Главная » 2008 » May » 31 » 31 May - Ümumdünya Tütün İstifadesi ile Mübarize Günüdür
08:21 31 May - Ümumdünya Tütün İstifadesi ile Mübarize Günüdür |
20-ci əsrdə tütündən istifadə 100 milyon nəfərin ölümünə səbəb olub
“Gəncləri tütünün zərərindən qorumağın ən effektiv vasitələrindən biri tütün məhsullarının reklamına və hər hansı bir tədbirin və ya fəaliyyət növünün siqaret sənayesi tərəfindən sponsorluq etməsinə qadağa qoymaqdır”
Tütün dünyada qarşısı alına bilinən əsas ölüm gətiricilərindən biridir və o özünün müntəzəm istifadəçilərinin 50 faizinin ölümünə səbəb olur. Bu öz istehsalçıları tərəfindən ölüm saçma məqsədilə istehsal edilən yeganə istehlak malıdır. Tütün məmulatlarından istifadə ildə 5,4 milyon adamın həyatdan getməsinə səbəb olur ki, bu da orta hesabla hər altı saniyədə bir nəfərin ölümü deməkdir və bütün dünya üzrə 10 nəfər yetkin insandan birinin həyata vida etməsi deməkdir. 20-ci əsrdə tütündən istifadə 100 milyon nəfərin ölümünə səbəb olub. Əgər vəziyyət belə məcrada davam edərsə, 21-ci əsrdə insan ölümlərinin sayı bir milyarda çatacaq.
Tütün bu gün aparıcı ictimai səhiyyə problemlərinin arasında yeganə problemdir ki, biz bu epidemiyanın qarşısının alınması vasitələrindən xəbərdarıq və o bizim üçün əlçatmaz deyil. Dünyada ölümə gətirib çıxaran 8 vacib səbəbdən 6-sı bu risk faktoruna aiddir. Bütün dünya üzrə insanların çoxu 18 yaşından əvvəl siqaret çəkməyə başlayır və həmin insanların dörddən biri hətta siqaret çəkməyə 10 yaşından da öncə başlayır. İnsanlar nə qədər erkən gənclik dövründə siqaret çəkməyə başlayırlarsa, onların siqaretə öyrəşmə halı daha çox, onu tərgitmə ehtimalları isə daha azdır. Gəncləri tütünün zərərindən qorumağın ən effektiv vasitələrindən biri tütün məhsullarının reklamına və hər hansı bir tədbirin və ya fəaliyyət növünün siqaret sənayesi tərəfindən sponsorluq etməsinə qadağa qoymaqdır. 7 fevral 2008-ci il tarixində Ümumdünya Səhiyyə Təşkilatı tütün üzərində qlobal nəzarətə dair yeni hesabat işləyib hazırlamışdır. Həmin hesabat MPOWER adlanan 6 siyasətdən ibarət bir paketi özündə ehtiva edir və onlar aşağıdakılardan ibarətdir: Tütündən istifadənin və onun qarşısının alınması siyasətlərinə Nəzarət; İnsanları tütün tüstüsündən Qorumaq; Siqareti tərgitmək üçün köməklik Təklif Etmək; Tütünün təhlükəsi haqda Xəbərdarlıq Etmək; Tütünün reklamına, kampaniyasına və sponsorluq fəaliyyətinə qadağanın İcrasını Təmin Etmək və Tütün məmulatları üçün vergiləri Qaldırmaq. Adı çəkilən 6 MPOWER strategiyası ölkələri öz gənclərini bu epidemiyadan qorumağa çağırır ki, bu epidemiya cari əsrdə bir milyarda yaxın adamın həyatını itirməsinə səbəb ola bilər. “Bütövlükdə götürdükdə tütün insanlar tərəfindən ərsəyə gətirilir və hökumətlərin və vətəndaş cəmiyyətinin inadlı səyləri nəticəsində məhv edilə bilər. Sözügedən 6 strategiya hər bir ölkənin varlı və ya kasıb olmasından asılı olmayaraq, onların imkanları çərçivəsindədir və onlara məcmu halında əməl edildikdə bu artmaqda olan epidemiyadan qurtulmaq istiqamətində bizim üçün ən gözəl bir şansın yaradılmasına səbəb olacaqdır,”- Dünya Səhiyyə Təşkilatının Baş Direktoru Dr Marqaret Çan deyib. Ümumdünya Tütün İstifadasi ilə Mübarizə Gününü Dünya Səhiyyə Təşkilatına üzv Dövlətlər 1987-ci ildə təsis ediblər. Ümumdünya Tütün İstifadəsi ilə Mübarizə Günü hər il may ayının 31-i dünyada qeyd olunur. Bu ilki tədbir “Tütündən azad gənclik” mövzusunda həyata keçirilir./ANSPRESS/
|
Категория: Dünyada |
Просмотров: 1330 |
Добавил: al-shia
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|