Bazar ertesi, 30.12.2024, 21:14
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 6
    Qonaq: 6
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 8 » "Bu gün söhbet Şuşanın qaytarılmasından yox, unudulmamasından getmelidir"
    18:18
    "Bu gün söhbet Şuşanın qaytarılmasından yox, unudulmamasından getmelidir"
    "Biz Şuşanı ona görə itirdik ki, Şuşanı özümüzünkü hiss etmirdik"


    "Biz Şuşanı ona görə itirdik ki, bu şəhəri özümüzünkü hiss etmirdik. Ən böyük problem o oldu ki, biz Şuşanı özümüzünkü hiss etmədik və ona görə də Şuşa getdi". Bu barədə ANS PRESS-ə müsahibəsində tanınmış yazıçı-publisist, ANS-in "Zorxana" verilişinin aparıcısı Orxan Fikrətoğlu bildirib. "Biz torpağımıza da çox təəssüf ki, SSRİ-nin bir hissəsi kimi baxırdıq. Get-gedə bizim şüurumuzda milli dəyərlər, öz ərazimizə sahib durma və digər milli özəlliklər formalaşır. Amma görünür, o dövrdə bizdə bu hiss yox idi. Ona görə biz Şuşanı verdik",-deyən O.Fikrətoğlu əlavə edib ki, Şuşanı itirməyimizin bir səbəbi də təşkilatlanmanın olmaması, həmçinin ölkədə Sovet İttifaqının saxlanmasını istəyən, müəyyən strukturlara işləyən qüvvələrin olması ilə bağlıdır.

    O.Fikrətoğlunun fikrincə, Şuşanı almaq üçün birinci növbədə mətbuatda, hüquq sistemində və orduda şəffaflıq olmalıdır: "Yəni biz bilməliyik ki, Azərbaycanda hərbi xərclərə ayrılan vəsaitə nə alınıb. Ordu güclənməlidir, təşkilatlanmalıdır. Cəmiyyətin iqtidar qarşısında sosial sifarişi olmalıdır ki, Şuşanı al. Ondan sonra mənə elə gəlir ki, iqtidar Şuşanı almaq uğrunda düşünəcək və alacaq. Nə qədər ki, xalqın öz istəyi, yəni sosial sifariş kimi xalq Qarabağı, Şuşanı istəmir, o vaxta qədər Şuşa alınmayacaq. Biz özümüz Şuşanı almaq istəyən vaxt Şuşa alınacaq".

    O, Avropa Şurası, BMT və digər beynəlxalq təşkilatların Şuşanı Azərbaycana qaytaracağına inanmadığını vurğulayıb və bildirib ki, həmin təşkilatların bu işdə öz marağı var. Şuşanın kimlər tərəfindən verilməsinə gəldikdə isə, O.Fikrətoğlu qeyd edib ki, bu, məhkəmə-hüquq sisteminin işi olsa da, Şuşanın verilməsində maraqlı olan qüvvələr bəllidir: "Ancaq hər halda Şuşanı ermənilər və ruslar almadı. Şuşanı həm də verdilər. Azmışlar, mənə elə gəlir ki, azmışlar verdilər. Biz- Azərbaycan ərazisində yaşayan bütün xalqlar, o cümlədən ruslar, yəhudilər Azərbaycanın bütövlüyü uğrunda vuruşurdular. Bizim bu birliyimizə, azərbaycançılığımıza o vaxt da, bu vaxt da kölgə salmaq istəyənlər bir şeyi bilsinlər ki, Azərbaycan bütövdür və Şuşanı da elə bütöv Azərbaycan alacaq. Yəni burada heç bir milli problem yoxdur. İkincisi, sırf sovet ideologiyasına, Rusiyaya işləyən qüvvələr var idi və onlar da Azərbaycanda destabilliyin yaradılmasında maraqlı idilər, torpaqların getməsində maraqlı idilər. Və təbii ki, ermənilərin puluna işləyənlər var idi, sadəcə bunları hüquq-mühafizə orqanları bu gün də nədənsə axtarıb tapmır".

    O bildirib ki, bugünkü "Zorxana" verilişində həmişə olduğu kimi, xalqı ən azı Şuşanı unutmamağa çağıracaq: "Çünki hələ bu gün Şuşanın alınmasından söhbət getmir, sadəcə olaraq unudulmamasından gedir. Şuşa unudulub. Mənə elə gəlir ki, Kütləvi İnformasiya Vasitələri, xüsusilə elektron mətbuat bu gün ancaq Şuşadan danışmalıdır". /ANS PRESS/
    Категория: Müsahibe | Просмотров: 1219 | Добавил: al-shia | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər