TƏHARƏTİN HÖKMLƏRİ MÜTLƏQ VƏ MÜZAF SUMəsələ: 18. Su ya mütləqdir, ya müzaf. Müzaf su başqa bir şeydən alınan (gülab, qarpız suyu və s.), və ya başqa bir şeylə qarışan suya deyilir. Məsələn, müəyyən miqdar palçıq və s. kimi şeylərlə qarışıq olan və daha ona su deyilməyən sular. Bundan qeyrilərinə isə mütləq su deyilir və beş qismdir: 1-kürr suyu; 2-qəlil (az) su; 3-axar su; 4-yağış suyu; 5-quyu suyu.
1-KÜRR SUYUMəsələ: 19. Kürr suyu o suya deyilir ki, eni, uzunluğu və hündürlüyü üç qarış yarım olan qabı su ilə doldursalar və onun çəkisi də yüz iyirmi səkkiz Təbriz “mən” ölçüsündən iyirmi misqal az olsun (təqribən 386 kq).
Məsələ: 20. Əgər nəcasətin eyni (bovl və qan kimi) kürr suya dəysə və onun vasitəsi ilə suyun rəngi, iyi və ya dadı dəyişsə, su nəcis olar. Amma əgər dəyişməsə, nəcis olmaz.
Məsələ: 21. Əgər kürr suyun iyi nəcasətdən başqa bir şeyin vasitəsi ilə dəyişsə nəcis olmaz.
Məsələ: 22. Əgər nəcasətin eyni (qan kimi) kürrdən çox olan suya dəysə (qarışsa) və onun bir hissəsinin iyi, rəngi və ya dadı dəyişsə, bu halda: dəyişməyən hissə kürrdən az olarsa, suyun hamısı nəcisdir; yox əgər dəyişməyən hissə kürr qədər, yaxud ondan çox olarsa, təkcə rəngi, iyi, yaxud dadı dəyişən hissə nəcis olar.
Məsələ: 23. Əgər fəvvarə suyu kürr suyuna birləşmiş olsa nəcis suyu paklayar. Amma damcı-damcı nəcis suyun üstünə tökülsə onu paklamaz. Əgər fəvvarənin üstünə bir şey qoysalar və damcı-damcı olmazdan əvvəl nəcis suya birləşsə (pak edər). Ehtiyat-vacibə görə gərək fəvvarə suyu nəcis suyu ilə qarışsın.
Məsələ: 24. Əgər nəcis bir şeyi kürrə birləşmiş olan krantın altında yusalar, onda o şeydən çıxan su kürrə birləşmiş olsa və nəcasətin iyini, rəngini və ya dadını özünə götürməsə pakdır.
Məsələ: 25. Əgər kürr suyunun bir hissəsi buz bağlasa və qalan hissə isə kürr qədərində olmasa, bu halda ona nəcis dəysə hamısı nəcis olur; və buz əriyib su olduqca nəcis olur.
Məsələ: 26. İnsan əvvəlcə kürr miqdarında olan suyun o miqdardan azalıb-azalmaması barədə şəkk etsə, kürr suyu kimidir; yə”ni nəcasəti paklayır və ona bir nəcis şey dəyəndə nəcis olmur. Həmçinin, əvvəlcə kürrdən az olan suyun kürr qədərinə çatıb-çatmaması barədə şəkk etsə, o su kürr suyu hökmündə deyil.
Məsələ: 27. Suyun kürr olması iki yolla mə”lum olar:
1-İnsanın özü üçün yəqin, yaxud xatircəmlik hasil olsun.
2-İki adil kişi xəbər versin.
2-QƏLİL SUMəsələ: 28. Qəlil su–yerdən qaynamayan və kürrdən də az olan suya deyilir.
Məsələ: 29. Əgər qəlil su nəcis şeyin üstünə tökülsə, yaxud nəcis şey o suya dəysə, su nəcis olar. Amma əgər yuxarıdan nəcis bir şeyin üstünə tökülsə o şeyə dəyən miqdarı nəcis, yuxarıda olan hissəsi isə pakdır. Həmçinin əgər fəvvarə kimi təzyiqlə aşağıdan yuxarı getsə və nəcasət onun yuxarı hissəsinə toxunsa, aşağı hissəsi nəcis olmaz; amma aşağı hissəsinə dəysə, yuxarısı da nəcis olar.
Məsələ: 30. Nəcis şeyin üstünə tökülüb ondan ayrılan qəlil su da nəcisdir. Həmçinin əqva nəzərə görə nəcis şeyin üstündə olan nəcasətin eyni aradan qaldırıldıqdan sonra nəcis olmuş şeyi suya çəkmək üçün tökülən və ondan ayrılıb axan qəlil sudan ictinab etmək (qorunmaq) lazımdır. Amma bovl və qaitin məxrəcini yumaq üçün istifadə olunan su beş şərtlə pakdır:
1-Nəcasətin iyini, rəngini, yaxud dadını özünə götürməmiş olsun;
2-Xaricdən ona başqa nəcasət dəyməmiş olsun;
3-Bovl və ya qaitlə birlikdə başqa bir nəcasət (qan kimi) çölə gəlməmiş olsun;
4-Qaitin zərrələri suda olmasın;
5-Nəcasət məxrəcin ətrafına adi qaydadan çox yayılmamış olsun.
3-AXAR SUMəsələ: 31. Axar su o suya deyilir ki, müəyyən bir mənbədən cərəyana başlasın və axarı olsun (çeşmə və kəhrizlərin suyu kimi).
Məsələ: 32. Əgər axar su kürrdən az olsa və nəcasət ona dəysə, nə qədər ki, iyi, rəngi, yaxud dadı nəcasətin vasitəsi ilə dəyişməyib, pakdır.
Məsələ: 33. Əgər nəcasət axar suya dəysə, nəcasətin vasitəsi ilə iyi, rəngi və ya dadı dəyişən qədəri nəcisdir və çeşməyə birləşən tərəf, hətta kürrdən az da olsa, pakdır. Sair arx (nəhr) suları əgər kürr miqdarında olsa, yaxud (rəngi, iyi, dadı) dəyişməyən su vasitəsi ilə çeşmə tərəfinə birləşsə pak, əks halda nəcisdir.
Məsələ: 34. Axarı olmayan, amma hər dəfə su götürdükdə yenidən qaynayan çeşmə suyuna nəcasət dəysə, nə qədər ki, onun rəngi, iyi, yaxud dadı nəcasət vasitəsi ilə dəyişilməyib, pakdır.
Məsələ: 35. Çayın kənarında yığışan və axar suya birləşən suya nəcasət dəysə, nə qədər ki, rəngi, iyi və dadı nəcasətin vasitəsi ilə dəyişməyib pakdır.
Məsələ: 36. Qışda qaynayan, yayda isə quruyan çeşmə yalnız qaynadığı vaxtda axar su hökmündədir.
Məsələ: 37. Hamamın hövuzunun suyu, hətta kürrdən az olsa və kürr miqdarında olan su anbarına birləşsə, axar su hökmündədir.
Məsələ: 38. Hamamın, habelə böyük binaların krant və duşlarından axan suyun boruları kürr suyuna birləşmiş olsa axar su hökmündədir.
Məsələ: 39. Yerdən qaynamayan, amma yerin üzündə cərəyanda olan su kürrdən az olsa və ona nəcasət dəysə, nəcis olar. Amma əgər yuxarıdan aşağı tökülsə və nəcasət onun aşağı hissəsinə dəysə, yuxarı hissəsi nəcis olmaz.
4-YAĞIŞ SUYUMəsələ: 40. Əgər üstündə nəcasətin eyni olmayan nəcis bir şeyə bir dəfə yağış yağsa, yağışın dəydiyi yerlər pak olur və paltar-palaz və bu kimi şeyləri (yağış dəyəndən sonra) sıxmaq lazım deyil, amma iki-üç damcı yağış yağması kifayət deyil: elə yağmalıdır ki, “yağış yağır” deyilsin.
Məsələ: 41. Əgər yağış nəcasətin üstünə yağıb başqa yerə sıçrasa, bu halda nəcasətin eyni o damcılarla birlikdə olmasa və nəcasətin iy, rəng və dadını özünə götürməsə pakdır. Deməli əgər yağış qanın üstünə yağıb başqa yerlərə sıçrasa, bu halda qanın zərrələri sıçrayan suda olarsa, yaxud o su qanın rəng, iy, yaxud dadını özünə götürərsə, nəcisdir.
Məsələ: 42. Əgər binanın tavanında, yaxud damın üstündə nəcasətin eyni olsa, yağışın dama yağdığı müddətdə nəcis şeyə dəyib tavandan, yaxud navalçadan axan su pakdır. Yağış dayanandan sonra axan suyun nəcis şeyə dəyməsi mə”lum olsa nəcisdir.
Məsələ: 43. Nəcis torpağın üstünə yağış yağsa, pak olur. Əgər yağış pak yerin üstünə yağıb, axmağa başlasa və tavanın altında olan nəcis yerə dəysə oranı da paklayar.
Məsələ: 44. Nəcis torpaq yağış suyu vasitəsi ilə palçıq olsa və su onun hər yerini əhatə etsə, pak olar.
Məsələ: 45. Əgər yağışın suyu bir yerdə toplansa, hətta kürrdən az olsa da, yağış yağan müddətdə nəcis şeyi onda yusalar və nəcasətin rəng, iy, yaxud dadını özünə götürməsə, o nəcis şey pakdır.
Məsələ: 46. Əgər nəcis torpağın üstünə salınmış pak xalçanın üzərinə yağış yağıb nəcis yerə keçsə, xalça nəcis olmaz, nəcis torpaq da paklanar.
Məsələ: 47. Əgər yağış suyu, yaxud başqa bir su çuxur yerdə yığılsa və kürrdən az olsa, yağış kəsiləndən sonra ona bir nəcasət dəysə, nəcis olar.
5-QUYU SUYUMəsələ: 48. Yerdən qaynayan quyu suyu, kürrdən az olsa da belə, nəcasət ona dəyəndə, nə qədər ki, rəngi, iyi və ya dadı nəcasətin vasitəsi ilə dəyişməyib, pakdır. Amma müstəhəbdir ki, bə”zi nəcasətlər quyu suyuna dəyəndə (düşəndə) sair kitablarda müfəssəl şəkildə deyilən qədər o quyunun suyundan çəksinlər.
Məsələ: 49. Əgər quyuya müəyyən bir nəcasət tökülsə, və onun rəngini, iyini və ya dadını dəyişsə, o vaxt pak olar ki, quyudan qaynayan su, onunla qarışsın və onun səbəbi ilə suda baş verən dəyişikliklər aradan getsin. |