Главная » 2008 » Aprel » 21 » QƏZZA SEKTORUNDA UNİVERSİTETLƏR BAĞLANDI
20:01 QƏZZA SEKTORUNDA UNİVERSİTETLƏR BAĞLANDI |
Fələstin ərazisindəki nəqliyyat böhranını daha da şiddətləndirmək üçün yaradılan yanacaq qıtlığı ucbatından Qəzza sektorunda yerləşən iki görkəmli universitetdə dərslər dayandırılmışdır - İslam News xəbər verir.
Bu ali məktəblərin müəllimləri dünya içtimaiyyətinə müraciət etmişlər ki, İsrail rejiminə təsir etsinlər və onları yanacağın təchizini bərpa etməyə məcbur etsinlər.
Bu təhsil mərkəzlərinin rəhbərləri əllərindən gələni edirlər ki, dərslər yenidən bərpa olunsun. Ancaq hələ heç kim deyə bilməz ki, tələbələr nə vaxt geri qayıda biləcəklər. «Bu əsl faciədir», - deyə Əl-Əzhər universitetinin rəsmi nümayəndəsi Əli Əl-Hacar müsahibə zamanı bildirmişdir.
Eyni zamanda Qəzza sektorunda yaşayan əhali yanacağın alternativini axtarmaqla məşğuldurlar. Bəziləri nəqliyyat vasitələrini qazla, yağla, dizellə və ya ağ neftlə doldurmağa çalışırlar. Ancaq şahidlərin sözlərinə görə, maşınların çoxu yol kənarında saxladılıb böhranın həll olmasını gözləyirlər.
“Deyerler” AİN (www.deyerler.org) |
Категория: Dünyada |
Просмотров: 1250 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|