Şenbe, 21.12.2024, 19:51
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 47
    Qonaq: 47
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 24 » NƏYƏ GÖRƏ KENİYALI QADINLAR DAŞ YEMƏK İSTƏYİRLƏR...
    21:41
    NƏYƏ GÖRƏ KENİYALI QADINLAR DAŞ YEMƏK İSTƏYİRLƏR...
     
     
     
     
     
     
     
     
    4 aylıq hamilə olan Nənsi Akotanın qəribə vərdişi var
    Bəzi qadınlar kömür, bəziləri tutma xiyar, digərləri isə sabun yeməyi xoşlayır. Əlbəttə ki, söhbət hamilə qadınlardan gedir. Amma xanım Akot yumşaq daşları sevir. Keniyada belə daşlara odova deyirlər.

    " Mən bu daşları yeməyi xoşlayıram. Bəzən gecə oyanıb onları küçədə axtarmağa başlayıram. Həkimimlə məsləhətləşmişəm. O mənə dəmir çatışmazlığından əziyyət çəkdiyimi dedi və mənə dərmanlar yazdı. Amma ürəyim yenə də bu daşları istəyir"

    Xanım Akot tək deyil. Onun kimi belə daşları yeməyi xoşlayan çox sayda qadın var. Bu daşları hətta Nairobinin Gikomba bazarında almaq olar.

    Yetərli həcmdə su içməyəndə bu daşlar böyrəkdə daşların əmələ gəlməsinə və qaraciyərin zədələnməsinə gətirə bilər.

    Əlis Ndonq

    Belə daşları satan Stiven Ndiranqu deyir ki, alıcılarının çoxu qadınlardır.

    " Onların çoxu daşları alıb sonradan hamilə qadınlara satırlar."

    O, 90kq kisəni 6 Amerika dollarına satır.

    "Xoş dad"

    Bu daşlar dişləri qırmaq üçün o qədər də bərk deyil. Həkim Əlis Ndonq deyir ki, daşların heç bir dadı yoxdur.

    " Bəli, bu daşlar dadsızdır. Nə duzlu, nə də şirindir. Bir növ un yemək kimidir."

    Mən bu daşlarsız yaşaya bilmirəm

    Silviya Moy

    Əlis deyir ki, bu daşlar dişləri təmizləməyə kömək edir. Onları çeynəyirlər və xırda hissəciklər ağız vasitəsilə bədənə daxil olur.

    " Bu daşları yeyəndə amma yetərli həcmdə su içməyəndə qəlizləşməyə gətirə bilər. Bu isə çox təhlükəli ola bilər. Bu, böyrəyin və qaraciyərin zədələnməsinə gətirə bilər. Bu daşları yemək dəmir yemək kimidir. Bunlar meyvə-tərəvəz kimi asan həzm olunmurlar."

    Nigeriya Universitetinin alimləri Nairobi Xəstəxanasında doğum klinikasına baş çəkən 1 000-dən çox qadının üzərində araşdırma işi aparıblar.

    Onlardan 800-ü hamiləlik zamanı torpaq və yumşaq daş yediklərini etiraf edib.

    Amma belə vərdiş yalnız hamilə qadınlarda olmur.

    Silviya Moy körpə dünyaya gətirəndən 14 il sonra hələ də yumşaq daşları yeyir.

    " Bu daşlarsız yaşaya bilmirəm. Səhər yuxudan duranda özümü piss hiss edirəm. Sanki acam"

    O, bu vərdişi atmaq istədiyini amma bunu bacarmadığını deyir.

    İnfeksiya

    Mütəxəssislər deyirlər ki, odova vərdişi kalsium kimi lazımi mineralların çatışmazlığından üzə çıxır.

    " Əfsuslar olsun ki, bu daşlar kalsium mənbəyi deyil."

    Araşdırma işi göstərir ki, bu vərdişlər qadınların səhhətinə mənfi təsir edir. Buraya bədənə müxtəlif infeksiyaların düşməsi, qan çatışmazlığı və bağırsaqda problemlər daxildir.

    Mütəxəssislər hamilə qadınları xəbərdar edirlər ki, odova yemək vərdişini səhhətləri naminə atmalıdırlar.
    /BBCAzeri/


    Категория: MARAQLI HADİSƏLƏR | Просмотров: 1721 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 1
    24.09.2008
    1. ZehrayiNur (ZehrayiNur) [Material]
    wacko ilk defedirki esidirem

    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər