Hizbullah lideri Seyyid Nəsrullah İsrail xülyasının bitdiyini bildirib.
İslam-Azeri-nin İsra xəbər və YDH-ə itinadlı xbərinə görə Livan İslami Müqaviməti Hizbullahın baş katibi Seyyid Həsən Nəsrullah Qüds Günü münasibətiylə etdiyi çıxışında, İslam ümmətinin Qüds və Fələstin qarşısında tarixi məsuliyyətliklərini yerinə yetirməyə çağırdı.
"Əsl sahiblərinə dönməsi lazım olan bu torpaqlardan hədiyyə vermək heç kəsin ixtiyarı yoxdur" deyən Nəsrullah, bu torpaqların əsl sahiblərinə dönməsinin yalnız iradə, əzm, müqavimət və bölgə xalqının özünü fəda etməsi ilə mümkün olacağını vurğulayaraq "ümmət vəzifəsinin bir qisimini etdiyində, bu torpaqların bizə geri dönməsi uzaq deyil" deyib.
İsrailin sabiq baş naziri Ehud Olmertin 5 diviziya yerinə 8 diviziyanın Livan üçün hazırlanması təklifinə diqqət çəkən Nəsrullah "Livana hücum etdikləri zaman, müqavimətin əlləri qolları bağlı qalmayacaq İsrail, Livana 5 diviziya yerinə 8 diviziya göndərmək kimi bir səhvə yol versə, bu cəhd onun sonu olacaq. 8 diviziya, dağlarımızda, kəndlərimizdə və mücahidlərin ayaqlarının altında yerlə bir ediləcək"-deyərək xəbərdarlıq edib.
Qüds gününün hədəfi Fələstin iddiasını canlandırmaqdır
İmam Xomeyninin Qüds Gününün elanından 30 il sonra, Qüds Günü bu gün hələ də güclü, canlı və təsirlidir. Qüds Gününün hədəfi bibi/hələ varlığını qoruyur.
"Bu gecəki danışmamın başlanğıcında, Qüds Günüylə əlaqədar bəzi mövzular üzərində dayanacağam.
Qüds Gününün təməl hədəfi Fələstin və Qüds iddiasını canlandırmaqdır. Qüds iddiası keçmişdə olduğu kimi indi də təmizliyə, bazarlığa və tərk edilməyə məruz qalmaqdadır. Qüds Günü, Qüds iddiasının mərkəzi bir iddia olduğunu təkid etməkdədir.
Fələstin torpaqlarından keçə bilməz
Qüds Gününün mənalarından biri də çaydan dənizə qədər bütün Fələstin torpaqları, Fələstinlilərin, Ərəblərin və müsəlmanların mülküdür. Qətiliklə heç bir kəs nə torpağın bir zərrəsindən nə divarından nə də daşından keçməkdə özünü səlahiyyətli görə bilməz. Çünki bu torpaqlar, müqəddəs torpaqlardır. Daşları, zeytunu və ənciri müqəddəsdir. Bu torpaqlarda nə varsa müqəddəsdir. Heç bir kəs bu torpaqlardan keçmək haqqına sahib deyil. Bu torpaqların və müqəddəsatın, əksiksiz olaraq əsl sahiblərinə dönməsi lazımdır. İnşaallah dönəcək də.
Qüds Gününün təkid etdiyi mənalardan biri də İmam Xomeyninin yaddaşlara həkk etmək istədiyi düşüncədir. Bu düşüncə: "İsrail, aləmə hökm etməkdədir" dir. Bu doğru deyil. Və ya "Döyüşdüyümüz İsrail, Amerikaya hökm etməkdədir" düşüncəsi də doğru deyil. Təbii biz dünyadakı sionist lobbisinin təsirlərini inkar etmirik. Lakin doğru düşüncə budur: İsrail, vəzifələndirilmiş bir rejimdir. İngiltərə və müttəfiqlər, İsraili bölgədəki müəyyən vəzifəsini yerinə yetirməsi üçün meydana gətirdi. İsrail, ölkələrimizə hakim olmağı, bizi zillətə salmağı hədəfləyən Amerikanın proyektlərini, qərbli, imperialist proyektləri yerinə yetirməkdədir.
Bu düşüncəni qavradığımız zaman torpaqlarımızın və müqəddəsatımızın nə Amerika ilə əlaqəyə girərək, nə qərblilərlə nə də İsraili var edənlərlə və bölgəmizi bölməklə vəzifələndirənlərlə əlaqəyə girərək qurtarmayacağımızı çox yaxşı anlamış olacağıq. Bu düşüncə bizə, torpaqların, müqqəddəsatın, Fələstindəki insanların xilas edilməsi iradə, əzm, müqavimət ilə mümkün olacağını ortaya çıxarmaqdadır. Torpaqların və müqəddasatın geri alışının tək yolu müqavimətin yoludur. Fələstin xalqının müqaviməti, Livan xalqının müqaviməti və bölgə xalqlarının müqavimətidir. Bu keçmişdə olduğu kimi indi də mümkündür. Əksinə indi sizə bu gün keçmişə nisbətlə daha da çox mümkün olduğunu söyləyə bilərəm.
Sionistlərin xülyaları bitdi, bizim xəyallarımız reallaşmağa başladı
Bu gün, Sionistlərin xəyallarının zamanı bitdi, bizim xəyallarımız isə reallaşmağa başladı. Biz indi xəyal qurma mərhələsində deyil xəyallarımızı tətbiq etmə mərhələsindəyik. Bununla əlaqədar təcrübələrə bir çox dəfə şahid olduq.
İsrail yalnız Fələstin xalqının deyil bütün düsəlmanların düşmənidir
Qüds Gününün təkid etdiyi mənalardan biri də İsrail yalnız Fələstin xalqının düşməni deyil. Livan xalqının, Ərəb xalqların, müsəlman xalqlarının da düşmənidir-mənasını aşılayır.
Ümmət Fələstindəki fitnəyə maneə törətməlidir Fələstin xalqına qarşı vəzifələrdən biri də hökumətlərin Fələstinlilər arasında fitnənin çıxmasının qabağına kəçməsi, sözlərini birləşdirməsi, daxili sülhün təmin edilməsi üçün ciddi səy sərf etməsidir. Çox təəssüf ki, bəzi Ərəblər, Fələstindəki qarşıdurmadan istifadə etdilər.
Ümmət məsuliyyətlərini yerinə yetirsə Qüds azad olar
Ümmət, məsuliyyətlərindən bir qisimini yerinə yetirsə Qüds və Fələstinin azad edilməsi hədəfi reallaşar. Bu hədəfin reallaşması uzaq deyil yaxındır. Lakin təəssüflər olsun ki, Ümmət Fələstin xalqını lazım olduğu qədər dəstəkləməməkdədir.
Qəzza, hələ də aclıq və embarqo altındadır. Ümmət kömək əlini uzatması və embarqonu qırması mümkündür. Ümmətin bunu reallaşdırmağa gücü çatmaqdadır.
Bəzi xaricilərin xaricində Qəzza sahilinə dəniz yolu ilə çataraq embarqonu qıran olmadı. Bəziləri bunu edərkən sayı yüzmilyonları keçən müsəlmanlar Qəzza xalqı aclıqdan ölərkən bu şeyi izləməsi çox kədərli bir şeydir.
Ərəb Hökumətləri ordusunu göndərməsi gözlənilmir
Ərəb hökumətlərindən ordularını göndərib İsrail ilə döyüşməsi tələb edilməkdədir. İyul 2006-cı il döyüşündə olduğu kimi belə bir istəkdə biz də olmadıq. Bu gün Qüdsdə Fələstinli ailələr ən vəhşi hücumlara məruz qalmaqda, soyqırıma və köç etməyə məcbur edilməkdədir. Xristian və müsəlman ailələrin Qüdsdə qala bilməsi üçün dəstəklənilməsi lazımdır. Minlərlə milyard dollara sahib Ərəblər Qüdsdəki bu ailələrinin müqavimətini dəstəkləyə bilər, Qüdsün yəhudiləşdirilməsinin önünə keçə bilərlər.
ABŞ, Olmertin İstefasını gecikdirdi
Bu ilki Qüds Günü, bəzi inkişaflarla eyni dövrə qədər gəldi. İyul döyüşünün son sionist lideri Ehud Olmertdə getdi. Vinograd hesabatının açıqlanmasından sonra istefa verməsi lazım idi. Lakin bəzi İsrail mətbuatının da bildirdiyi kimi kimi Amerika doğrudan müdaxilə edərək, o günlərdə Olmertin istefasına maneə törətdi. Çünki bu vəziyyət, Livan müqavimətinin zəfərlərinə yazılacaqdı.
İsraildə daxili böhran davam edir
Bu böhranlardan biri də siyasi və hərbi sahədə İsrail liderləri İyul döyüşündən sonra axili böhran içərisində yaşayır.
Böyük İsrail xülyaları bitdi Bu hadisələrdən bir başqası, Olmertin Böyük İsrail xəyalinin bitdiyini etiraf etməsidir. 2000-ci ildə də Netanyahu, gənc sionist nəsildə sionizmin öldüyünü etiraf etmişdi.
İrana qarşı mübarizə strategiyasında böhran var
Digər gündəmdə olan məsələlərdən biri də İsrailin İranın nüvə proqramı ilə mübarizə variantında böhrana girməsidir.
İsraillilər, Rejimlərinin Gələcəyindən Narahat
Digər bir məsələ isə İsrail xalqında ortaya çıxan, İsrail rejiminin gələcəyinə dair güvən itkisidir bu əsgəri və siyasi liderlərə, orduya olan güvən itkisinin nəticəsidir.
İsraildə nəşr olunan son ictimaiyyət araşdırmasında, İsrail xalqının 3/1' i özlərinin zibillikdə yaşadığını söyləyir. Nə üçün yaşadığı ölkəni zibillik olaraq adlandırır? Bu kəslər, güvən və sabitlik mühitində yaşamadıqları üçün zibillikdə yaşadıqlarını söyləyirlər. Sionistlər, Fələstinə süd və bal torpaqları vədi ilə gəldilər. Təhlükəsizlik, sabitlik və himayənin təmin edildiyi torpaqlar… Hakim olan, ən yüksək, öldürən amma öldürülməyən, təsir edən amma təsirlənməyən, yaralayan amma yaralanmayan, hücum edən amma hücuma məruz qalmayan bir dövlət vədi ilə Fələstinə gəldilər. Amma bu gün, illərlə sürən intifada, müqavimət və bu ümmət içərisində çıxan yeni həyat ilə təbiətilə İsrail xalqının 3/1-i, yaşadıqları yerin, özlərinə vəd edilən bölgəyə dönməyəcəyini hiss etməkdədir.
Müstəkbil partiyası lideri Səəd Həriri ilə keçən həftə planlaşdırılan görüşünə də işarə edən Hizbullah lideri onlarla siyasi ittifaq deyil vəziyyətin həll edilməsi üçün görüşəcəyini bildirib.
İslam-Azeri.az |