Çerşenbe, 25.12.2024, 17:57
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » İyul » 23 » Ərinə və qayınanasına qəzəblənən qadın altı uşağını öldürüb
    22:10
    Ərinə və qayınanasına qəzəblənən qadın altı uşağını öldürüb
     
     
     
     
     
    Türkiyədə Ankara prokurorluğu altı uşağını öldürməkdə şübhəli bilinən qadını həbs edib. Fatma Akkuşun şəkər xəstəsi olan qayınanasına vurulan insulin iynəsini altı uşağına da vuraraq onları öldürdüyü iddia edilir. Ailənin müxtəlif vaxtlarda altı usağı ölüb. 12 yaşlı qızı ağır vəziyyətdə xəstəxanaya gətirilərkən anasının ona dəfələrlə insulin iynəsi vurduğunu bildirib. Qanında yüksək miqdarda şəkər aşkar edilən qızın həyatını həkimlər qurtara bilməyib.

    Afyonkarahisarın muxtarı Battal Əlavəsiçi qadının ailəsinin yoxsul həyat tərzi keçirdiyini bildirib. O, baş verənlərin ananın cahilliyindən qaynaqlanan bir hadisə olduğunu söyləyib. Qonşular qadının başıaşağı və sakit insan olduğunu bildiriblər. İlkin iddialara görə, ana uşaqlara xəstələnməsin deyə insulin iynəsi vurub.

    Battalın sözlərinə görə, ailə dünyaya gələn uşaqları müəyyən yaşa çatdıqdan sonra öldüyündən onlar uşaqlarının sağ qalması üçün başqa kənddə yaşamağa qərar veriblər və onun muxtarı olduğu kənddə yaşadıqları müddətdə ailədən narazılıq edən olmayıb.

    Fatma Akkuş özü isə prokurora verdiyi ifadəsində kiçik qızına insülin verdiyini etiraf edib və bildirib ki, ölən uşaqlarına da dəfələrlə insülin verib. Qadın deyib ki, qayananasının təzyiqlərinə dözə bilmir və ailəsində tez-tez dava düşür. Bu səbəbdən ərinin diqqətini özünə çəkmək üçün bunu edib: «Qızım xəstələnsə, ərim qızımla və mənimlə maraqlanar deyə uşağa dərman verdim».

    Respublika Prokuroru Pektaş anaya ömür boyu həbs istəyilə Ankara Kriminal Məhkəməsində cinayət işi qaldırıb. O, yaxın günlərdə mühakimə olunacaq.

    Fatma Akkuşun əri baş verənlərlə bağlı heç bir açıqlama verməyib. Fatma Akkuş həbs edildikdən sonra isə şəkər xəstəsi olan qayınanası da ölüb.

    ANS PRESS
    Категория: Dünyada | Просмотров: 1146 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər