Şenbe, 21.12.2024, 19:49
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 40
    Qonaq: 40
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Sentyabr » 30 » “Qız qalası” “kubik”lə təmir olunur
    13:45
    “Qız qalası” “kubik”lə təmir olunur
     
     
     
     
     
    “İçərişəhər” Tarixi Memarlıq Qoruğu İdarəsi palçıqla bir-birinə bağlanmış köhnə daşların XX əsr materialları ilə əvəzlənməsindən xəbərsizmiş


    XII əsr abidəsi, UNESKO-nun “Qorunan abidələr siyahısı”na daxil edilən “Qız qalası”nda bərpa işlərinə başlanıb. Bu qədim abidənin bərpası alman mütəxəssislərinə həvalə edilib.

    “İçərişəhər” Tarixi Memarlıq Qoruğu İdarəsindən Lent.az-a bildiriblər ki, bərpa işlərinə başlamazdan əvvəl Almaniyanın “Remmers” şirkətinin əməkdaşları “Qız qalası”nda tədqiqatlar aparıblar. Əvvəlcə qalanın tikildiyi daşlar öyrənilib, onların kimyəvi təkibi və rütubətə davamlılığı araşdırılıb. Alman mütəxəssislərinin ilkin qənaəti belə olub ki, daşların əksəriyyəti yararsız haldadır. Bunun səbəbi isə abidənin dənizə yaxın yerləşməsi ilə əlaqələndirilir. “Remmers” şirkətinin mütəxəssislərinin fikrincə, duzlu dəniz suyu və güclü külək daşları sıradan çıxarıb. Elə bu səbəbdəq də əcnəbi mütəxəssislər təcili bərpa işlərinə başlamağı məsələhət görüblər.

    “İçərişəhər” Tarixi Memarlıq Qoruğu İdarəsi isə “Remmers” şirkətinin əməkdaşlarıın tövsiyyələrinə dərhal əməl ediblər. Tədqiqatlar başa çavtan kimi “Qız qalası”nın erroziyaya uğramış daşları sökülüb daha möhkəm daşlarla əvəz edilib. Amma bir məsələ var ki, bərpa işlərini yerinə yetirən inşaatçılar bu tikilinin XII əsrə aid olmasını unudublar. Lent.az-ın əməkdaşı abidənin divarlarından çıxarılmış daşların müasir mişar daşları ilə əvəzləndiyinin şahidi olub. Halbuki, xalq arasında adına “kubik” dediyimiz mişar daşlarının ən yeni dövrün tapınıtısı olduğunu hamı bilir.

    Məsələ ilə bağlı “İçərişəhər” Tarixi Memarlıq Qoruğu İdarəsi ilə əlaqə saxladıq. İdarədə “Qız qalası” ilə yanaşı İçərişəhərin qala divarlarının əsaslı şəkildə bərpa olunduğunu söyləsələr də, köhnə daşların yerinə “kubik”lərin düzülməsindən xəbərsiz olduqlarını dedilər.

    Amma deyəsən, qədim abidənin müasir üsullarla təmir ( bərpa yox ha!– E.S.) edilməsindən hamının, o cümlədən “İçərişəhər” Tarixi Memarlıq Qoruğu İdarəsinin rəisinin də xəbəri var. “Tarix, mədəni və təbii irsi qoruma” İctimai Nəzarət Komitəsinin əlaqələndirici Aytəkin İmranova deyir ki, onlar baş verənlərlə bağlı idarənin rəisi Kamran İmanova məlumat veriblər. Rəis isə məsələni ətraflı müzakirə etmək üçün gələn həftənin bazar ertəsinə görüş təyin edib: “Görək birinci gün nə deyəcəklər?! Amma qanunlarımızda açıq şəkildə göstərilir ki, Milli Elmlər Akademiyası yanında Elmi-Metodik Şura tərəfindən təsdiq olunmuş elmi-bərpa layihə olmadın heç bir abidədə bərpa işləri aparıla bilməz. Özü də bərpa dedikdə abidənin ilkin variantı necədirsə, həmin vəziyyətə qaytarılması nəzərdə tutulur. Yoxsa, əsrlərlə yaşı olan abidəni gözəlləşdirməklə, müasir daşlarla bəzəməklə onu bərpa etmək olmaz”.

    Aytəkin İmranova bildirir ki, “Qız qalası”ndakı bərpa işləri heç bir layihə olmadan aparılır. Üstəlik bu işlərə başlamaq üçün Milli Elmlər Akademiyasından da razılıq alınmayıb.
    Niyə, hansı səbəbə?
    Deyəsən, bu sualların cavabı gələn həftə bəlli olacaq. Hər halda, belə deyirlər.

    Elxan SALAHOV

    LENT.AZ


    Категория: MƏDƏNİYYƏT | Просмотров: 1721 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər