Cüme, 26.04.2024, 05:24
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 16 » QUANTANAMO HEBSXANASI ARTIQ BU İL BAĞLANA BİLER
    16:22
    QUANTANAMO HEBSXANASI ARTIQ BU İL BAĞLANA BİLER
    Hal-hazırda beynəlxalq təşkilatlar ilə, eyni zamanda ATƏT-in üzvü olan dövlətlər və başqa dövlətlərlə bu hərbi məhbusların, onların ərazisində yerləşdirilməsi və onlara qaçqınlıq statusu verilməsinə dair danışıqlar aparılır", - deyə Lizen xəbər vermişdir



         İslam. ru xəbər verir ki, Amerikanın Kubada yerləşən Quantanamo hərbi həbsxanasında «terrorçuluqda şübhəli sayılan» məhbuslar saxlanılır. Belçika senatoru və ATƏT Parlament assambleyasının xüsusi nümayəndəsi Ann Mari Lizen bu həbsxananın artıq 2008-ci ildə bağlana biləcəyini təxmin edir.

         "Həbsxana ola bilər ki, 2008-ci ildə artıq bağlansın", - Lizen jurnalistlərə belə söyləmişdir. Onun sözlərinə görə, buna mane olan amillərdən biri də 23 Quantanamo məhbusunun taleyidir. Belə ki, Amerika hökumət orqanları tərəfindən işlərinə baxılan, potensial cəhətdən "təhlükəsiz" sayılan bu məhbusların öz vətənlərində həyatları təhlükədə olduğu üçün ölkələrinə qaytarmaq mümkün deyildir.

         Hal-hazırda beynəlxalq təşkilatlar ilə, eyni zamanda ATƏT-in üzvü olan dövlətlər və başqa dövlətlərlə bu hərbi məhbusların, onların ərazisində yerləşdirilməsi və onlara qaçqınlıq statusu verilməsinə dair danışıqlar aparılır", - deyə Lizen xəbər vermişdir.

         Bu 23 nəfər məhbusun içində 16-sı Çin vətəndaşı olan uyğurlardır. Belçika senatoru Belçikada onlara sığınacaq verilməsinin mümkün olduğunu bildirdi. Çünki onun ölkəsində uyğur cəmiyyəti mövcuddur.

         NATO-nun 2-4 apreldə Buxarestdə keçirilən sammiti zamanı ABŞ prezidenti Corc Buş bir neçə yüz terrorda şübhəli bilinən şəxsin saxlanıldığı Quantanamo həbsxanasının gələcəkdə bağlanacağını söyləmişdi. Xatırlatmaq lazımdır ki, onlar artıq neçə ildir ki, məhkəmə qərarı olmadan həbsdədirlər.

         KİV-in verdiyi məlumata görə, ABŞ adminstrasiyası, bu məhbusları ABŞ ərazisində yerləşən başqa hərbi həbsxanalara köçürülməyi nəzərdə tutur.
     
    Категория: Dünyada | Просмотров: 1934 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər