Şenbe, 21.12.2024, 16:22
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 3
    Qonaq: 3
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » Oktyabr » 4 » FRANSANIN ƏFSANƏSİ-ROGER GARAUDY
    16:06
    FRANSANIN ƏFSANƏSİ-ROGER GARAUDY
     
     
     
     
     
     
    FRANSANIN ƏFSANƏSİ-ROGER GARAUDY


     

    ”Bəli, bu gün mən müsəlmanam. Niyə İslamı seçdiniz deyirsiz, İslamı seçməklə müasirliyi seçdim”


    Zaman-zaman Qərb mütəffəkir və alimlərinin İslam dininə olan maraqları və heyrətləri, bu dini qəbul etmələri barədə sizləri məlumatlandırmışdıq. Bizim bu dəfəki qəhrəmanımız isə fransız Garaudy oldu. 8 Aprel 1983 günü Bengazi(Liviya)nin Karyunes Universitetinin konfrans zalında bir böyük elm adamı, bir böyük yazıçı Roger Garaudy, ”Bəli, bu gün mən müsəlmanam. Niyə İslamı seçdiniz deyirsiz, İslamı seçməklə müasirliyi seçdim.” deyirdi.

    70 yaşındakı Roger Garaudy illərlə Fransada kommunist sistemin qatı müdafiəçisi olmuşdu. Universitetdən siyasət kürsülərinə qədər Fransızlara və Qərb dünyasına Marksizmi anlatmış, insanların qurtuluşunu yalnız bu sistemdə tapmışdı. Çağımızda Fransız kommunistlərin ən böyük “Ruh Memarı” məqamında idi. Harda kommunistlərin təşkil etdiyi bir miting, konfrans və seminar vardı, orda Garaudy vardı. Hal-hazırda Xolokostu danan Roger, Katolik və Xristiyanlığa qarşı, düşüncəsiylə, qələmiylə, xitabətiylə böyük mübarizə aparırdı.

    Gizli təşkilat qurduğuna görə 1940`da həbs edilərək göndərildiyi kampda dirənişə başçılıq etdiyi üçün güllələnməyə göndərildi. Ancaq komandirin “Atəş!” əmrinə uymayan Əlcəzayirli əsgərlər sayəsində sağ qalmışdı. Əsgərlərə; “Niyə atəş açmadınız?“ sualına bir çavuş; “Bir müsəlman savaşçı üçün, silahsız birinə atəş etmək şərəfsizlikdir!” cavabını verməsi, Roger Garaudy`in İslam mədəniyyəti üzərinə yönəlməsinə səbəb oldu.

    Bir gün, Qərbin sənət, ədəbiyyat və siyasət çervələrində bir bomba partladı: “ROGER GARAUDY İSLAMI SEÇDİ!“ Xəbər agentliklərinin telekslərində dünyaya yayılan bu xəbərlə, Kreml möhtəşəm sarsıldı. Çünki Kreml, Fransa`dakı komunistlərin ən böyük ağıl xocasını itirdi. Garaudy yaxından tanınan bir elm adamı idi. Son illərdə Marksizm onun qələmindən yayılırdı.

    Baxın ROGER GARAUDY nə deyir: “İslam, çağları arxasınca sürükləyən bir dindir. Digər dinlər isə, çağların arxasında süründü. Yəni, İslam xaricində bütün dinlər zamana uyduruldu. Reforma məruz qaldı. Müqəddəs kitablar zamana görə təhrif edildi. Qurani-Kərim isə, endirildiyi gündən bəri zamana hökm etdi. O, zamanı deyil zaman onu izlədi. Zaman yaşlandıqca o gəncləşdi. Bu, çağlar – üstü bir hadisədir. Bu günə kimi, bu qədər savaşların buraxdığı qorxunc, sosial, siyasi və iqtisadi sarsıntılardan da böyük hadisədir. İslam materializmə də, pozitivistlərin görüşünə də, eqzistansialistlərə də hakimdir. Amma bunların heç biri, İslama hakim deyil.

    İslamın Peyğəmbəri; “Sabah öləcəkmiş kimi axirətə, heç ölməyəcəkmiş kimi dünyaya çalışın!” deyərkən, hər şeyi anlatmışdır. İslam həm maddəyə, həm də mənaya hökm etmişdir. Bu halda , bunların ikisi bir-birindən qoparıla bilməz. Necə qoparıla bilər ki, İslam; “Elm Çində də olsa onu gedib tapın”, “ Elm və fən möminin itmiş malıdır, axtar və tap” deyir. Elmin və çalışmanın burada sərhədi yoxdur. İslam, dünyanı qucaqlayan bu iki hadisəyə sərhəd qoymadığına görə, dünyanı qucaqlamışdır.

    İnsanı, məxluqların əfdalı və ən şərəflisi olaraq bildirərkən, onun sömürülməyəcəyini anlatmışdır. İsrafı, lovğalığı və lüksü qadağan edən, qazancı alın tərindəki damlacıqlarda axtaran, yığılan sərmayəni kasıba ölçülü və əxlaqi hökmlər çərçivəsində ötürən, faizi, təmbəlliyə səbəb olduğu üçün qadağan edən və qeyri – legal sərvəti beləcə aradan qaldıran bir sistemlər məcmusudur. İslam, xəlifə ilə yoxsulun eyni haqqa sahib olmasını məcbur qılmışdır. Dəvə hadisəsi var ki, bu kralların qılınclarından da kəskin hadisədir. Hz. Ömər ilə qulluçusu bir şəhərdən digərinə gedərkən dəvəyə növbə ilə minirlər. Dəvənin yüyənini bir az xəlifə tutur, bir az da qulluqçu... Bax ədalət və hüquqda İslamın inqilabıdır bu.
    Marksizm ilə kapitalizmin ikisi də, insanı sömürən sistemlərdir. İslam bunlara qarşı, insana prestijini bağışlayan bir səmavi dindir.” dedi.

    Garaudy 20-dən artıq kitab yazıb, bəziləri:
    Do we need God? (Avons-nous besoin de Dieu?)
    God is dead (Dieu est mort)
    The grandeur and decadences of Islam
    Islam and integrism
    Call to the living
    Who do you say that I am?
    Towards a war of religion
    Founding Myths of Modern Israel (also translated as Founding myths of the Israeli policy and Mythical foundations of Israeli policy)
    Western Terrorism (Le Terrorisme Occidental)


    "Birlik-Press" qəzeti

    Категория: Dünyada | Просмотров: 2155 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Təqvim
    «  Oktyabr 2008  »
    B.eÇ.aÇC.aCŞB
      12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031
    Linklər