Bazar ertesi, 23.12.2024, 03:58
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyun » 10 » MEDE NİYYETLİ DEYİL MEDENİYYETLİ OLUN
    11:23
    MEDE NİYYETLİ DEYİL MEDENİYYETLİ OLUN
     
     
     
    MƏDƏ NİYYƏTLİ DEYİL MƏDƏNİYYƏTLİ OLUN

    Əxlaqlı və dərrakəli insan hər zaman fərqli düşüncə tərzi ilə seçilir. Əxlaq və dərrakə insanın həyatı boyu tükənməz sərvətidir. Bu elə bir sərvətdir ki, Uca Allah bu sərvəti hər kəsə nəsib etmir. Bəşər əhlinin dərrakəli, elimli insanlara hər zaman ehtiyacı olmuş, çalışmışlar ki, yüksək insani xüsusiyyətə malik insanları özlərinə rəhbər seçsinlər. Məlum məsələdir ki, dövləti idarə edən şəxs öz fikir ideaları ilə ətrafındakı insanlardan seçilməlidir. Əks halda onun fikirləşmədən verdiyi qərar dövlətinin süqutu ilə nəticələnər.

    Təəssüflər olsun ki, öz şəxsi mənafelərini dövlətin mənafelərindən üstün tutanlar da var. Belə yerdə rəhmətlik Mirzə Ələkbər Sabirin söylədiyi şer yadıma düşür!

    Qoy mən tox olum özgələr ilə nədi karım,
    Cümləvi cahan ac olur, olsun nə işim var.


    İnsan yalnız özünü deyil başqalarınıda fikirləşməli, ehtiyacı olanların ehtiyacını ödəməlidir. İnsani xüsusiyyətlər təkcə dövləti idarə edən şəxslərə deyil, həmçinin də bütün insanlara şamil edilir. İstər hərəkətlərimizdə, istərsə də danışığımızda elə əxlaqlı olmalıyıq ki, ünsiyyətdə olduğumuz insanların təxəyyülündə mənfi xarakterli şəxs kimi formalaşmayaq. Çün ki, ən azından biz müsəlmanıq. Məgər Həzrəti Məhəmməd (s)-ın , Əhli-Beytin gözəl əxlaqları bizlərə örnək deyilmi? Məgər Uca Allah bizlərə “bir-birinizlə gözəl davranın”-deyə müraciət etmədimi?
    Bəylərimiz Həzrəti Əli (ə)-ın, xanımlarımız Həzrəti Fatimeyi Zəhranın davamçıları olduqları halda nə üçün əksər bacı və qardaşlarımız özlərinin müsəlman olduqlarını bəzən unudurlar? Müsəlman əhlinə unutqanlıq yaraşmaz. Əgər biz peyğəmbərlərin, Əhli-Beytin bizlərə yadigar qoyduğu ən gözəl insani xüsusiyyətlərini unuduruqsa bu İslam dininə, Uca Allahın əmrlərinə hörmətsizlikdir. Unutma ki, insan keçmişini unudarkən gedəcəyi ünvanı belə xatırlamaz. Valideyinlərinizlə, övladlarınız və yaxınlarınızla mehribancasına rəftar edin.
    İnsanlar arasında fərq qoymayın, biri-birinizi sevin. Fani dünya malına aldanıb, axirəti unutmayın. Sizləri uçuruma, zəlalətə aparan haram şeylərdən çəkinin. Əxlaqınız ilə hər zaman öndə durun. Həyatlarınızı Uca Allahın buyurduğu kimi yaşayın. Çünki, yüksək əxlaqi keyfiyyətlər insanın mənəviyyatıdır, iç dünyasıdır. Rüşvətxorluqda əl çəkin ki, bu sizi zəlalətə uğratmasın. Uzun sözün qısası, ey insanlar mədə niyyətli deyil, mədəniyyətli olun! Əziz oxucular indi isə mən atalar sözlərinin müasir formada işlənməsini sizin nəzərinizə çatdıracağam.

    Atalar sözləri müasir formada:

    1)Çörəyi ver çörəkçiyə birinidə artıq. (Özün yeməyə çörək tapırsan ki, başqasınada verəsən).
    2)Sözü söylə alana, qulağında qalana. (İndi sənin sözünü eşidən var ki......?)
    3)Dost dosta tən gərək tən olmasa gen gərək. (Müasir dövürdə dost tapmaq müşkül məsələdir.)
    4)Çörəyi bol olan vətən basılmazdır. (Baha qiymətə olan bol çörək yalnız problem gətirir.)
    5)İş insanın cövhəridir. (Eh iş tapmaq olur ki, məgər?)
    6)Pisə yaxşılıq et qoy özü utansın. (Pis insanlarda vicdanmı qalıb?)
    7)Borclu borclunun sağlığın istər. (Yox əzizim borclu borcludan pulunu istər.)
    8)Ağac bar verəndə başını aşağı əyər. (İndi ağacda bir meyvə tapsan Allaha şükr edərsən.)
    9)Qocalara hörmət et, səndə qocalarsan. (Marşurutda qoca görəndə özümüz ondan tez otururuq.)
    10)Qızını döyməyən dizini döyər. (Qızına öyüd verə bilmirsənsə daha dizlərini niyə döyürsən?)
    11)Ağılsız dost, ağıllı düşməndən yaxşıdır. (İndi ən yaxın dostun belə düşməninə çevrilə bilər.)



    Təbriz
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 2023 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    Linklər