıqlarının müdafiəsi məsələsi sərhəd tanımır. “Minimal azadlıqların itirilmə təhlükəsi var” - Rəbiyyət Aslanova bu yaxınlarda mətbuata açıqlamasında bildirdi ki, Azərbaycanda siyasi məhbus problemi yoxdur... - Bu, yeni bir fikir deyil. Belə fikirlər dəfələrlə səslənib. Hətta 2004-cü ildə Milli Məclisin rəhbərliyi tərəfindən belə bir fikir söylənmişdi ki, Azərbaycan Avropa Şurası qarşısında öhdəliklərinin 99 faizini yerinə yetirib. Bu, hakimiyyəti müdafiə məqsədilə söylənilən fikirdir. Mən ona görə də bu fikrin üzərində çox dayanmaq istəməzdim. Insan haqları və azadlıqları baxımından vəziyyət göz qabağındadır. Azərbaycan bu istiqamətlərdə olduqca geriləyib. Bu isə Azərbaycanın perspektivi baxımından yaxşı heç nə vəd etmir. Hazırda Azərbaycanda mövcud olan minimal azadlıqların belə itirilmə təhlükəsi var. - Qarşıdan gələn prezident seçkisini boykot etməyin tərəfdarı olan müxalifətçilər tələb kimi siyasi məhbus probleminin həllini, həbsdə olan jurnalistlərin azadlığa çıxmasını qoyurlar. Sizcə bu, nə dərəcədə haqlı mövqedir? - Ölkədə hər hansı bir normal siyasi mühit yoxdur ki, seçkidə aktiv və ya passiv iştirakdan getsin. Bu baxımdan hesab edirəm ki, siyasi və seçki imitasiyası var. Ötən seçkilərdən fərqli olaraq hazırda Azərbaycanda vəziyyət daha da pisləşib. Azərbaycanda seçki yox, seçki imitasiyası var. Mən bu imitasiyada iştirakın əleyhinəyəm. Ümumilikdə hesab edirəm ki, əgər olmayan prosesdə iştirak edirsənsə, bununla sən onu yaşadırsan. Fikrimcə, ölkədəki vəziyyətə daha qlobal yanaşmaq lazımdır. Vətəndaş cəmiyyətinin hər bir fəalı Azərbaycanda cüzi də olsa qalan demokratiya rüşeymlərinin müdaifəsinə səfərbər olmalıdır. Nəzərə almaq lazımdır ki, Azərbaycanda real siyasi müstəvi yoxdur ki, siyasi proseslərə də bu müstəvidən çıxış edərək qiymət verilsin. Cəmiyyətin maarifçiliyinə diqqət yetirilməlidir - Qarşıdan gələn prezident seçkisində iştirakla bağlı müxalifət düşərgəsində iki fikir var. Biri indiki şərtlər dəyişməyəcəyi təqdirdə seçkini boykot, digəri istənilən halda prosesdə iştirakın vacibliyi. - Mən məsələyə hər iki fikirdən kənar baxıram. Axı olmayan seçkidə kimsə ya fəal, ya da passiv iştirak edə bilməz. Mənin nəzərimdə seçki adlı bir şey yoxdur, seçki imitasiyası var. Imitasiyanın da passiv və yaxud da fəal iştirakçısına çevrilməyi doğru saymıram. Azərbaycanda demokratiya potensialının sürətlə azalması barəsində düşünmək lazımdır. Azərbaycan insanı olaraq bu baxımdan biz böyük itkilər verə bilərik. Azərbaycanda normal seçki şəraitinin yaranması üçün vacib olan ilkin suallar belə hazırda gündəmdə deyil. - Azərbaycanda normal şəraitin yaradılması üçün hansı yol seçilməsinin tərəfdarısınız? - Fikrimcə, maarifçiliyə diqqət yetirilməlidir. Bu məsələyə ötəri, laqeyd yanaşıldıqca bəzi problemlər Azərbaycanda davamlı olaraq qalacaq. Eyni zamanda insanların şəxsiyyət və ləyaqət hissinin möhkəmlənməsi, cəmiyyətin vətəndaşlara məxsus olan azadlıqların müdafiəsi istiqamətinə səfərbərliyinə də diqqət ayrılmalıdır. Xəyal Şahinoğlu Azadlıq qəzeti |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1292 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|
|