Şenbe, 21.12.2024, 19:36
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 5
    Qonaq: 5
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 16 » XARİCİ İŞ ADAMLARI AZƏRBAYCANI TƏRK EDİR?
    17:46
    XARİCİ İŞ ADAMLARI AZƏRBAYCANI TƏRK EDİR?
     
     
     
     
     
     
     
     
     
     


    Təkcə bu il 100-dən yuxarı  türk iş adamı məmur özbaşınılığa görə biznes fəaliyyətini dayandırıb
    Azərbaycan korrupsiya və inhisarçılığın səviyyəsinə görə dünya üzrə ilk onluqda qərarlaşan ölkələrdən biridir. Ölkənin bütün sahələri, idxal və ixrac məmurların və onların nəzarətində olan  inhisarçı şirkətlərin nəzarətindədir.
    Azərbaycanda milyardlarla dollar xarici kapital var. Amma onun böyük hissəsi dövlət sektoruna-neft sahəsinə yatırılıb. Qeyri-neft sektoruna daxil olan - turizm, kənd təsərufatı və xidmət sahlərində də iri həcmdə xarici sərmayə var. Onların əhəmiyyətli hissəsi hakimiyyət rəsmilərinin himayəsi ilə fəaliyyət göstərə bilirlər. Yəni onların gəlişi və ölkədəki planları məmurlarla razılaşdırılır, şapkalar, şərtlər müəyyənləşdirilir.
    Odur ki, bu ölkədə xarici kapital olan bütün böyük şirkətlərin məmur nəzarətçiləri var. Bank sektorunda bu vəziyyət daha qabarıq nəzərə çarpır. Azərbaycanda xarici şirkətlərin sayı və sərmayələrin həcmi getdikcə azalır. Buna səbəb onların rəqabət şəraitinin olmadığı iqtisadi məkanda fəaliyyət göstərə bilmirlər.
    Monopoliya hətta bir müddət əvvəl siyasi razılıqla ölkəyə gələ bilmiş şirkətləri də müflisləşdirir.
    Bundan əlavə hüquq mühafizə orqanlarının yeri gəldi gəlmədi şirkətlərin fəaliyyətinə maneələr yaratması da xarici iş adamlarını ölkədən qaçaq salır.
    Hakimiyyətdəki mənbələrdən əldə etdityimiz məlumata görə, təkcə bu il ərzində Azərbaycanı xeyli sayda xarici şirkətlər tərk edib. Onlardan 100-ə qədəri türk iş adamlarıdır.
    Hazırda işi məhkəmədə olan sahibkarlardan biri isə deyib ki, Azərbaycanı məmur özbaşınalığına görə tərk edir: «Bizi hər yolla incidirlər. Bu məmləkətdə işin dövlətə düşəndə də həlli olmur. Getdiyin orqanlarda qapılar üzünə bağlıdır. Halbuki, onların qurduqları oyunlara görə, yolumuz oraya düşür. Yoxsa, bizim məhkəmədə, prokurorluqda nə işimiz var».
    Həmsöhbətimiz onu da deyir ki, bütün bu barədə məlumatlar Azərbaycan Türk Sənayeçi və İşadamları Beynəlxalq Cəmiyyətinin (TUSİAB) rəhbərliyinə bəlli olsa da, bu qurum susmağa üstünlük verib: «Sadəcə  məktub yazırlar. Əllərindən bir şey gəlmir. Mənim burada 400 min dollar vəsaitim batıb. Hüseyn bəyi («Barmek» prezidentini Hüseyn Aarabulu nəzərdə tutur-red.) müdafiə etməyənlər məni müdafiə edəsi deyillər ki?».
    Məsələ ilə bağlı TUSİAB-ın və Türkiyənin Bakıdakı səfirliyinin də mövqeyini dərc etməyə hazırıq. Elmar /Bizim Yol/


     
    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1328 | Добавил: feride | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər