Главная » 2008 » İyun » 18 » “Xezer-Lenkeran”ın Hakan Şükür sevdası
11:56 “Xezer-Lenkeran”ın Hakan Şükür sevdası |
UEFA kubokunda oynayacaq “Xəzər-Lənkəran” klubu Azərbaycan futbolunda ən böyük transferi reallaşdırmaq niyyətindədir. “APA-Sport” agentliyinin məlumatına görə, lənkəranlılar “Qalatasaray” və Türkiyə yığmasının sabiq kapitanı Hakan Şükürlə maraqlandığını rəsmən açıqlayıb.
37 yaşlı hücumçu ilə ilkin danışıqlara başlayan klub rəsmiləri Türkiyədən cavab gözləyirlər. “Xəzər-Lənkəran” rəsmilərinin sözlərinə görə, “Qalatasaray”dan yeni təklif almayan H.Şükür karyerasını davam etdirmək niyyətində olsa da, hələlik son qərarını açıqlamayıb.
Veteran futbolçuya doğma klubunda məşqçi vəzifəsində çalışmaq təklif edildiyi də bildirilir. 2000-ci ildə “Qalatasaray”ın heyətində UEFA kubokunu, bundan iki il sonra yığmanın heyətində dünya çempionatının bürünc mükafatını qazanan H.Şükür 8 dəfə Türkiyə çempionu, 5 dəfə Türkiyə kubokunun qalibi olub. “Qalatasaray” rəhbərliyi anlaşma müddəti başa çatan H.Şükürlə bağlı klubdaxili iclas keçirib. Klub prezidenti Adnan Polat veteran futbolçu ilə əməkdaşlığı davam etdirmək istədiklərini bildirib: “Biz Hakana bir il yox, beş illik müqavilə təklif edəcəyik. Onu ”Qalatasaray"ın futbol elçisi olaraq görmək istəyirik. Məqsədimiz klubumuzun futbol məktəblərinə onun adının verilməsidir. Komandanın təlim-məşq bazasında Mətin Oktayın yanında Hakan Şükürün də heykəlini ucaldacağıq. Hücumçumuz Türkiyənin ən məhsuldar futbolçusu olan Mətinin rekordunu qırıb. Hakana vida oyunu keçirməyi də təklif etmişik. Nə vaxt istəsə, bunu reallaşdıra bilər. Biz Hakan Şükürün bir futbol adamı olaraq bundan sonra da “Qalatasaray”a xidmət etməsini istəyirik".
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1856 |
Добавил: feride_demir
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|