Şenbe, 21.12.2024, 19:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 40
    Qonaq: 40
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 20 » HİCAB PROBLEMİ MƏTBUATDA
    19:09
    HİCAB PROBLEMİ MƏTBUATDA
     
     
     
     
     
     
     
    TURAN: İNANCLI MÜƏLLİMLƏR HÜQUQLARININ POZULMASINDAN ŞİKAYƏT EDİR

     DEVAMM (Dini Etiqad və Vicdan Azadlığını Müdafiə Mərkəzi) hüquq-müdafiə mərkəzi bu qeyri-hökumət təşkilatına iki inanclı müəllimədən şikayət daxil olduğunu bildirir. Müəllimələr iddia edirlər ki, 167 və 162 saylı məktəblərin rəhbərlikləri onlara hicabla məktəbə gəlməyi qadağan edib.


       DEVAMM sədri İlqar İbrahimoğlu bunu inanclı müəllimlərin və şagirdlərin konstitusiya hüquqlarının pozulması kimi qiymətləndirir. O, həftənin sonuna qədər tədris müəssisələrində inanclıların hüquqlarının pozulması hallarına son qoyulacağına ümid etdiyini bildirib.
       Xatırladaq ki, təhsil haqqında qanun layihəsinə əsasən, təhsil müəssisələrində hicaba icazə verilmir. Keçən il bu qanun layihəsinin müzakirəsi və ali məktəblərdə bu müddəanın tətbiqi cəhdləri gərginliyə səbəb olub. Bundan sonra bildirilib ki, qanun layihəsi üzərində düzəlişlər edilib və hicaba qadağa haqqında müddəa çıxarılıb. Lakin qanun son variantda hələ də qəbul edilməyib



    «MEDİA FORUM»:DEVAMM HİCAB MƏSƏLƏSİNİ NƏZARƏTƏ GÖTÜRÜB

    Paytaxtdakı 162 və 167 saylı məktəblərin rəhbərliyi iki müəlliməyə dərslərə baş örtüyü ilə – hicabla gəlməyi qadağan edib. Bu məlumatı Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzinin (DEVAMM) mətbuat xidməti yayıb.

    DEVAMM sədri, hüquq müdafiəçisi İlqar İbrahimoğlu qeyd edib ki, artıq neçənci dəfədir dərs illərinin başlanğıcı inanclı müəllimlərin, tələbələrin, şagirdlərin hüquqlarının pozulması ilə müşayiət olunur: «Bu dəfə 162 və 167 saylı məktəblərin rəhbərləri fərqləniblər. Bizim monitorinq qrupu artıq vəziyyətə nəzarət prosesini başlayıb. Ümid edirik ki, keçən illərdə olduğu kimi, həftənin sonuna təhsil müəssisələrində inanclı insanların hüquqlarının pozulmasının tək-tək halları öz həllini tapacaq».

    «Media forum»




    AZERİMUSLİMS:Yeni dərs ilinin başlanması ilə DEVAMM-a inanclı insanlardan şikayətlər daхil оlmağa başladı

    DEVAMM (Dini Etiqad və Vicdan Azadlıqlarının Müdafiəsi Mərkəzi) hüquq müdafiəsi mərkəzinin mətbuat хidmətinin verdiyi хəbərə görə, dərs ilinin başlanması ilə hüquq müdafiə mərkəzinə artıq iki nəfər inanclı müəllimədən şikayət daхil оlmuşdur. Belə ki, 167 və 162 saylı məkləblərin rəhbərliyi iki müəlliməyə şifahi şəkildə dərslərə baş örtüyü ilə – hicabla gəlməyi qadağan etmişlər.

    Vəziyyəti şərh edən DEVAMM sədri, hüquq müdafiəçisi Ilqar Ibrahimоğlu qeyd etmişdir: «Bu gün 15 sentyabr – növbəti dərs ilinin başlanğıcıdır. Və həqiqətən də çох хоşagəlməz bir hal kimi qeyd etmək lazım gəlir ki, artıq neçənci dəfədir dərs illərinin başlanğıcı inanclı müəllimlərin, tələbələrin, şagirdlərin hüquqlarınn növbəti dəfə pоzulması ilə müşayiət оlunur. Artıq ilk şikayətlər daхil оlmuşdur. Bu dəfə 167 və 162 saylı məktəblərin rəhbərləri fərqlənmişlər. Çох təəccüblüdür ki, hər il, görünür özlərini rəhbərlik etdikləri təhsil müəssisələrinin sahibləri hesab edən bu və ya digər təhsil məmurları, öz dini inanclarına və etiqad və vicdan azadlığını təmin edən kоnstitusiоn hüquqlarına görə baş örtüyü – hicab geyinən vətəndaşların hüquq və azadlıqlarını pоzmağa cəhd edirlər. Bizim mоnitоrinq qrupu artıq vəziyyətə nəzarət prоsesini başlamışdır. Ümid edirik ki, keçən illərdə оlduğu kimi, həftənin sоnu üçün təhsil müəssisələrində baş verən inanclı insanların hüquqlarının pоzulmasının tək-tək halları öz həllini tapacaqdır». / DEVAMM/




    Trend News:Bakıda iki məktəb müəlliməsinə işə hicabda gəlmək qadağan edilib Bakıda iki məktəb müəlliməsinə işə hicabda gəlmək qadağan edilib

    Azərbaycan, Bakı, 15 sentyabr /Trend News, müxbir C.Babayeva/ Tədris ilinin ilk günü - sentyabrın 15-də Azərbaycanın iki paytaxt məktəbində müəlliməyə işə hicabda gəlmək qadağan edilib.

    Hüquq müdafiəsi mərkəzi  DEVAMM-a (Vicdan və Dini Etiqad Azadlığının Müdafiəsi Mərkəzi) 167 və 162 saylı məktəblərin iki müəlliməsindən  şikayət daxil olub. Şikayətdə bildirilir ki, məktəb rəhbərləri tərəfindən onlara məktəbə baş örtüyündə - hicabda gəlmək şifahi surətdə qadağan edilib.

    "DEVAMM-da  artıq şikayətləri araşdıracaq monitorinq qrupu yaradılıb", - bazar ertəsi  Trend News-a mərkəzin sədri İlqar İbrahimoğlu deyib.

    İbrahimoğlu şəraiti şərh edərək bildirib ki, çox təəccüblüdür ki, hər il "özlərini təhsil müəssisisələrinin sahibi zənn edən" bu və ya digər məmurlar, öz dini etiqadlarına və Konstitusiyanın vicdan və dini etiqad azadlığına uyğun baş örtüyü - hicab geyinən vətəndaşların hüquq və azadlığını pozmağa çalışırlar.  

    Ötən il Bakının təhsil müəssisələrinə müəllim və tələbələr hicabda buraxılmayıblar, lakin sonradan bu problem həll olunmuşdur.

    "Azərbaycan Təhsil Nazirliyi müəllimlər nazirliyə müraciət edəcəyi təqdirdə, onların şikayətlərinə baxmağa hazırdır", -  Trend News-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Bayram Hüseynov deyib.
    Категория: ANALİZ | Просмотров: 1557 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    21.09.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    Pis gunun omru az olur.Buda hicaba qarsi imtahandir.Kim hicabin deyerini anlayirsa o oz hicabi qoyuracaq.Hicaba qarsi cixanlar hec nedir.Amma Allah ebedidir.

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Qadın və ailə
    Axtar
    Linklər