Главная » 2008 » İyun » 17 » "EL-EZHER" NEFTİN ZEKATININ VERİLMESİ BAREDE FETVA VERİB
12:15 "EL-EZHER" NEFTİN ZEKATININ VERİLMESİ BAREDE FETVA VERİB |
Misirin "Əl-Əzhər" Universiteti, bu ölkədə günü-gündən artan neft qiymətlərinin və yoxsulluğun qabağına keçmək üçün neft fətvası verib .
"Birlik-Azərbaycan" İnformasiya Agentliyinin "Dünya Bülleteni" saytına istinadən verdiyi xəbərə görə, "Əl Əzhər" Universiteti İslam Araşdırma Mərkəzi neft və təbii qaynaqlardan əldə edilən gəlirin 20 fazinin zəkat olaraq verilməsini ehtiva edən fətva verib. Fətvanın isə Hz. Məhəmmədin (s) hədisinə əsasən verildiyi bildirilir. Qeyd edək ki, Misirdə Neftin qiyməti 140 ABŞ dollar olduğu halda, Misirin 2007-ci ildə neft və təbii qaz ixracatından əldə etdiyi gəlir 10.1 milyard dollar həcmindədir. Xatırladaq ki, Misir dövləti verilən fətvaya heç bir münasibət bildirməyib. Əksinə olaraq Misirdə fəaliyyət göstərən beynəlxalq şirkətlər isə bu olydan narahat olduqlarını ifadə ediblər. Onu da qeyd edək ki, yüksək infilyasiya olan Misir ölkəsində xalqın 40 faizi gündəlik 2 ABŞ dollar ilə yaşayır.
Birlik-az.org |
Категория: Dünyada |
Просмотров: 1099 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|