Главная » 2008 » Sentyabr » 15 » İNGİLTƏRƏDƏ ŞƏRİƏT MƏHKƏMƏLƏRİ FƏALİYYƏTƏ BAŞLAYIB
22:13 İNGİLTƏRƏDƏ ŞƏRİƏT MƏHKƏMƏLƏRİ FƏALİYYƏTƏ BAŞLAYIB |
Verilən xəbərlərə görə, İngiltərədə müsəlmanların sıx yaşadığı beş böyük şəhərdə İslam hüququna əsaslanan şəriət məhkəmələri fəaliyyətə başlayıb.Belə ki, məhkəmələr sadəcə hökumətin qəbul etdiyi şəriət qaydaları əsasında fəaliyyət göstərəcək. Həmçinin, verilən qərarların bölgə məhkəmələrinin və Ali məhkəmənin razılığı ilə qüvvəyə minəcəyi haqda məlumat verilib. Bu qanuna görə, başda paytaxt London olmaqla, Birmingem, Bradford, Mançestr və Vorvik kimi şəhərlərin məhkəmələrində tətbiq ediləcək şəriət qanunları əsasən boşanma, ailə daxili zorakılıq və var-dövlət problemləri ilə bağlı məsələləri həll edəcək. Eləcə də bu cür məhkəmələrin yaxın gələcəkdə Qlazqo və Edinburqda da təsis edilməsi gözlənilir. Qeyd edək ki, İngiltərənin Ədliyyə Nazirliyinin müşaviri Lord Filips bu məsələyə ilk dəstək verənlərdəndir. Həmçinin, aralarında müxalifətin də iştirak etdiyi bəzi qruplar şəriət məhkəmələrinin qurulmasının ölkədə hüquq sisteminə paralel ikinci sistemin təsisinə səbəb olacağını da bildiriblər./Azerimuslims/
|
Категория: Dünyada |
Просмотров: 1157 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|