Cüme axşamı, 25.04.2024, 20:45
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Mart » 17 » iran sefiri ile musahibe
    14:51
    iran sefiri ile musahibe
      Nasir Həmidi Zare: “Əgər Qarabağ probleminin həllində Azərbaycan tərəfi İranın yardımına ehtiyac duysa, bu istiqamətdə əlimizdən gələni əsirgəməyəcək
       
        Sarvan
       
        - Cənab səfir, siz bundan əvvəl İİR-in Naxçıvandakı konsulu vəzifəsində də çalışmısınız. Sizin üçün Azərbaycan nə deməkdir və ölkəmizdə özünüzü necə hiss edirsiz?
        - Bismillahir Rəhmanir Rəhim. İlk öncə onu deyim ki, Allah-Təala müsəlmanlardan, o cümlədən müsəlman Azərbaycan xalqından öz nemətini əsirgəməmişdir. Mən ölkənizdə işlədiyim neçə illər ərzində bunun şahidi olmuşam. Amma əfsuslar olsun ki, həm insan faktoruna, həm də sərvətlərinə görə böyük gücə malik müsəlman ölkələrini başqalarının gözləri götürmür. Buna baxmayaraq Azərbaycani dövləti və xalqı özünün xoşbəxt gələcəyini qurmaqda, bunun üçün daim çalışmaqdadır. Mən özümü Azərbaycanda çox rahat, öz ölkəm və evimdəki kimi hiss edirəm.
       
        - Azərbaycanla İranın tarixi bağlılığı var. Bu sıraya müştərək adət-ənənələri, dini, mədəniyyəti aid edə bilərik. Ölkələrimiz arasındakı münasibətlərin mövcud durumu sizi qane edirmi?
        - Təbii ki, hazırkı imkanlar çərçivəsində olan əməkdaşlığımız qənaətbəxşdir. Bununla belə qeyd etməliyəm ki, potensialımız daha yüksəkdir. Təəssüflər olsun ki, Azərbaycan keçmişdə istila altında olduğundan əlaqələri o qədər də inkişaf etdirmək mümkün olmayıb. Əlbəttə, biz lap qədimdən tarixi əlaqələr qurmuşuq, ortaq adət-ənənələrimiz, mədəniyyətimiz var. Ancaq eyni zamanda onu da deməliyəm ki, din, dil və mədəniyyət fərqləri olsaydı belə, bu iki qonşu ölkə xalqlarının əlaqələrini əngəlləmək olmazdı. Digər tərəfdən millət öz tarixi ənənələrini həmişə yaşadır. Yəni Azərbaycanın on illərlə istila altında yaşadığına baxmayaraq, adət-ənənələrini saxlayıb. Hətta buna nə qədər məhdudiyyət qoyulursa, xalq o qədər çox yaşatmağa çalışır. Ola bilsin bu da Allah-Təalanın istəyidir ki, insanlar öz dinlərini qorusunlar. Hər halda əlaqələrimizin gələcəyini çox parlaq görürəm.
       
        - Əlaqələr həm də ticarət dövriyyəsilə ölçülür. Bu sahədə mövcud mənzərəni necə xarakterizə edərdiniz?
        - Ticarət əlaqələrimizin böyük bir hissəsi qonşu əyalətlərimiz arasındadır. Müxtəlif səbəblərdən bunların əksəriyyətini rəqəmlərlə ifadə etmək çətindir. Amma hər halda qarşılıqlı ticarət dövriyyəsinin həcmi bir milyard dollardır. Dövlət rəsmilərimizin görüşlərində bu həcmin daha da yüksələcəyi bildirilib. Bunun isə iki yolu var. Birincisi, müştərək ticari şirkətlərin fəaliyyətləri, ikincisi isə müştərək sərmayə qoyma fondunun təşkilidir. Yaxın gələcəkdə bunlar həyata keçiriləcəkdir. Nəqliyyat sahəsində də işlərin görülməsi nəzərdə tutulur.
       
        - Dövlət rəsmilərinin görüşlərində vizasız gediş-gəlişin tətbiqinə toxunulub. Əlbəttə, sərhəd bölgələrində sadələşdirilmiş forma mövcuddur. Bəs, vizanın ümumiyyətlə aradan qaldırılması üçün nə kimi əngəllər var?
        - Mən şəxsən bundan ötrü heç bir maneə görmürəm. İran ərazisindən keçməklə Naxçıvanla Bakı arasında marşrut açılıb. Azərbaycanın Xarici İşlər Nazirliyi tərəfindən isə açıqlama verilib ki, Naxçıvandan Bakıya rahat gələ bilsələr də, geriyə qayıtmaq asan olmur. Yəni bunun üçün viza alınmalıdır. Ona görə də bu sahədə əngəlləri aradan qaldırmaq üçün tədbirlər görülür. Məsələ bundadır ki, Naxçıvan blokadada olduğu üçün biz vizanı həmin bölgənin əhalisi üçün aradan götürdük. Amma başqa bölgələrdə yaşayanlardan ötrü bu işlər qarşılıqlı olaraq görülməlidir. Gələcəkdə ola bilsin ki, həmin istiqamətdə razılaşma əldə olunsun. Bunun üçün hər iki ölkənin xarici işlər nazirləri səviyyəsində görüşlər keçirilməli, müzakirələr aparılmalıdır.
       
        - Azərbaycan 20 ilə yaxındır ki, həll olunmayan Qarabağ problemi ilə üzbəüz qalıb. İran istər regionun nüfuzlu dövləti, istərsə də İslam Konfransı Təşkilatına üzv ölkə kimi münaqişənin həlli istiqamətində hansı təkliflərlə çıxış edə bilər?
        - Mən bir diplomat kimi bunu deyə bilərəm ki, işğalçı zəbt etdiyi ərazilərdə dərin izlər buraxır. Rusların işğalçılıq tarixində mənfiliklər çox olub. İngiltərənin də mənfi keçmişi olub. Belə bir siyasəti indi də Amerika aparır. Bu dövlət bizim nüvə texnologiyamızı hədəf seçib və bu haqda ittihamları sübuta yetirilməsə də əməllərindən əl çəkmir. Çünki onların niyyətləri pisdir, onlar belə əməllər üçün yaranıblar. Əgər keçmişdə Azərbaycanda Rusiya qorxusu var idisə, indi də başqa bir işğal problemi var. Və bunu aradan qaldırmaq üçün Azərbaycan başqa ölkələrin, o cümlədən Avropa dövlətlərinin dəstəyinə ümid bəsləyir. Əgər nə vaxtsa İranın, yaxud İKT-nin yardımına ehtiyac duysa, onda təbii ki, bu istiqamətdə əlimizdən gələni əsirgəmərik.
       
