Cüme, 26.04.2024, 12:11
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 12 » TÜRKİYe AVİASİYASI PKK-nın TeBLİĞAT MAŞININI BOMBALADI
    11:58
    TÜRKİYe AVİASİYASI PKK-nın TeBLİĞAT MAŞININI BOMBALADI
     
    Türkiyənin Hərbi-Hava Qüvvələri PKK-çılarla bir gün əvvəl Hakkari bölgəsində baş vermiş şiddətli döyüşlərdən sonra terror təşkilatının İraqın şimalındakı hədəflərinə yeni zərbələr endirib. Silahlı Qüvvələrin Baş Qərargahından yayılan rəsmi açıqlamaya görə, kəşfiyyat fəaliyyətləri nəticəsində mayın 10-da İraqın şimalındakı Avaşin-Basiyan bölgəsində PKK-çıların cəmləşməsi müşahidə edilib.
    Həmin gün axşamdan başlayaraq terrorçuların mövqelərinə uzaqvuran artilleriyadan intensiv zərbələr endirilib. Daha sonra aviasiya işə salınıb və terrorçuların mövqeləri bu gün səhərə qədər atəş altında saxlanılıb.
    Baş Qərargah bütün hədəflərin dəqiq zərbələrlə vurulduğunu və həmin hədəflərdə təsbit edilən terrorçuların məhv edildiyini bildirir. Məlumata görə, vurulan hədəflər arasında Hakkari bölgəsində Türkiyə qüvvələrinin mövqeyinə hücum edərək daha sonra İraqın şimalına geri çəkilən terrorçular da olub. “Əməliyyatın qəti nəticələrinin müəyyən edilməsi üçün fəaliyyətlər davam edir”- deyə məlumatda bildirilir.
    Silahlı Qüvvələrin Baş Qərargahından İraqın şimalında davam etməkdə olan hava əməliyyatları ilə bağlı yayılan ikinci açıqlamada isə deyilir ki, terror təşkilatının təbliğat və mətbuat mərkəzi də var. Açıqlamada konkret ad çəkilməsə də hərbi qaynaqlardan məlum olub ki, Avaşin-Basiyan bölgəsində PKK-nın Danimarkadan yayımlanan “Roj TV” kanalının studiyası da darmadağın edilib. Həmin studiyanın yeraltı sığınacaqda fəaliyyət göstərdiyi bildirilir. Xəbər verildiyi kimi, mayın 10-da İraqın şimalından daxil olan bir qrup terrorçu Türkiyənin təhlükəsizlik qüvvələrinin Hakkari bölgəsindəki sərhəd məntəqəsinə hücum edib. Döyüşlər zamanı 20-dən çox terrorçu öldürülüb, Türkiyə tərəfi isə 6 əsgər şəhid verib.
    F.MƏMMƏDOV
    www.musavat.com
    Категория: Dünyada | Просмотров: 1164 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər