Главная » 2008 » Avqust » 16 » SALYANDA 150 YAŞLI MƏSCİD BAXIMSIZLIQDAN DAĞILIR
15:39 SALYANDA 150 YAŞLI MƏSCİD BAXIMSIZLIQDAN DAĞILIR |
Salyan şəhərinin mərkəzindəki Ağahüseyn məscidi uçmaq üzrədir. Kür daşqınlarından ziyan çəkən bina 5 il əvvəl uçmağa başlayıb. İndi yerlə-yeksan olmaq üzrə olan bu tarixi abidənin 16 günbəzindən yalnız 5-i qalıb.1865-ci ildə Hacı Mehdi həyatdan nakam getmiş oğlunun xatirəsinə tikdirib. Binanın analoqu İranın İsfahan şəhərindədir. Sovet hakimiyyətinin ilk illərinədək məscid kimi istifadə olunan tikili sonralar anbara çevrilib.
1980-ci ilin sonlarında isə əsaslı təmir olunaraq əvvəlcə rəsm qalereyası, sonralar isə məscid kimi fəaliyyətini bərpa edib. Muğanın sonuncu tarixi abidələrindən olan Ağahüseyn cümə məscidi Mədəniyyət və Turizm Nazirliyinin balansında, Salyan RİH-in tabeliyində olsa da, rayon sakinlərinin dəfələrlə etdiyi müraciəti nəzərə alaraq bərpa-tikinti işlərinə bu günədək başlanılmayıb.
|
Категория: ÖLKƏMİZDƏ |
Просмотров: 1144 |
Добавил: media-islam
| Рейтинг: 1.0/1 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|