Главная » 2008»Sentyabr»19 » Ankarada "Leyli və Məcnun" foto sərgisinin açılışı olub
16:34
Ankarada "Leyli və Məcnun" foto sərgisinin açılışı olub
Sərgi bir həftə müddətində TÜRKSOY-un binasında nümayiş etdiriləcək
Milli musiqi günü ilə bağlı olaraq Türkiyənin paytaxtı Ankarada TÜRKSOY-un Baş direktorluğunun binasında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyov və onun şah əsəri "Leyli və Məcnun" operasının 100-cü ildönümü üçün hazırlanan fotosərginin açılışı olub. Tədbirdə TURKSOY Baş direktorunun müavini Firat Purtas, Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Kamal Fahir Gənc və Azərbaycanın Türkiyədəki səfirliyinin müşaviri Rəşad Vahabzadə iştirak edib. Mərasimdə çıxış edənlər ölməz bəstəkarın həyat və yaradıcılığından danışıblar.
Sərgi bir həftə müddətində TÜRKSOY-un binasında nümayiş etdiriləcək. Bu sərgi sentyabrın 11-də Mersində, 14-də isə Kiprdə keçirilən XI Türksoy opera günlərində göstərilib./ANS PRESS/