Главная » 2008 » Sentyabr » 21 » MÜSƏLMAN XANIM ÖZ HAQQINI BƏRPA ETDİ
22:14 MÜSƏLMAN XANIM ÖZ HAQQINI BƏRPA ETDİ |
Britaniya prokurorluğu müsəlman xanımın hüquqlarını pozduğuna görə 600 min funt sterlinq təzminat ödəyib
Britaniyalı vəkil Həlimə Əzizəyə Britaniyanın prokurorluq xidmətindən haqqının bərpa edilməsinə nail olmaq üçün 7 il lazım oldu. Məsələ bundadır ki, 2001-ci ildə Bredford məhkəməsinin keşikçisi belə təxmin edir ki, prokurorluğun asiyalı əməkdaşı ölkə üçün təhlükə törədir. Cavabında isə xanım ehtiyatsızlıq edərək zarafatla Bin-Ladenlə dostluq etdiyini bildirmişdir.Məsələ məhşur 11 sentyabr hadisələrindən dərhal sonra baş verdiyindən prokurorluqda xanımın deyimini zarafat kimi qiymətləndirmirlər. Prokurorluq xidmətində daxili araşdırmadan sonra Həlimə Əziz işdən uzaqlaşdırılır. Bundan başqa bu xanım, bir neçə Asiya əsilli gənci qarışıqlıq yaratmağa təhrik etməkdə günahlandırılır.Xanımın şikayət ilə müraciət etdiyi məhkəmədə isə onun haqqında olan ittihamlar təsdiqlənməmiş, əksinə olaraq onun prokurorluqda daxili araşdırma zamanı irqi ayrı-seçkiliyə məruz qaldığı məlum olmuşdur.
Birinci məhkəmədə xanım qalib gəlsə də, prokurorluğun qərara etirazından sonra qərar ləğv edilmişdir. Və budur, sonda məhkəmə Həlimə xanımın xidmətdən qeyri-qanuni olaraq uzaqlaşdırıldığını və irqi ayrı-seçkiliyə məruz qaldığını təsdiqləyir. Krallığın prokurorluq xidməti öz əməkdaşlarının zarafat etmə hüququnu məhdudlaşdırdığına görə 600 min funt sterlinq təzminat ödəməklə yanaşı, xanıma üzürxahlığını çatdırmalı və onun xidmətdəki işini bərpa etməlidir.
|
Категория: Dünyada |
Просмотров: 1388 |
Добавил: media-islam
| Рейтинг: 0.0/0 |
Добавлять комментарии могут только зарегистрированные пользователи. [ Регистрация | Вход ]
|