Çerşenbe axşamı, 03.12.2024, 20:37
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6953
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 13 » QOBUSTAN HeBSXANASINDA VeZİYYeT YENe GeRGİNLeŞİB
    16:37
    QOBUSTAN HeBSXANASINDA VeZİYYeT YENe GeRGİNLeŞİB
     
    “Yeni Müsavat”ın ötən saylarında Qobustan Qapalı Tipli Cəzaçəkmə Müəssisəsində vəziyyətlə bağlı məlumat vermişdik. Dünən redaksiyamıza müraciət edən Azərbaycanda Ömürlük Həbs Cəzası Çəkən Məhbus Yaxınlarının Beynəlxalq Komitəsinin rəhbəri Müslümət Rzaxanova cəzaçəkmə müəssisəsindəki acınacaqlı vəziyyətin günü-gündən daha da ağırlaşdığını bildirdi.
    M.Rzaxanovanın sözlərinə görə, adının çəkilməsini istəməyən bir qrup məhbusun göndərdiyi şikayətdə xahiş olunur ki, ərizələr ünvanlarına çatdırılsın və bir nümayəndə gəlib buradakı dözülməz şəraiti öz gözləri ilə görsün. Dustaqlar həmçinin qeyd edirlər ki, artıq Qobustandakı özbaşınalıq dözülməz həddə çatıb: “Səsimiz isə heç yerə çatmır. Həbsxana rəisi Kazım Abdullayev vəzifəsindən sui-istifadə edərək məhkumları intihar həddinə çatdırıb”.
    Komitə rəhbərinin bildirdiyinə görə, hazırda şikayət etmiş məhbusların vəziyyəti ağırdır və onlar ölümcül haldadırlar. Məhkumlar nəinki fiziki, həmçinin mənəvi işgəncələrə məruz qalırlar. Dustaqları lütləyib şərəf və ləyaqətlərini alçaldan sözlərlə təhqir edirlər.
    Səlahiyyətli nümayəndə kimi etibarnamələr əsasında həm prokurorluğa, həm də məhkəmələrə ərizə verdiyini bildirən müsahibimiz qeyd etdi ki, həbsxanada ömürlük cəza çəkən oğlunun həyatı təhlükədədir: “Aprelin 12-də oğlum Rzaxanov Şakirlə görüşdüyüm zaman o, mart ayının 22-də xəstəxanaya aparılmalı idi. Hazırda onun həyatı tam təhlükə altındadır. Həbsxanadakı çoxsaylı müəmmalı ölümlərdən xəbərdar olduğuna görə oğlumun sağ qalmasına inanmıram. Çünki ona həbsxana rəisi tərəfindən ”xüsusi rejim" tətbiq olunub. Bu sifarişin “yuxarıdan” gəldiyini deyirlər. Mən də “yuxarıdakı” adamın kimliyini bilmək istəyirəm".
    Məhbus anası həmçinin rəis Kazım Abdullayevin ilk gündən oğlu Şakirlə yola getmədiyini dedi: “Çünki oğlum ona qarşı edilən haqsızlığı və işgəncələri qəbul eləmir. Bu da həbsxana rəisini özündən çıxarır. Onu fevralın 14-dən heç bir əsas olmadan tam təcrid olunmuş vəziyyətdə saxlayırlar. Bununla əlaqədar Penitensiar Xidmətin rəhbərliyinə müraciət elədim. Oradan müəssisəyə vəziyyətlə bağlı xüsusi nümayəndə göndərildi. Həmin nümayəndə oğlumun həbsxana rejimini pozmadığını dedi. Bəs onda niyə oğlumu şəxsən 4-cü dəfədir ki, öz vəsaitim hesabıma təmir elətdirdiyim kameradan çıxardıb ”kars"da saxlayırlar? Fevralın 25-də Şakirlə danışdım və o, heç bir əsas gətirmədən kameradan çıxarılıb. Yorğan-döşəyi su içindədir, ayaqları şişib. Divarlardan su axır, pəncərəsi olmayan, havasız bir yerdə saxlayırlar. Oğlumla danışanda dedi ki, hazırda həbsxanada məhbuslar tam blokadaya alınıb. Onların göndərdiyi ərizədə yazılır ki, “əgər bu kağız parçasını bizdən tutsalar, işgəncə verərək ”kars"a salacaqlar. Sizdən xahiş edirik, ərizələrimiz bütün beynəlxalq təşkilatlara çatdırılsın ki, buradakı dözülməz vəziyyətdən xəbərdar olsunlar".
    Bir qrup məhbus anası aprelin 30-da deputat Rəbiyyət Aslanovanın qəbulunda olublar. Ona işgəncələrə məruz qalmış məhbuslar haqda tam təfsilatı ilə məlumat verilib. Dustaq anaları deputatdan xahiş ediblər ki, şikayət edən məhbusların adları hallanmasın. Çünki orda onlar mənən məhv ola, hətta öldürülə bilərlər.
    Dustaq ailələrinin verdiyi məlumatlara görə, son vaxtlar Qobustan həbsxanasında narazılıqlar həm də məhkumların öz kameralarından çıxarılması ilə bağlıdır. Həbsxanada hər dəfə rəis dəyişiləndə kamera alveri başlayır. İmkanlı məhbusları təmirli kameralara gətirmək üçün köhnədən orada qalanları zorla, müqavimət göstərənləri isə döyə-döyə daha əlverişsiz kameralara köçürürlər. Mənbəmizin məlumatına görə, Hacı Məmmədovun dəstə üzvləri adıçəkilən cəzaçəkmə müəssisəsinə köçürüləndə də eyni vəziyyət yaşanıb.


    Yeni Müsavat
    Категория: Dünyada | Просмотров: 1338 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər