KƏBƏ EVİ
Kəbəni ilk dəfə tikən adamın Hz. İbrahim (ə) olduğu təvatür səviyyəsində olan qəti bir tarixdir. O dövr, bölgədə İbrahimin oğlu İsmayıl ilə Yəməndən gələn qəbilələrdən olan Curhum qəbiləsi yaşıyırdı. İbrahim Kəbəni təxminən dördbucaqlı şəklində tikmişdi. Dörd istiqamətə baxan küncləri, əsən şiddətli küləklərin təsirini qırır, zərər verməsinə maneə törədirdi. Kəbənin rəhbərliyi, hicrətdən əvvəl ikinci əsrdə Peyğəmbərimizin atalarından biri olan Qusey ibn Kilabın əlinə keçincə, onu yeniden möhkəm bir şəkildə tikdi. Devm (bir növ xurma ağacına bənzər) və xurma ağacı taxta-şalbanından bir tavan düzəltdi. Peyğəmbərimizin peyğəmbər olaraq göndərilişindən beş il əvvəl bir sel nəticəsində Kəbə dağıldı. Qəbilələr Kəbəni yenidən tikmək üçün əmək bölgüsü etdilər. Növbə Həcərül Əsvədin yerləşdirilməsinə gəlincə, onu yerinə qoymaq fəxrinə kimin çatacağı barəsində aralarında müzakirə çıxdı. Sonunda Hz. Məhəmmədin (s) hakimliyinə müraciət etməyə qərar verdilər. Peyğəmbərimiz (s), o zaman otuz beş yaşında idi. Qüreyşlilər onu ağıllı, doğru olan birisi olaraq bilirdilər. Hz. Məhəmməd bir əba istədi. Həcərül Əsvədi örtünün üzərinə qoydu. Sonra hər qəbilənin nümayəndəsinin örtünün bir tərəfindən tutub qaldırmasını istədi. Daşın qoyulacağı şərq tərəfindəki yerə qədər yüksəltdiklərində, Hz. Məhəmməd (s) daşı tutub yerinə yerləşdirdi.
Kəbə, Yezid ibni Müaviyə dövründə Abdullah ibn Zübeyrin Hicazda hegemon olduğu zamana qədər bu şəkildə qaldı. Yezidin Məkkədəki komandirlərindən Huseyn, İbni Zübeyrlə döyüşdü. Kəbə mancanaq atışından hədəfə alındı. Daha sonra dağıldı, örtüsü və bəzi taxta bölmələri yandı. Yezid ölüncə mühasirəetmə götürüldü. İbni Zübeyr, Kəbəni söküb yenidən tikmək istədi. Hicri İsmayıl Kəbənin içinə daxil edildi. Qapının yerə bitişik olması təmin edildi. Kəbənin təmiri, Hicrətin 64-cü ilinin rəcəb ayının 17-si tamamlandı. Sonra Əbdülməlik ibn Mərvan xəlifə oldu. Komandirlərindən Həccac ibni Yusifi, İbni Zübeyrlə döyüşmək üçün vəzifələndirdi. Nəhayət, İbni Zübeyr məğlub oldu və öldürüldü. Həccac, Kəbəyə girdi və İbni Zübeyrin etdiyi dəyişiklikləri Mərvana çatdırdı. Mərvan, Kəbəni köhnə halına qaytarılmasını əmr etdi. Bunun üçün Həccac, Kəbənin şimal tərəfini altı zira və bir qarışa qədər sökdü. 960-cı tarixdə Osmanlı Sultanlarından Sultan Süleyman taxta gəlincə, Kəbənin damını dəyişdirdi. 1021-ci ildə taxta keçən Sultan Əhməd, 1039-da meydana gələn böyük selin yıxdığı şimal, şərq və qərb divarlarını təmir etdi. Sonra Osmanlı Sultanlarından IV Murad zamanı, bir daha təmir edildi. Kəbə, o gündən günümüzə, qədər hər hansı bir təmir keçirməmişdir.
Kəbə, təxminən dördbucaqlı şəklindədir. Sərt mavi daşdan edilmişdir. Yüksəkliyi on altı metrdir. Peyğəmbərimizin (s) zamanında yüksəkliyinin bundan daha az olduğunu, Fəth günü Peyğəmbərimizin (s), Əlini (ə) çiyinlərinə çıxarıb, Əlinin (ə) də Kəbənin üzərindəki bütləri aşağı endirib qırdığına dair rəvayət edilən hədisdən anlayırıq. İçəriyə girən üçün qapının solunda olan rükndə, Həcərül Əsvəd yerləşir. Onun təvaf yerindən yüksəkliyi yarım metrdir. Həcərül Əsvəd ağır, düz olmayan yumurta şəklində bir daşdır. Rəngi qırmızıya çalan qaradır. Üzərində qırmızı nöqtələr, sarı qıvrımlar var. Bunlar daşda meydana gələn çatlamaların sonradan qaynaması nəticəsində meydana gəlmişdir. Kəbənin küncləri, qədim zamanlardan bəri "rükn" olaraq adlandırılır. Məsələn şimal küncünə "Rüknül İraqi", qərb küncünə "Rüknüş Şami", cənub küncünə "Rüknül Yəməni", Həcərül Əsvədin olduğu şərq küncünə də "Rüknül Əsvəd" deyilir. Qapı ilə Rüknül Əsvəd arasındakı məsafəyə "mültəzəm" deyilir. Bu adı almasının səbəbi təvaf edən kimsənin davamlı burada dua və diləkdə olmasındandır. Şimal tərəfdəki divarın üzəridəki su navalçasına “Mizabur Rəhmət” deyilir. Navalçanın qarşısında yay şəklində "Xəttim" adı verilən bir divar var. Bu quruluşun yüksəkliyi bir metrdir. Qalınlığı yarım metrdir. Daxil tərəfindən naxışlı mərmərdən istifadə edilmişdir. Bu "Xəttim" adlı divarla Kəbənin divarının arasındakı boşluğa Hicri İsmayıl deyilir. İbrahimin ilk dəfə tikdiyi zamanlarda bunun təxminən olaraq üç metrlik qisimi Kəbənin içində idi. Deyilər ki, Hacər və İsmayıl burada dəfn edilmişdir
Kəbə, cəmiyyətlər tərəfindən müqəddəs və hörmətli olaraq bilinirdi. Hindlilər, Kəbəyə hörmət göstərirdilər və özlərinə görə üçüncü uqnum olaraq qəbul edilən "sifa"nın ruhunun, yoldaşıyla birlikdə Hicazı ziyarət etdiyi zaman Həcərül Əsvədə hulul etdiyini söyləyirdilər. Fars və Kəldani Sabiiləri onu yeddi böyük evdən biri qəbul edirdilər. Köhnə və uzun müddət qalmış olması səbəbindən Saturnun evi olduğuna inanırdılar. Farslar da Kəbəyə hörmət göstərərdilər. Hörmüzün ruhunun ona hulul etdiyinə inanırdılar. Bəzən Həcc üçün getdikləri də olurdı. Yəhudilər ona hörmət göstərər, İbrahimin dini üzrə orada Allaha ibadət edərdilər. İçində şəkillər və heykəllər olardı. Bunlar arasında əllərində fal oxları olan İbrahim və İsmayılın şəkilləri də yerləşirdı. Bakirə Məryəmin və Məsihin rəsmi də edilmişdi. Bu da yəhudilər kimi xristianların da ona hörmət göstərdiklərinin şahididir. Ərəblər də Kəbəyə böyük bir hörmət göstərirdilər. Onu Allahın evi qəbul edirdilər. Hər tərəfdən gəlib, həcc ziyarətində olurdular. Kəbənin, İbrahim tərəfindən inşa edildiyini söyləyirdilər.
Kəbəylə əlaqədar xəbərlər və onunla əlaqəli dini tətbiqlər çox və uzundur. Uca Allahın bərəkətli etdiyi və hidayət olaraq nəzərdə tutduğu Kəbə-nin bir xüsusiyyəti də, heç bir İslami qrupun onun mövqeyini müzakirə mövzusu etməməyidir.
ABT DİN KATİBLİYİ
|