Bazar ertesi, 23.12.2024, 23:40
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 29 » İSRAİL eSGeRLeRİ FeLeSTİNLİ UŞAQLARA VERDİKLeRİ İŞGeNCeLeRİ ETİRAF ETDİLeR
    16:56
    İSRAİL eSGeRLeRİ FeLeSTİNLİ UŞAQLARA VERDİKLeRİ İŞGeNCeLeRİ ETİRAF ETDİLeR

    10 yaşlı uşağı ailəsinin gözü qarşısında döydük». «Dükanlardan oğurladığımız malları İsraildə satırdıq»




        Türkiyənin "Habertürk" saytının verdiyi məlumata görə, İsrail rejiminin Fələstində xidmət edən insanlıqdan uzaq əsgərləri, hərbi xidmətdə olduqları müddətdə sadə fələstinlilərə qarşı törətdikləri vəhşilikləri İngiltərənin "Independent" qəzetinə etiraf etmişdirlər.

        «10 yaşlı uşağı ailəsinin gözü qarşısında döydük». «Dükanlardan oğurladığımız malları İsraildə satırdıq». «Peyk vasitəsilə hər hansı bir evi seçlərək, top vasitəsilə həmin evi darmadağın edilməsi üçün əmr verilirdi» - bu etirafların cüzi bir hissəsidir.

        İsrail ordusunun nəzarəti altında olan Fələstinin Əl-Halil bölgəsində xidmət edən əsgərlərin etdiyi cinayətləri, keçmiş hərbçi Yahuda Şaulun qurduğu "Breaking the Silence" (səssizliyi pozmaq) adlı bir təşkilat vasitəsilə sadə israillilərə çatdırmağa çalışmışdır.

        O, bu yaxınlarda yayacağı hesabatında, işğal altında olan Fələstin ərazisində 2005-2007-ci illərdə xidmət edən 39 əsgərin vəhşiliklərini dünya ictimaiyyətinə çatdırır.

        Beləliklə, həmin şəhərdə yaşayan yəhudiləri qorumaq məqsədilə Əl-Halildə 2 il xidmət edən İsrail rejiminin əsgərlərinin anlatdıqları, adamı heyrətə gətirən olaylar:

        «Kimi görsəniz vurun!» əmri.

        Bir gün qəbilələr arasında mübahisə olduğu xəbəri gəldi. Komandirimizlə həmin olay yerinə getdik. Bizə kimi görsək vurmağımızı əmr etdi. Qarşımıza kim çıxırdı döyürdük. Əsgər olduğumuzu başa düşmədilər. Bir-birlərilə dalaşdıqlarını hesab edirdilər.

        Bir dəfə də, bizə daş atan bir qrupla qarşılaşdıq. Hamısı 14-16 yaşında idi. Əlimizə bunların arasından 10 yaşlı bir uşaq keçdi. Komandirimiz bizə daş atan uşaqları tapmağımızı istəyirdi. Komandirimiz bu uşağı, insana vahimə gətirən bir formada əzab-əziyyətlə döydü.  Daha sonra uşağın boğazından tutaraq yaxın ətrafda qazılmış quyuları göstərərək "bunların hansında ölmək istəyirsən" deyə soruşurdu. Uşaq ağlayaraq «ölmək istəmirəm» - deyə qışqırırdı. Bu arada uşağın ailəsi və qonşuları ətrafımıza yığılaraq bizi əhatəyə aldılar. Komandirimiz, silahını hazır vəziyyətə gətirərək uşağın ağsına saldı. Və ətrafa səslənərək "hər kim yaxınlaşarsa uşaq öləcək və heç narahat da olmaram, siz bilirsiniz" deyə valideynləri üstünə qışqırdı.                                

        Uşaqları boğmaq yarışları.

        İstədiyimiz bir evi peyk vasitəsilə seçərək məhv edirdik.

        Ən çox sevdiyimiz oyun isə "boğmaq" oyunu idi. Fələstinli uşaqları yığırdıq və hər birimiz bir nəfər seçirdik. Sonrada onların boğazlarını tək-tək  sıxırdıq.  Kim uzun müddət ərzində huşunu itirmədən nəfəsini saxlayırdısa, həmin uşağı boğan əsgər qalib hesab olunurdu.

        Dükanları talan etmək.

        İstədiyimiz dükana girib istədiyimiz malları alırdıq. Maşın siqnalları, səs gücləndiricilər sistemi satılan bir dükan var idi, əsgərlər oradan müxtəlif siqnallar götürdülər – pulsuz-parasız. Dükan sahibi bir söz deyərdisə, dükanının bağlanması ilə təhdid edilirdi. Dükan sahibi əlacsız qalaraq "heç olmasa cox sayda götürməyin ailəmi dolandıra bilmirəm" deyə onlara müraciət edirdi. Oradan nə alırdılarsa İsrailə qayıdan da satırdılar
    Категория: Dünyada | Просмотров: 1306 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər