YA ƏLİ!
Körpüsən möminlərə mövlam hidayət, ya Əli
Şəninə nazil olub, Quranda ayət ya Əli
Natiqi - hafizi sənsən Quranı tutdun əziz
Kim sənintək surəni eylər qirayət, ya Əli
Dirçəlib dinin Bədir - Xəndəkdə çalmışdın zəfər
Xeybərdə kim sən təki etmiş şücaət, ya Əli
Aciz olmuşdu təbib, ox ağrısını dəf edə
Dərmanı sən tapmısan, qıldın ibadət, ya Əli
Ey müsafirlər pənahi, ey ümüdü məzlumun
Ehsan etmiş rüku halında səxavət, ya Əli
İbni - Mülcəmtək olan xainə sən zülm etmədin
Tövsiyən oldu, edin rəfdar ədalət, ya Əli
Allaha şirk söyləyənlər bəndeyi-divanədir
Cahili-nadan sənə eylər ədavət, ya Əli
Qədiri- Xumda naib olmuşdun Rəsuli-Əkrəmə
Beyəti sındırdılar, gördün xəyanət, ya Əli
Zülfüqarıyla edər cəng düşmənə verməz macal
Səcdə halında olar, aciz o qamət, ya Əli
İcra etdin, sən Rəsuli-möhtərəmin əmrini
Məkkəni gec tərk edib, verdin əmanət, ya Əli
"Mən elmlər şəhriyəm, sən elmi-şəhrin qapısı"
Əhli təqvanə hədis, eylər kifayət, ya Əli
Sən əmirəl-mömüninsən, müttəqilər sərdarı
Həkk olub hüsnündə Fürqanı-vilayət, ya Əli
Yoxdur sən tək bir bəşər, açsın gözün Kəbədə,
Kəbəni etdin xilas bütdən, nəhayət, ya Əli
Qəmgüzar eylər dua cəmi Əli aşiqinə
Çün nəsib etsin Xuda, qəbrin ziyarət, ya Əli.
Qiyas Qəmgüzar |