Cüme axşamı, 18.04.2024, 11:03
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Avqust » 7 » Sheban ayinin umumi emelleri.
    13:09
    Sheban ayinin umumi emelleri.
    ŞƏBAN AYININ ÜMUMİ ƏMƏLLƏRİ

    1. Hər gün yetmiş dəfə de: “Əstəğfirullahə və əs’əluhut taubə”. (Allahdan bagışlanmaq istəyirəm və ona tərəf qayıdıram). Hədisdə deyilir ki, kim Şəban ayında yetmiş dəfə Allahdan bağışlanmaq istəsə Allah onun günahlarını bağışlayar.
    2. Hər gün yetmiş dəfə de: “Əstəğfirullahəlləzi la ilahə illa huvər rəhmanur rəhim əlhəyyul qəyyum və ətubu ileyh”. (Rəhman, Rəhim, Həyy və Qəyyum olan Allahdan bağışlanmaq istəyirəm və ona tərəf qayıdıram). Bəzi rəvayətlərdə bu zikr “Əstəğfirullahəlləzi la ilahə illa huvəl həyyul qəyyum ərrəhmanur rəhim və ətubu ileyh” kimi də deyilmişdir. Hər ikisinə əməl etmək daha yaxşıdır. Rəvayətlərdə deyilir ki bu ayın ən yaxşı dua və zikrləri Allahdan bağışlanmaq istəməkdir. Bu ayda hər gün yetmiş dəfə bağışlanmaq istəyən kimsə başqa aylarda yetmiş min dəfə bağışlanmaq istəyən şəxs kimidir.
    3. Bu bir ay ərzində min dəfə de: “La ilahə illallah və la nə’budu illa iyyahu muxlisinə ləhud dinə və lau kərihəl muşrikun”. (Allahdan başqa tanrı yoxdur, müşrüklərin xoşuna gəlməsə də dini yalnız Allaha məxsus edərək ona ibadət edirik). Peyğəmbərdən (s.ə.a) bu zikr üçün çox savab və fəzilət deyilmişdir, onlardan biri budur ki, onun əməl dəftərinə min ilin ibadəti yazılar.
    4. Bu ayın hər dördüncü günü iki rikət namaz qılınır, hər iki rikətdə Fatihədən sonra yüz dəfə İxlas surəsi oxunur. Namazdan sonra yüz dəfə salavat deyilir. Allah-təala belə bir namazı qılanın din və dünya barəsindəki hacətini ona əta edər. Bu gün oruc tutmağın da böyük fəziləti vardır. Rəvayətdir ki, Şəban ayının hər cümə axşamı günü (hər dördüncü günü) səmalar bəzənər. Mələklər deyərlər: “İlahi bu gündə oruc tutanları bağışla və onların duasını qəbul et”.
    5. Peyğəmbərdən (s.ə.a) rəvaətdir ki, Şəban ayının bazar-ertəsi və cümə-axşamı günü oruc tutanın Allah iyirmi dünya hacətini və iyirmi axirət hacətini yerinə yetirər.
    6. Bu ayda çox salavat deyilməlidir.

    ŞƏBAN AYININ GÜNDƏLİK ƏMƏLLƏRİ

    1. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının birinci gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, otuz dəfə İxlas surəsini oxusa, namazdan sonra bu duanı oxusa, İblis və onun ordusundan amanda qalar və Allah ona siddiqlərin savabını əta edər”.
    “Allahummə haza ‘əhdi ‘indəkə ilə yəvmil-qiyaməh”. (İlahi bu mənim Qiyamət gününə qədər olan Sənin yanındakı əhdimdir)
    2. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının ilk üç günü oruc tutub (həmin üç günün) gecələri iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on bir dəfə İxlas surəsini oxusa, Allah səma və yer əhlinin şərrini, İblis və onun qoşununun şərrini, hər bir zülmkar padşahın şərrini ondan uzaq edər. And olsun məni haqq olaraq peyğəmbər göndərənə, Allah onun yetmiş min böyük günahını bağışlayar, qəbrin əzabını və şiddətini ondan uzaq edər”.
    3. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının ilk gecəsi on iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on beş dəvə İxlas surəsini oxusa, Allah ona on iki min şəhidin savabını verər, ona on iki ilin ibadətini yazar, günahlardan təmizlənər, Allah Qur’anda olan hər bir ayə müqabilində ona cənnətdə bir saray əta edər”.
    4. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının üçüncü gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, iyirmi beş dəfə İxlas surəsini oxusa, Allah Qiyamət günü cənnətin səkkiz qapısını onun üzünə açar, cəhənnəmin yeddi qapısını onun üzünə bağlayar. Allah ona min zinət, min tac geyindirər”.
    5. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının səkkizinci gecəsi iki rikət namaz qılsa, Birinci rikətdə bir dəfə Fatihə surəsini, beş dəfə “amənər rəsul” ayəsini, on beş dəfə İxlas surəsini; İkinci rikətdə isə bir dəfə Fatihə surəsini, bir dəfə Kəhv surəsinin 110-cu ayəsini, on beş dəfə İxlas surəsini oxusa, günahı dəryanın köpüklərindən də çox olsa, Allah onu pak halda dünyadan aparar. Sanki Tövratı, İncili, Zəburu və Qur’anı oxumuş kimidir”.
    Amənər-rəsul ayəsi:
    “Amənər-rasulu bima unzilə ileyhi min rəbbihi vəl mu’minun kullun amənə billahi və məla-ikətihi və kutubihi və rusulihi la nufərriqu beynə əhədin min rusilihi və qalu səmi’na və əta’na ğufranəkə rabbəna və ileykəl məsir. La yukəl-lifullahu nəfsən illa vus’əha ləha ma kəsəbət və ’əleyha məktəsəbət rəbbəna la tuaxizna in nəsinə əuv əxtana rəbbəna və la təhmil ’əleyna isran kəma həməltəhu ’ələlləzinə min qablina rəbbəna və la tuhəmmilna mə la taqətə ləna bihi və’fu ’ənna vəğfir ləna vərhəmna əntə məuvlana fənsurna ’ələl qauvmil kafirin”.
    Kəhv surəsi 110-cu ayə:
    “Qul innəma ənə bəşərun mislukum yuha ileyyə ənnəma ilahukum ilahun vahidun. Fəmən kanə yərcu liqaə rabbihi fəlyə’məl ’əmələn salihən və la yuşrik bi ’ibadəti rabbihi əhəda”.
    6. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının doqquzuncu gecəsi dörd rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on dəfə Nəsr surəsini oxusa, Allah onun cəsədini cəhənnəm oduna haram edər, hər bir ayə müqabilində Bədr müharibəsində şəhid olanlardan on ikisinin savabını və alimlərin svabını ona əta edər”.
    Nəsr surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. İza caə nəsrullahi vəl fəth. Vəraeytənnasə yədxulunə fi dinillahi əfvaca. Fəsəbbih bihəmdi rəbbikə vəstəğfirhu innəhu kanə təvvaba”.
    7. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının onuncu gecəsi dörd rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, bir dəfə Ayətəl-kürsü, üç dəfə Kovsər surəsini oxusa, Allah-təala mələklərə deyər: “Bunun üçün min savab yazın, onun dərəcəsini min dərəcə qaldırın, onun üçün min qapı açın”. Və Allah onun özünün, ata-anasının və qonşularının günahlarını bağışlayar”.
    Kovsər surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. İnna ə’tayna kəl-kəusər. Fəsalli lirəbbikə vənhər. İnnə şaniəkə huvəl əbtər”.
    Ayətəl-kürsü:
    “Allahu la ilahə illa huvəl həyyul qəyyum. La tə’xuzuhu sinətun və la nəvm. Ləhu ma fis-səmavati və ma fil ərz. Mən zəlləzi yəşfə’u ’indəhu illa biiznihi yə’ləmu ma beynə əydihim və ma xalfəhum və la yuhitunə bişey’in min ’ilmihi illa bima şaə vəsi’ə kursiyyuhus-səmavati vəl ərz. Vəla yəuduhu hifzuhuma və huvəl ’əliyyul ’əzim. La ikrahə fid-din. Qat-təbəyyənər-ruşdu minəl ğayy. Fəmən yəkfur bit-tağuti və yu’min billahi fəqədistəmsəkə bil ’urvətil-vusqa lənfisamə ləha. Vallahu səmi’un ’əlim. Allahu vəliyyulləzinə amənu yuxricuhum minəzzulumati ilən-nur. Vəlləzinə kəfəru əvliyauhumut-tağutu yuxricunəhum minənnuri iləzzulumat. Ulaikə əshabunnari hum fiha xalidun”.
