Cüme, 19.04.2024, 14:34
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 26 » VEHHABİ TEHLÜKESİ
    16:51
    VEHHABİ TEHLÜKESİ
    nullHacı Abgül Süleymanov: ««Əbu Bəkr» məscidindəki dini ədəbiyyatı müsadirə etmək digər istaqamətlərdə əməliyyatlar aparmaq üçün bir başlanğıcdır, yəni bunun ardınca həqiqi İslam da vurulur»

    Kütləvi informasiya vasitələrində yayılan məlumatlara görə, bir neçə gün əvvəl Milli Təhlükəsizlik Nazirliyinin və Nərimanov Polis İdarəsinin əməkdaşları vəhhabilərin ibadətgahı kimi tanınan «Əbu-Bəkr» məscidində əməliyyat tədbirləri keçiriblər. Məscidin zirzəmisində qadağan olunmuş xeyli dini ədəbiyyat və bu qəbildən olan audiokassetlər müsadirə olunub.
    Məsələ ilə əlaqədar «Əbu-Bəkr»in imamı Qamət Süleymanovun dindirilib. Ondan Dini Qurumlarla İş üzrə Komitənin siyahısana görə Azərbaycan ərazisində yayılması qadağan olan ədəbiyyatın ölkəyə hansı yolla gətirilməsi ilə bağlı izahat alındığı bildirilir.
    Xatırladaq ki, paytaxtda və ölkənin bir sıra bölgələrində vəhhabi təriqqətinin nümayəndələrinə qarşı əməliyyatlara iki il əvvəl start verilib. Nəticədə onlarla insan qanunsuz silah və ədavəti qızışdıran ədəbiyyatı saxlamaqda ittiham olunaraq həbs edilib. Əslində, bu əməliyyatların arxasında hansı məqsədlər dayanır? Ümumiyyətlə, ölkədə vəhhabi təhlükəsi mövcuddurmu?
    «Milli Mənəvi Dəyərlər» İctimai Birliyinin sədri Hacı Abgül Süleymanov düşünür ki, «Əbu Bəkr» məscidinə daxil olub ordakı dini ədəbiyyatı müsadirə etmək digər istaqamətlərdə əməliyyatlar aparmaq üçün bir başlanğıcdır. Və bunun bəyənilməz olduğunu söylədi: «Çünki hüquq-mühafizə orqanlarının əməkdaşları bundan istifadə edib həqiqi İslamı da vurur, bu sahədə fəaliyyət göstərən dini-ictimai təşkilatların fəaliyyətinə süni əngəllər yaradırlar».
    A.Süleymanov bildirdi ki, ötən il ölkədə bir neçə silahlı vəhhabi qruplaşmasının məhv edilməsi də şou xarakterli olub: «Həmin hadisələrdən dərhal sonra İslamın zəruriyyətlərinə - azana qadağa qoyuldu, hicaba qarşı mübarizə daha kəskin xarakter aldı. Dini dükanlarda şiə və sünni məzhəblərinə aid dini ədəbiyyatlar yığışdırıldı. Halbuki, o kitablarda dövlətə qarşı, məzhəblərarası ədavəti qızışdıracaq hansısa fikir yox idi. Məlumat üçün bildirim ki, bir müddət əvvəl Sumqayıtda Əhli-beyt şairlərinin şeir məclisinin kobudluqla dağıdılması da bu qəbildəndir».
    Azərbaycanda vəhhabilik inkişaf etməkdə davam etsə də, Hacı Abgül bunu ciddi təhlükə saymır. «Əgər belə bir təhlükə mövcud olsa, şübhə yoxdur ki, polis orqanları tərəfindən zərərləşdiriləcəklər», - deyə müsahibim vurğuladı.
    Qeyd edək ki, vəhhabi cərəyanı İslam adı altında cəmiyyətdə qeyri-sağlam mühitin formalaşmasına çalışır, həqiqi dini inancları qaralamaqla insanların inam bəslədiyi əqidə prinsiplərini təhqir edir. Müsahibimin fikrincə, əgər vəhhabilər zərərli ideologiyalarını «maarifləndirmə» yolu, «dini ədəbiyyat» vasitəsi ilə təbliğ edirlərsə, ölkədə fəaliyyət göstərən rəsmi dini qurumlar, əsl İslamyönlü ictimai təşkilatlar, dindarlar da bu sahədəki iş potensiallarını gücləndirməlidirlər: «Bununla ən azı onların fəaliyyətini ziflətmək, gölgədə qoymaq mümkündür. Vəhhabi və digər bu kimi qeyri-ənənəvi cərəyanlar əqidə boşluğundan yaranıblar. Xalqın həqiqi İslami dəyərlərə olan ehtiyacını təmin edə bilsək, vəhhabiliyə də, başqa təriqətlərə də maraq azalacaq. Vəhhabi cərəyanı güclü xarici maliyyə dəstəyilə Azərbaycana nüfuz etdiyindən onu tamamilə yox etmək çox çətindir».


    Nəbz qəzeti


    Категория: Dünyada | Просмотров: 1280 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər