Главная » 2008 » Avqust » 15 » MƏKKƏDƏ KƏBƏNİN YUYULMASI MƏRASİMİ KEÇİRİLİB
12:46 MƏKKƏDƏ KƏBƏNİN YUYULMASI MƏRASİMİ KEÇİRİLİB |
Səudiyyə kral ailəsinin nümayəndələri, tanınmış ictimai xadimlər xüsusi geyimdə, xüsusi təmizləmə alətlərindən istifadə edərək ayini yerinə yetiriblər, - İslam.ru xəbər verir.
Mərasim sübh namazından dərhal sonra başlamışdır. ”Kəbənin yuylması - Allaha ibadətdir. Bir zamanlar peyğəmbərlərin durduğu yerdə bu ayini yerinə yetirərkan yaranan hissləri sözlə təsvir etmək mümkün deyil”, - deyə “Əl-Vətən” qəzetinin baş redaktorunun müavini Umar əl-Midvahi bildirib.
Mərasim zamanı Zəmzəm suyundan hazırlanmış qatışıqdan və gülabdan istifadə olunur. Bundan sonra Kəbə evi xüsusi parça ilə qurulanır. İslamNews-un “The Morning News”-a istinadən verdiyi məlumata görə, bu il təmizlik işlərini yerinə yetirmək üçün Zəmzəm bulağından 179 litr su götürülüb.
Qeyd edək ki, Kəbənin yuyulması mərasimi ildə iki dəfə keçirilir. Keçən dəfə baş tutan mərasimdə Səudiyyə Ərəbistanı Krallığının rəsmi simaları, müsəlman ölkələrinin diplomatik nümayəndələri, alimlər, həmçinin Məkkədə ümrə ziyarətini yetirən minlərlə zəvvar iştirak edib.
|
Категория: Dünyada |
Просмотров: 1298 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|