    8. Peyğəmbər (s.ə.a) buyurub: “Şəban ayının on birinci gecəsi səkkiz rükət namaz qılınır. Hər rikətdə bir dəfə Fatihə, on dəfə Kafirun surəsi oxunur. And olsun məni haqq olaraq peyğəmbər göndərənə bu namazı yalnız imanı kamil olan mömin qılar. Allah-təala belə bir kimsəyə, hər rikət müqabilində cənnət bağçalarından bir bağça əta edər”.
    Kafirun surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. Qul ya eyyuhəl kafirun. La ə’budu ma tə’budun. Və la əntum ’abidunə ma ə’bud. Və la ənə ’abidumma ’əbəttum. Və la əntum ’abidunə ma ə’bud. Ləkum dinikum vəliyə din”.
    9. Peyğəmbər (s.ə.a) buyurub: “Şəban ayının on üçüncü gecəsi iki rikət namaz qılınır. Hər rikətdə bir dəfə Fatihə, bir dəfə Tin surəsi oxunur. Bu namazı qılan kimsə İsmail övladlarından olan iki yüz qulu azad etmiş kimidir, anadan olduğu gün kimi günahlardan pak olar. Allah onu cəhənnəmdən uzaq edər, Mühəmməd (s.ə.a) və İbrahimlə (ə) yoldaş olar”.
    Tin surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. Vəttini vəzzeytun. Və turi siynin. Və hazəl bələdil-əmin. Ləqəd xələqnəl-insanə fi əhsəni təqvim. Summə rədədnahu əsfələ safilin. İlləlləzinə amənu və ‘əmilus-salihati fələhum əcrun ğeyru məmnun. Fəma yukəzzibukə bə‘du biddin. Əleysallahu biəhkəmil hakimin”.
    10. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının on dördüncü gecəsi dörd rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, beş dəfə Əsr surəsini oxusa, Allah-təala Adəmdən Qiyamətə qədər namaz qılanların savabını ona yazar. Allah-təala Qiyamət günü onu elə bir halda dirildər ki, üzü günəş və aydan daha parlaq olar və onun günahlarını bağışlayar”.
    Əsr surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. Vəl ‘əsr. İnnəl insanə ləfi xusr. İlləlləzinə amənu və ‘əmilussalihati vətəva səv bil həqqi vətəva səv bissabr”.
    11. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının on beşinci gecəsi şam və xiftən namazları arasında dörd rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə və on bir dəfə İxlas surəsini oxuyub namazdan sonra:
    On dəfə “Ya rəbbiğfir ləna” (Ey rəbbim bizi bağışla)
    On dəfə “Ya rəbbirhəmna” (Ey rəbbim bizə rəhm et)
    On dəfə “Ya rəbbi tub əleyna” (Ey rəbbim bizim tövbəmizi qəbul et)
    Sonra iyirmi bir dəfə İxlas surəsini oxuyub, daha sonra on dəfə
    “Subhanəlləzi yuhyil movta və yumitul əhyaə və huvə əla kullu şey’in qədir” (Pakdır o Allah ki, ölüləri dirildər, diriləri öldürər və O hər şeyə qadirdir) - duasını oxusa, Allah bunu qəbul edib, onun dünya və axirət barəsində olan istəklərini yerinə yetirər. Onun kitabını sağ əlinə verər, gələn ilə qədər Allahın amanında olar”.
    12. Bir nəfər İmam Baqirdən Şəban ayının on beşinci gecəsinin fəziləti haqqında soruşdu. İmam buyurdu: “Bu gecə, Qədr gecəsindən sonra ən üstün gecədir. Bu gecədə Allah öz fəzli ilə bəndələrinə əta edər, onları bağışlayar. Buna görə də bu gecədə Allaha yaxınlaşmağa çalışın. Allah bu gecədə Ondan istəyəni boş geri qaytarmaz. Buna görə də bu gecədə Allaha çox dua edin. Kim bu gecədə yüz dəfə “Subhanallah”, yüz dəfə “Allahu Əkbər” və yüz dəfə “La ilahə illallah” desə, Allah onun keçmiş günahlarını bağışlayar. Allah onun dünya və axirət istəklərini qəbul edər – o istəklər ki, Allahdan istənilər, həmçinin Allah-təala öz fəzliylə istənilməyən duaları da qəbul edər”.
    13. Peyğəmbər (s.ə.a) buyurub: “Şəban ayının on altıncı gecəsi iki rikət namaz qılınır, hər rikətdə bir dəfə Fatihə, bir dəfə Ayətəl-kürsi, on beş dəfə İxlas surəsi oxunulur. Allah-təala mənə demişdir: “Kim bu iki rikəti qılsa, peyğəmbərliyə görə sənə əta etdiyimi ona da əta edərəm və onun üçün cənnətdə min qəsr bina olar”.”.
    14. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının on səkkizinci gecəsi on rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, beş dəfə İxlas surəsini oxusa, Allah belə bir şəxsin bu gecədə istədiyi hər bir diləyini yerinə yetirər. Əgər bu ildə ölsə şəhid kimi ölmüşdür”.
    15. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayını on doqquzuncu gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, beş dəfə Mülk ayəsini (Ali-İmran, 26-27) oxusa, Allah onun keçmiş və gələcək günahlarını bağışlayar, bundan sonra qılacağı namazları qəbul edər. Əgər onun ata-anası cəhənnəmdə olsa, Allah onları oradan xaric edər”.
    Mülk ayəsi:
    “Qulillahummə malikəl mulki tu’til mulkə mən təşau və tənzi’ul mulkə min-mən təşau və tu’izzu mən təşau və tuzillu mən təşau biyədikəl xeyr. İnnəkə ’əla kulli şey`in qadir. Tulicul leylə fin nəhari və tulicunnəharə fil-leyli və tuxricul həyyə minəl məyyiti və tuxricul məyyitə minəl həyy və tərzuqu mən təşau biğeyrihisab”.
    16. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirminci gecəsi dörd rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on beş dəfə Nəsr surəsini (Bax-səhifə 3) oxusa, and olsun məni haqq olaraq peyğəmbər göndərənə ki, belə bir şəxs cənnətdəki yerini yuxuda görməyənə qədər dünyadan köçməz və o, Qiyamət günü ən hörmətli şəxslərlə birgə məhşərə gələr”.
    17. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi birinci gecəsi səkkiz rikət namaz qılsa, hər rikətdə Fatihə, İxlas, Fələq və Nas surələrini (hamısını bir dəfə) oxusa, Allah ona ulduzların sayı qədər savab yazar, onun dərəcəsini yüksəldər, onun pis əməllərini (əməl dəftərindən) silər”.
    Fələq surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. Qul ə’uzu birabbil fələq. Min şərri ma xaləq. Və min şərri ğasiqin iza vəqab. Və min şərrin-nəffasati fil ’uqad. Və min şərri hasidin iza həsəd”.
    Nas surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. Qul ə’uzu birabbin-nas. Məlikin-nas. İlahin-nas. Min şərril vas-vasil xan-nas. Əlləzi yuvasvisu fi sudurin-nas. Minəl cinnəti vən-nas”.
    18. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi ikinci gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, bir dəfə Kafirun (Bax-səhifə 5), on beş dəfə İxlas surəsini oxusa, Allah onun adını siddiqlərin cərgəsində yazar, Qiyamət günü o, mürsəl peyğəmbərlərlə bir zümrədə gələr və Allahın pənahında olar”.
    19. Peyğəmbər(s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi üçüncü gecəsi otuz rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, bir dəfə Zəlzələ surəsini oxusa, Allah onun qəlbindən kini və xəyanəti götürər və o, elə şəxslərdən olar ki, Allah onların qəlbini İslam dini üçün açıb genişləndirmişdir. Qiyamət günü Allah onu qəbirdən diriltdikdə onun üzü on dörd gecəlik ay kimi parlaq olar”.
