Главная » 2008 » Aprel » 15 » DANİMARKA PARLAMENTİNDE HİCABLA BAĞLI TARİXİ QERAR
14:36 DANİMARKA PARLAMENTİNDE HİCABLA BAĞLI TARİXİ QERAR |
Danimarka deputatlarına parlamentə hicabda gəlməyə icazə verildi
Danimarkadakı faşistyönümlü Xalq partiyası üçün sarsıdıcı məğlubiyyət baş vermişdir. Belə ki, parlament komissiyasının müvafiq qərarı ilə deputatların parlament iclaslarına hicabla gəlmələrinə icazə verilməsi hüququ təsdiq edilmişdir.
Əslində bu qərar, keçən həftə məhkəmənin çıxartdığı qərarın məntiqi davamı idi. Belə ki, məhkəmə işçisinin məhkəmə prosesində hicab taxılmasına icazə verilmişdi və bu öz növbəsində hicablı deputat xanım Əsma Əbdul-Həmid üçün əsl triumf olmuşdu. Danimarkanın qırmızı-yaşıl seçki alyansından parlamentin gələcək namizədi olan bu müsəlman xanım, dininin vacibatı olan hicabı parlament sessiyasında da taxacağı niyyətini öncədən bəyan etmişdi.
Bu qərarın əleyhinə tək bir səs, DNP- dən olan sağ irqçi Soren Espersen vermişdir. "Mən bu qərardan çox narahatam. Bu təziqi simvolizə edən hicaba edilən bir güzəştdir,"- deyə o, öz fikrində qaldığını söylədi.
Lakin, sosial-demokrat partiyasının üzvləri, sosialistlər, konservatorlar və liberallar müsəlman qadının baş örtüsündə heç bir " təzyiq simvolu" axtarmadan yekdilliklə icazəyə səs vermişlər. (islam.ru)
“Deyerler” AİN (www.deyerler.org)
|
Категория: Dünyada |
Просмотров: 1274 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|