Главная » 2008»May»20 » Iraqda amerikalı esger "Quran"ı tehqir edib
06:34
Iraqda amerikalı esger "Quran"ı tehqir edib
Əsgər "Quranı" poliqonda hədəf taxtasına qoyaraq güllə ilə parça-parça edib
İraqda bir Amerika əsgəri müsəlmanların müqəddəs kitabı "Quran-i Kərim"i təhqir edib. Türkiyə mətbuatının məlumatına görə, əsgərin əşyalarının arasından güllə ilə dəfələrlə deşilmiş və cızma-qara edilmiş Quran kitabı tapılıb. Adı gizli tutulan əsgər paytaxt Bağdad şəhərinin yaxınlığındakı bir poliqonda Quran-ı Kərimi hədəf taxtasına qoyaraq atəş açırmış. Amerikan ordusunun mətbuat sözçüsü Polkovnik Bill Bukner, həmin əsgərin, "Quran-ı Kərim"ə etdiyi hörmətsizlik səbəbiylə İraqdan göndərilməsinə qərar verildiyini və hər əsgərin hərəkətlərinə görə məsuliyyət daşıdığını deyib. Hadisəsəyə görə mütəəssir olduğunu deyən Bukner, bunun fərdi bir hərəkət olduğunu da vurğulayıb. Bukner, "Koalisiya qüvvələri komandanlığı yerli rəhbərliyi istintaqın nəticəsindən xəbərdar edib və hadisəyə görə təəssüfləndiyini bildirib" – deyib. Amerika əsgərinə başqa bir cəza verilib verilməməsi barədə məlumat verilməyib. /ANSPRESS/