    Zəlzələ surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. İza zulzilətil ərzu zilzaləha. Və əxracətil ərzu əsqaləha. Və qaləl insanu ma ləha. Yəuvmə izin tuhəddisu əxbaraha. Biənnə rabbəkə əuvha ləha. Yəuvmə izin yəsdurunnəsu əştatən liyurav ə’maləhum. Fəmən yə’məl misqalə zərrətin xayran yarah. Və mən yə’məl misqalə zərratin şərran yərah”.
    20. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi dördüncü gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on dəfə Nəsr surəsini (Bax-səhifə 3) oxusa, Allah onu cəhənnəmdən və qəbr əzabından xilas edib, onun hesabını yüngül edər, və Adəmi, Nuhu və sair peyğəmbərləri ziyarət edər və o, şəfaətə nail olar”.
    21. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi beşinci gecəsi on rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, bir dəfə Təkasur surəsini oxusa, Allah ona əmr be məruf və nəhy əz münkər edənlərin savabını yazar və yetmiş peyğəmbərin savabını ona əta edər”.
    Təkasur surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. Əlha kumuttəkasur. Hətta zurtumul məqabir. Kəlla səuvfə tə’ləmun. Summə kəlla səuvfə tə’ləmun. Kəlla ləuv tə’ləmunə ’ilməl-yəqin. Lətaravunnəl cəhim. Summə lətaravunnəha ’əynəlyəqin. Summə lətus əlunnə yəuvmə izin ’ənin-nə’im”.
    22. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi yeddinci gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on dəfə Ə’la surəsini oxusa, Allah ona min-min savab yazar və ondan min-min günahı silər, onun dərəcəsini min-min dəfə artırar, onun başına nurdan tac qoyar”.
    Ə’la surəsi:
    “Bismillahir-Rəhmanir-Rəhim. Səbbihismə rabbikəl ə’la. Əlləzi xaləqa fəsəvva. Vəlləzi qaddəra fəhəda. Vəlləzi əxracəl mər’a. Fəcə’ələhu ğuşaən əhva. Sənuqriukə fəla tənsa. İlla ma şa allahu innəhu yə’ləmul cəhra və ma yəxfa. Və nuyəssirukə lil yusra. Fəzəkkir in-nəfə’ətiz-zikra. Səyəzzəkkəru mən yəxşa. Və yətəcənnəbuhəl əşqa. Əlləzi yəslənnaral kubra. Summə la yəmutu fiha və la yəhya. Qad əfləhə mən təzəkka. Və zəkərasmə rabbihi fəsalla. Bəl tu’sirunəl həyatəd-dünya. Vəl axirətu xayrun və əbqa. İnnə haza ləfis-suhufil uvla. Suhufi ibrahimə və musa”.
    23. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının iyirmi səkkizinci gecəsi dörd rikət namaz qılsa, hər rikətdə Fatihə, İxlas, Fələq (Bax-səhifə 9) və Nas (Bax-səhifə 9) surələrini (hərəsini bir dəfə) oxusa, onun üzü on dörd gecəlik ay kimi nur saçan halda Allah onu qəbirdən dirildər və Allah təala Qiyamət gününün dəhşətini ondan uzaq edər”.
    24. Peyğəmbər (s.ə.a) buyurub: “Kim Şəban ayının otuzuncu gecəsi iki rikət namaz qılsa, hər rikətdə bir dəfə Fatihə, on dəfə Təkasur surəsini (Bax-səhifə 10) oxusa, namazdan sonra yüz dəfə salavat desə, and olsun məni haqq olaraq peyğəmbər göndərənə, Allah nəim cənnətində onun üçün min-min şəhər qaldırar, əgər göy və yer əhli bunun savabını saymaq üçün bir yerə yığışsalar saya bilməzlər, Allah onun min hacətini yerinə yetirər”.

    Категория: Saytımızdan XƏBƏRLƏR | Просмотров: 1356 | Добавил: 411 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər