Главная » 2008 » May » 27 » TEBRiK
|
Azərbaycan Respublikası dövlət başçısı İlham Əliyev Azərbaycan ilə Livan arasındakı münasibətlərin inkişaf edəcəyinə əminliyini bildirib
Livanda nəhayət ki, prezident seçilib, parlament tərəfindən seçilən yeni prezident 19 dəfə seçkilər nəticəsiz qaldıqdan sonra nəhayət ki, son Qətər müzakirələrindən sonra seçildi və bu keçmiş hərbçi Mişel Süleymandır. Livanın əsas təşkilatı olan Hizbullahla da razılaşdırılan bu namizəd ilk çıxışında Hizbulahı dəstəkləyib. Belə ki, and içmə mərasimindən sonra onun sözləri ABŞ və İsrailin arzularını puç edib, onun ilk cümlələrindən biri belə olub ki, Hizbullah Livanı İsraildən qoruyacaq bir qüvvədir və biz müqavimətdən istifadə edəcəyik. O həmçinin Hizbullah ilə əlaqələrini heç vaxt pozmayacağını bildirib. Silahımız Livana təhdiddə olan İsraildən müdafiə üçündür. Mişel Suleyman Suriya ilə laqələri yaxşılaşdırmağa da işarə edib. Hizbullahın təklifləri qəbul olunduqdan sonra baş tutan prezident seçkilərində seçilən yeni prezident ölkənin tam hüquqi bir qaydada idarə olunacağını da bildirib.
Azərbaycan prezidenti İlham Əliyev Livan prezidentini ilk təbrik edənlərdən olub və ona təbrik ünvanlayıb. İlham Əliyev Mişel Süleymanı Livan prezidenti seçilməsi münasibətilə təbrik edib.
İlham Əliyev Azərbaycan ilə Livan arasındakı münasibətlərin iki xalqın mənafelərinə uyğun olaraq bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəyinə əmin olduğunu vurğulayıb.
www.birlik-az.com
|
Категория: Dünyada |
Просмотров: 1187 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|