Cüme, 26.04.2024, 18:14
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Aprel » 30 » AZeRBAYCAN BAYRAĞININ TeHQİR OLUNMASINA NİYe CAVAB VERİLMeDİ?
    18:32
    AZeRBAYCAN BAYRAĞININ TeHQİR OLUNMASINA NİYe CAVAB VERİLMeDİ?
     
    Ermənilər hər il aprelin 24-nü “soyqırım” günü kimi qeyd edərək, türklərin 1915-ci ildə kütləvi şəkildə onları qətlə yetirdiklərini deyirlər. Bu il də aprelin 24-də ermənilər dünyanın müxtəlif yerlərində və İrəvanda “soyqırım” hay-küyü salıblar. İrəvanda keçirilən mitinqdə Türkiyə və Azərbaycan bayraqları təhqir olunub. Türkiyə hökuməti və parlamenti baş verən hadisəyə dərhal sərt reaksiya verib və Ermənistandan üzrxahlıq tələb edib. Azərbaycan hakimiyyəti və ölkə ictimaiyyəti isə bayrağımızın təhqir olunmasına heç bir reaksiya vermədilər.
    Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bizimlə söhbətində xarici işlər nazirinin müavini Araz Əzimovun mətbuat vasitəsilə baş verən olaya öz etirazını bildirdiyini söylədi: “Azərbaycanla Ermənistan arasında diplomatik münasibətlər yoxdur ki, bu cür etirazlar rəsmi formada İrəvana çatdırılsın. Baş verən hadisə ciddi təəssüf doğurur. Amma Ermənistanın bu cür davranışı danışıqlar yolu ilə  münaqişənin həlli istiqamətində şansları tükəndirməməlidir”.
    Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı hakimiyyətin bu biganəliyini Qarabağa və şəhidlərimizə olan münasibətlə izah etdi: “Türkiyədə dövlət səviyyəsində bu hadisəyə münasibət bildirilsə də, təəssüflər olsun ki, Azərbaycan hökuməti adekvat addım atmadı. Bu, hakimiyyətin Qarabağa və şəhidlərə olan münasibətidir. Belə iqtidardan başqa davranış gözləməyin mənası yoxdur”.
    Müsavat Gənclər Təşkilatının sədri Tural Abbaslıya görə Azərbaycan və Türkiyə bayraqlarının Ermənistanın mərkəzi meydanında yandırılması ermənilərin düşmənçilik hissindən irəli gəlir: “Erməni psixologiyasında türklər düşmən kimi qəbul olunub. Qondarma erməni soyqırımı gününün qeyd edilməsinə etiraz əlaməti olaraq Azadlıq meydanında mitinq keçirmək məqsədilə meriyaya ünvanladığımız müraciətə müsbət cavab almadıq. Ermənistan hökuməti isə İrəvanın mərkəzi meydanda antitürk mitinqinin keçirilməsini, eləcə də Azərbaycanla Türkiyənin bayraqlarının yandırılmasını bilavasitə təşkil edir. Amma bizdə hər şey əksinədir. Əgər Azadlıq meydanında erməni bayrağını yandırsaq, xuliqanlıq maddəsi ilə bizi cəzalandırarlar”.
    AXCP Gənclər Komitəsinin sədri Seymur Həziyevin fikrincə, İrəvanda baş verən bu hadisəyə rəsmi səviyyədə siyasi münasibət bildirilməliydi: “Ermənilər baş vermiş tarixi hadisəni siyasiləşdirir və onlar bunun təbliğ olunması ilə məşğuldur. Bizim Ermənistanla tarixi ərazi münaqişəmiz var. Torpaqlarımzın işğalı bizim dövrümüzədək gəlib çıxıb. Buna baxmayaraq, Azərbaycan tərəfindən Ermənistana heç zaman düzgün siyasi və hərbi cavab verilməyib. Bu gün Azərbaycanda ermənilərə qarşı mübarizəni fərqli müstəviyə keçirmək lazımdır. Ermənistan Azərbaycana və Türkiyəyə qarşı ərazi və soyqırım iddiasındadır. Bunların hər birinə konkret cavab mexanizmi olmalıdır. “Erməni bayrağı yandıraq” kimi yazıqlıq siyasətinin əleyhinəyəm. Biz beynəlxalq arenada haqlı olduğumuzu sübut etməliyik”.
    Leyla İLQAR
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1151 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər