Bazar, 24.11.2024, 04:19
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 10
    Qonaq: 10
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 21 » Felestin xolokotsu
    09:23
    Felestin xolokotsu
     
    Bütün dünyada «Xolokost» adlı bir anlayışla çox qəribə şeylər baş verir. Özünün söz azadlığı ilə qürrələnən demokratik Avropada bu anlamın heç bir müzakirə və şəkk oluna bilməməsindən və tənqidi qavranıla bilmək ixtiyarının olmamasından da başqa, bu anlamı yalnız və istisnavi olaraq yəhudi tarixinə tətbiq etmək olar və daha heç bir millətin və ya xalqın tarixində misal kimi göstərmək olmaz.

        Bir məsələ də vardır ki, əgər «xolokost» sözünü yəhudilərin özləri fikirləşib tapsaydılar və onu yalnız öz hadisələrinə nisbətdə tətbiq etsəydilər, onda bu məchulu bəlkə də haradasa başa düşmək olardı. Məsələn, ərəb sözü olan «intifada» kimi. «İntifada» sözü «üsyan» kimi tərcümə olunsa da, qeyri-ərəb dillərində səslənən zaman, məhz fələstinlilərin sionist İsrail rejimi işğalına qarşı müqavimət çıxışları ilə bağlı tətbiq edilir.


        Və bu baxımdan ən maraqlı məsələ odur ki, «xolokost» sözü heç də yəhudi mənşəli deyildir. Bu söz «hər şeyi yandırma» kimi tərcümə olunan yunan dilindən götürülmüşdür. Bu terminin ingilis variantı olan «holocaust» isə latın dilində yazılmış İncil kitabından (Tövratdan sonra nazil olmuş ikinci səmavi Kitab – Dəyərlər) götürülərək sonradan bütün digər dillərə keçmişdir.

        İncildə bu sözün törəmə formaları «bütünlüklə yandırılan», «hər şeyi yandırma», «hər şeyi yandırmanın qurbanı», «hər şeyi yandırmaya verilmiş qurban» kimi mənalarda işlənmişdir. Rus mədəniyyətində bu termin tarixən Gennadi İncilində – Əhdi-Ətiqin (Tövrat) və Əhdi-Cədidin (İncil) 1499-cu ildə slavyan dilində çıxmış ilk tam əlyazma toplusunda – «olokaust» və «olokaustum» kimi xatırlanmışdır. XVIII əsrə aid olan Kurqanovun «Məktub nümunələri məcmuəsi»ndə (rusca – «Pisğmovnik») bu söz «qurban», «hər şeyi yandırma» mənalarında izah olunan «qolokost» formasında istifadə edilmişdir.

        «Xolokost» termininin indi istifadə olunan mənasına yaxın mənalarda işlədilməsi isə İkinci Dünya Müharibəsindən çox-çox əvvəl, təqribən 1910-cu illərdən başlanmışdır. İlkin olaraq onu Ukraynada gedən vətəndaş müharibəsi zamanı yəhudi talanları və qırğınlarına münasibətdə tətbiq edirdilər. Nasistlər tərəfindən yəhudilərin kütləvi məhv edilməsi kimi müasir anlamda isə «xolokost» terminindən yalnız 1942-ci ildən başlayaraq istifadə olunmağa başlanmışdır.

        Lakin, bu termin daha çox 1950-ci illərdə istifadə olunmağa başladı. Belə ki, gələcək Nobel mükafatı laureatı, yəhudi yazıçısı Eli Vizelin kitablarından sonra «xolokost» termini geniş şəkildə tətbiq edilməyə başlandı. Sovet çapında və nəşrlərində bu termin 1980-ci illərin əvvəllərində meydana çıxdı. Özü də ki, ilkin olaraq bu termin «xolokaust» formasında, sonradan isə elə indiki kimi istifadə olunmağa başladı.

        Beləliklə, ümumiyyətlə bu terminin nasist rejiminin qurbanları qismində yalnız yəhudilərlə əlaqədar olaraq inhisarlaşdırılması mövzusu çox mübahisəlidir. Və bu mövzuda fikirləşməyə və yazmağa özlərində cürət tapan tarixçilər arasında bu terminin nasistlərin digər qurbanları – məsələn, qaraçılara, slavyanlara və sair xalqlara münasibətdə tətbiq olunmaması barədə çox ciddi müzakirələr getməkdədir.

        Qaraçıların misalına baxdıqda, görmək olar ki, onlar nasistlər tərəfindən təqib olunduqları zamanı kütləvi qurbanlardan qaçına bilmişdilər. Bu, qaraçıların hələ orta əsrlərin sonlarından bəri bütün Avropa boyunca təqib olunmalarından «yaranmış» acı «təcrübələri» və həmçinin nasistlər tərəfindən işğal edilmiş ölkələrin əhalisinin bu milli azlıqlara olan rəğbəti nəticəsində mümkün olmuşdu. Lakin, bütün bunlara baxmayaraq, nasistlər tərəfindən qaraçı əhlinin məqsədyönlü şəkildə məhv edilməsi nəticəsində bəzi Avropa ölkələrində qaraçıların təqribən 99%-i qırılmışdı.

        Avropanın qaradərili olan sakinləri də nasistlərin nəzərincə lazımsız olan xalqlar və irqlərin əzilməsi «maşınının» məngənəsi altına düşmüşlər. Afrikalı və yaxud da ki, afro-amerikalı mənşəli valideynləri olan Almaniya vətəndaşları məcburi sterilizasiyaya (nəsilartırma funksiyasının məhv edilməsinə) məruz qalırdılar, sonradan isə məhv edilirdilər. Nasist vəhşiləri hətta uşaqları belə sterilizasiyadan keçirirdilər.

        Lakin, İkinci Dünya Müharibəsinin xolokostundan ən çox zərər çəkmiş tərəf isə slavyanlar idi. Nasistlərin planlarına görə, slavyan xalqlarının bir hissəsi məhv edilməli, bir hissəsi isə ariləşməli idilər (belə ki, nasisitlər almanları arilər – yəni, ali irq hesab edirdilər). Və döyüş meydanlarında və bombardmanlar altında həlak olmuş slavyanları – rusları, ukraynalıları, belorusları, Şərqi Avropa xalqlarını hesaba almadan, irqi nişanə üzrə məqsədyönlü soyqırıma məruz qalmış qurbanların sayı insanı dəhşətə gətirir.

        Nasist «təmizləmələri» nəticəsində məqsədyönlü şəkildə 5 milyon nəfər rus, 3 milyon nəfər ukraynalı, 1,5 milyon nəfərsə belorus məhv edilmişdi. Biz hələ burada Şərqi Avropa ölkələrində aparılmış soyqırım barədə danışmırıq… Məsələn, hərbi itkiləri nəzərə almadan polşalıların itkiləri əhalinin 10%-ni təşkil edirdi.

        Bəli, artıq düşünən insanlar getdikcə daha çox tərzdə – bu qədər insan əzabını öz canına çəkmiş, bu qədər güclü qəm və kədər energetikasına malik olan, yaddaşlarda bəşəriyyətə qarşı edilmiş qanlı cinayətlərin şahidliyini oyadan, insanı mütləq şəkildə soyqırımın – genosidin təkrarlanmasının bütün cəhdlərinə qarşı mübarizəyə səfərbər edən «xolokost» termininin yalnız bir siyasi qruplaşma tərəfindən inhisara alındığı barədə maraqlanmağa başlayırlar.

        Və burada məsələ, bu terminin yəhudilərə münasibətdə istifadə olunmasında deyildir. Burada məsələ, bu termininin digər xalqlara münasibətdə niyə istifadə olunmamasındadır. Görəsən bu xalqlar öz faciələrinin xatirəsinə daha az layiqdilərmi? Və yaxud dünya yalnız bir xalqınmı faciəsini yaddaşlarda saxlamalıdır?

        Yeri gəlmişkən qeyd edək ki, ərəb dünyasında artıq çoxdandır ki, «xolokost» terminini sionistlərin Fələstin xalqına münasibətdə törətdikləri vəhşiliklərlə əlaqədar istifadə edirlər. Və bu termin heç bir dırnaqarasısız və şərtsiz şəkildə tətbiq olunur. Bu zaman elə belə də deyilir: «Qəzzanın xolokostu», «Fələstin xolokostu» və s.

        Bu terminin Fələstinlə bağlı tətbiq olunması görkəmli İslam alimi, «Əl-Əzhər» Universitetinin professoru Məhəmməd Əbu Lə’l tərəfindən də dəstəklənmişdir. Fələstində davam edən xolokost barədə danışan professor, bütün müsəlmanları Fələstin faciəsi ətrafında dünyanın kütləvi informasiya vasitələri tərəfindən yaradılmış məlumat blokadasını yarmağa çağırır.

        Məhəmməd Əbu Lə’l, yəhudi xolokostuna münasibətdə hər hansı bir şəkk və şübhənin və həmçinin tənqidin qanunla təqib olunduğu, lakin Fələstində həyata keçirilən xolokosta hər vəchlə etinasızlıq nümayiş etdirən Qərb dairələrinin ikiüzlülüyünü qeyd edir. Və müasir KİV-lər, elmi institutlar və analitik təhlil mərkəzləri tərəfindən Fələstin xolokostu mövzusunun blokadaya salınmasının bariz nümunələrindən biri də, fələstinlilərə münasibətdə sionist İsrail rejiminin həyata keçirdiyi cinayətlər nəticəsində olan qurbanların sayı barədə dəqiq məlumatların tapılmasının qeyri-mümkünlüyüdür.  

    Mikail Zapaşnıy
    «İslam.ru»
    Hazırladı: RZA ADİL

    “Deyerler” AİN (www.deyerler.org)
    Категория: Dünyada | Просмотров: 1300 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər