FRANSA DÜNYƏVİLİYƏ ƏLVİDA DEYƏCƏK?!
Fransa, artıq Vatikanın qatı dünyəvilik əleyhinə olan mübarizəsinə ən böyük dəstəyi verir
Dünyanın ən qatı dünyəviliyinə sahib olmaqlığı ilə tanınan Fransada maraqlı hadisələr yaşanır. Dünən Papanın ziyarəti əsnasında yaşanan inkişafları Fransız dünyəviliyinin tarixi bir dəyişmə mərhələsinə qədəm qoyduğunu göstərir
Papa 16-cı Benedicti Elysee Sarayında qəbul edən Fransa Respublikasının başçısı Nicolas Sarkozi, din-dövlət ayrı-seçkiliyi mövzusunda ölkəsində müzakirələrə gətirib çıxaran çıxışını davam etdirərək "müsbət bir dünyəvilik" istədiyini söyləyib. Dünən, Elysee Sarayına dəvət edilən 700 nəfərə yaxın intellektual, siyasətçi, sənətçi və din nümayəndələri qarşısında Papa ilə birlikdə bir açıqlama verən Sarkozi, dinlərdən "məhrum qalmağın dəlilik olacağını" ifadə edərək, "buna görə hörmət göstərən, bir araya gətirən, dialoq quran; ayıb gətirməyən bir dünyəviliyə dəvət etdiyini" ifadə edib.
"Mənəviyyat axtarışının demokratiya üçün bir təhlükə olmadığını" və "demokratiyanın dinlərlə dialoq qurmasının qanuni olduğunu" vurğulayan Fransız lider, ortaya qoyduğu "müsbət dünyəvilik" anlayaşını, "Açıq bir dünyəvilik, dialoqa və xoşgörüşə dəvət. Bir şans, bir nəfəs, cəmiyyət müzakirəsinə verilən əlavə bir ölçü." ifadələriylə xarakterizə edib.
PAPA DA DƏSTƏKLƏDİ
Papa 16-cı Benedict də Sarkoziyə dəstək verərək, "dünyəviliyin əhəmiyyəti və gerçək mənası haqqında yeni bir düşüncənin lazımlı hala gəldiyini" söyləyib.
Çıxışında, dinlərin cəmiyyətlərə edə biləcəyi qayğıya işarə edən Papa, Fransadakı dünyəvi cəphəyə təskinlik vermək üçün "din və dövlət arasındakı ayrı-seçkilik üzərində dayanmanın" əhəmiyyətinə işarə etdi. Papa, Parisə gələrkən təyyarədə jurnalistlərə etdiyi şərhdə də, "inancın siyasət, siyasətin də din olmadığını" ifadə etmiş; lakin "bu iki sahənin bir-birinə açıq olması lazım olduğunu" söyləmişdi.
Dünən, Fransadakı Müsəlmanların nümayəndələriylə də bir araya gələn Papa, bazar ertəsi günü bu Fransanı tərk edəəck.
Qeyd edək ki, dünya üzrə öz konstitusiyasında dünyəvilik prinsipləri elan edən ölkə üçdür ki, bunların sırasına Fransa, Türkiyə və Azərbaycan daxildir. Azərbaycan, istisna olmaqla, qalan iki ölkədə laiklik anlayışı gündəlik müzakirələrə və mübahisələrə səbəb olur. Beləki, həm Fransanın, həm də Türkiyənin indiki iqtidarları bu prinsiplərin əleyhinə fəaliyyətləri ilə diqqəti çəkirlər.
www.birlik.az |