Главная » 2008 » Avqust » 17 » İNGİLTƏRƏNİN VƏ UELSİN BAŞ HAKİMİ ÖLKƏDƏ ŞƏRİƏT QANUNLARININ HƏYATA KEÇİRİLMƏSİNDƏN DANIŞDI
22:14 İNGİLTƏRƏNİN VƏ UELSİN BAŞ HAKİMİ ÖLKƏDƏ ŞƏRİƏT QANUNLARININ HƏYATA KEÇİRİLMƏSİNDƏN DANIŞDI |
Şəriət prinsipləri Böyük Britaniya qanunverici sisteminin bəzi sahələrinə inteqrasiya edərək, onun inkişafında mühüm rol oynaya bilər.
Bu haqda İngiltərənin və Uelsin baş hakimi lord Filips məlumat vermişdir. Eyni zamanda o, qeyd etmişdir ki, İslam hüquqları əsasında fəaliyyət göstərən məhkəmələr Birləşmiş Krallıqda qeyri-mümkündür İslam.ru xəbər verir.
Londonun qərbində yerləşən müsəlman mərkəzində çıxılş edərkən lord Filips bildirmişdir ki, şəriət həmişə düzgün anlaşılmayıb. Onun sözlərinə görə islam hüquqlarının prinsipləri və ya başqa dini qanun toplumlarının mübahisələrin həll edilməsində əsas rol oynamaması üçün heç bir səbəb yoxdur.
Ancaq Filips hesab edir ki, şəriətin ağır cinayətlərə görə nəzərdə tutduğu ciddi fiziki cəzalarınını İngiltərədə tətbiqi mümkünsüzdür.
Əvvəllər ingilislərin dini lideri Kenterberi yepiskopu Rouean Uilyams polemika qaldıraraq bildirmişdir ki, İslam hüquqlarının bəzi baxışlarının Britaniyada həyata keçirilməsi labüddür. Onun sözlərinə görə şəriət ailə problemlərinin, maliyyənin və bəzi mübahisələrin həll edilməsində müsbət rol oynaya bilər.
|
Категория: Dünyada |
Просмотров: 1158 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|