        - Son vaxtlar elm, texnika sahəsində İran çox böyük irəliləyişlər əldə edib. Bunlardan biri də ölkənin dinc məqsədli nüvə texnologiyasına sahib olmaq istəyidir. Amma istəyi bəzi dövlətlər tərəfindən qısqanclıqla qarşılanır. Bu məsələlərlə bağlı nə fikirdəsiz?
        - Çox vacib məsələyə toxundunuz. Bizim nüvə texnologiyası ilə bağlı artıq hər şey aşkar oldu. Allahın lütfü ilə üzümüz hər zaman ağ olduğu üçün bu məsələdə də problem qalmadı. Onlar öz dilləri ilə bəyan etdilər ki, nüvə texnologiyası ilə bağlı fikirlərimiz əslində dinc məqsədlidir. Bayaq elmi nailiyyətlərdən söhbət getdi. İslam dinində elmə qarşı heç bir mənfi münasibət yoxdur. Bizim ali təhsil ocaqlarında, elmi-tədqiqat institutlarında əldə etdiyimiz uğurlar da bunu göstərir. Nüvə texnologiyası da bu qəbildəndir. Əlbəttə, söhbət bu texnologiyadan dinc məqsədlərlə istifadədən gedir. Bunu ölkəmizin prezidenti Mahmud Əhmədinejad dəfələrlə vurğulayıb. Ali dini liderimiz Ayətullah Xamneyi (r.ə) də deyib ki, silah istehsalı və ondan istifadə etmək həm haramdır, həm də əqidəmizə uyğun deyil. Digər tərəfdən, ölkəmizin buna heç ehtiyacı da yoxdur. Silah xüsusilə naməhrəm əlində olursa, onun mənfi təsiri daha çox olur. Amma bizim dövlət başçılarımız inanılmış, elmə sayğı göstərən və inanclı insanlardır. Qısqanclığın isə səbəbi var. Əgər bu gün təzyiq altında olan azad ölkələr nə vaxtsa haqlarının müdafiəsinə qalxsalar, Amerika kimi istilaçıların vəziyyəti çətin olacaq. Yəni onlar belə bir gündən qorxurlar. Zülm olan yerdə zalım xoflanır. Ona görə də başqalarını həmişə qorxu altında saxlamağa çalışırlar. Amma Allaha şükürlər olsun ki, nə İranı blokadaya almalarının, nə də yalan xəbərlər yaymalarının heç bir təsiri yoxdur. Onlar öz səhvlərini anlamalı, hədə-qorxulardan əl çəkməli, ölkəmizin hüquqlarına hörmətlə yanaşmalıdırlar.
       
        - İranın nüvə texnologiyası ilə bağlı ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin hesabatı son vaxtlar gündəmdə olan məsələdir. Bunun isə Britaniya kəşfiyyat idarəsinin dinləmələri əsasında qurulduğu bildirilir. Yəni İranın daxilində xarici kəşiyyat geniş şəbəkə halındadırmı, yoxsa burda başqa məqsəd güdülür?
        - İsrail rejimi və Amerikanın məşğuliyyətləri başqa dövlətləri qorxu altında saxlamaq üçün silah istehsal etmək və satmaqdır. Ancaq İran dövləti və xalqı belə deyil.
        Amerika İrana qarşı bir neçə dəfə sanksiyalar tətbiq edib. Bundan əziyyət çəkən isə yenə də həmin ölkənin fitvasına uyan Avropa dövlətləri və xalqları oldu. Onlar elə güman edirlər ki, yalnız özləri hər şeyi bilirlər, qalanları isə heç nə dərk etmirlər. Belə təfəkkürlə çox uzağa gedə bilməyəcəklər. Prezident Əhmədinejad Nyu-Yorkda olarkən Corc Buşu açıq dialoqa çağırsa da, ABŞ dövlət başçısı bundan imtina elədi.
        Davamı səh.5-də
       
        Azərbaycanla İran arasındakı əlaqələrin qədim tarixi var. Ölkəmiz müstəqillik qazanandan sonra bu əlaqələr xeyli genişlənmiş, bütün sahələrdə əməkdaşlıq üçün imkanlar yaradılmışdır. Amma təəssüflər olsun ki, bəzi dövlətlər geostrateji maraqları naminə yaxın qonşular arasında nifaq salmağa çalışırlar. Buna baxmayaraq zamanın sınağından üzüağ çıxmış dostluq, qardaşlıq, mehriban qonşuluq münasibətlərini pozmaq mümkün olmayıb. Bu və digər məsələlərlə bağlı İran İslam Respublikasının Azərbaycandakı səfiri Nasir Həmidi Zareyə müraciət etdik. Və söhbətimizə də elə Azərbaycan-İran əlaqələrindən başladıq.
    Категория: Müsahibe | Просмотров: 1396 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Mart 2008  »
    B.eÇ.aÇC.aCŞB
         12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31
    Linklər