Главная » 2008 » İyun » 12 » PROKURORLUQ AZeRBAYCANLI AVTORİTETİ UKRAYNADAN İSTeYİR
11:16 PROKURORLUQ AZeRBAYCANLI AVTORİTETİ UKRAYNADAN İSTeYİR |
“Ukrayna hakimiyyətinin əslən azərbaycanlı olan Rövşən Canıyevə sığınacaq verməsi qanunsuzdur. Onun barəsində Azərbaycanın Baş Prokurorluğu tərəfindən hələ 2000-ci ildə axtarış elən olunub. Canıyev insan qətlə yetirməkdə şübhəli bilinir”.
Bunu “Turan”a Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Vüqar Əliyev bildirib. Onun sözlərinə görə, Canıyev bu ilin fevralında Ukraynada saxlanılıb. Prokurorluq Ukrayna tərəfə Canıyevin ekstradisiyası üçün zəruri sənədləri rəsmən təqdim edib. Lakin Ukraynanın Millət və Miqrasiya üzrə Dövlət Komitəsi seksual azlıqlara mənsubluğuna görə təqib olunan Canıyevə qanunsuz olaraq siyasi sığınacaq verib.
Azərbaycanın Baş Prokurorluğu komitənin qərarının ləğvi və Canıyevin Azərbaycana ekstradisiyası haqqında Ukrayna Baş Prokurorluğuna müraciət edib. Canıyevin Rusiya vətəndaşı olmasını şərh edən V.Əliyev bildirib ki, bu vətəndaşlıq da ona “qanunsuz” olaraq verilib.
Rövşən Canıyev kriminal aləmdə Rövşən Lənkəranski kimi məşhurdur. O, 2000-ci ildə Azərbaycanda törədilmiş qətldə şübhəli bilinib.
Bəzi məlumatlara görə, onun qurbanı atasını qətlə yetirmiş şəxs olub. Canıyev 1975-ci il təvəllüdlüdür. 2002-ci ildən Moskvada daimi yaşayıb və bizneslə məşğul olub. Canıyev Moskvadan Kiyevə saxlanmasından iki həftə əvvəl gedibmiş.
Turan-Yeni Müsavat |
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1999 |
Добавил: media-islam
| Рейтинг: 2.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|