Cüme, 27.12.2024, 04:20
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6954
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Meqaleler kataloqu

    Главная » Статьи » Tarix

    Səlib yürüşləri
    Tarixdə 200 ilə qədər dövrü əhatə edən "Səlib yürüşləri" yeddi hissədən ibarətdir. Bu müharibələrin əsas səbəbini, xristian dünyasının, müsəlmanların qərbə doğru irəliləyişindən intiqam almaq, islamın məhvinə nail omaqla behiştə getmək kimi etiqadların olmasına rəğmən, tarixçilər onun əsas səbəbini avropalıların müsəlmanların sərvətinə tamah salmaqda və Fələstinin (Beytül-Müqəddəsin) işğalında görürlər.Ilk yürüş 1095-ci ildə baş verмişdi. Bu dövrdə Avropa kilsəsi zalım idarəetmə mərkəzi idi. Papa müharibəni başlamaq üçün hiyləgərlik etdi. Keşişlər Isanın(ə) Qüdsdə (Beytül-Müqəddəsdə) zühur etməsini elan etdilər. Bu səbəbdən xristianlar həzrət Isanın(ə) zühuruna tamaşa etmək üçün Qüdsə yollandılar və keşişlər zühurun vədəsini növbəti ilə artırdılar. Bu əsanada keşişlərdən biri 700 ziyarətçi ilə Qüdsə yollandı və Qibres yarımadası yolu ilə Avropaya qayıdıb müsəlmanların ona mane olduğu barədə şayə yayır. Bununla da iki əsr davam edən müharibəni odunu alışdırır.Xristianlar Qüdsə doğru hərəkət edirlər və üç il müharibədən sonra onlardan ancaq 40 min nəfər Beytül-Müqəddəsə yetişir. Qalanları ya müharibədə ölür, ya da xəstəlkdən məhv olurdular. Uzun mühasirə və ağır döyüşdən sonra xristianlar Qüdsü aldılar və əllərinə keçən hər şeyi qarət edib apardılar. Onların sərkərdəsi və sonralar Qüdsün kralı olan Qudafer papaya yazdığı raportda deyir: "Beytül-Müqəddəsdə əlimizə keçən düşmənlər ilə nə etdiyimi bilmək istəsən, bunu bil ki, bizim əsgərlərimiz Süleyman məbədində müsəlmanların qan gölündə döyüşürdülər və qan atlarımızın üzəngisinə dəyirdi."Beləliklə, xristianlar 90 ilə kimi Qüdsdə hakim oldular. Ikinci xaç müharibəsinin sonunda Islam aləminin böyük qəhrəmanı olan Səlahəddin Əyyubi səlibçiləri tar-mar etdi. Qüdsü alıb və xristianları Fələstin, Suriya, Əlcəzair və s. ölkələrdən kənara atdı.Səlibçilərin yardımçı qüvvələrinin qoşulması ilə 3-cü səlib yürüşü (1189-1192) başlandı. Qüdsün əldən çıxmasını xristianlara təhqir bilən papa cihad fərmanı verdi. Imperialistlər, keşişlər bu məğlubiyyətə görə ixtilaflarını kənara qoydular. Fransa və Ingiltərə kralları şəxsən müharibəyə gəldilər.Səlahəddin Əyyubi öləndən sonra Əyyubilər sülaləsi davam etdi. Avropada isə papa Enyusan cihad elan etdi. Müharibə yenidən başlandı. Xristianların Konstantinopolu alması ilə dördüncü müharibə başa çatdı.Beşinci müharibə (1217-1221) yenə də papа Enyusanın təhriki ilə başlandı və xristianların məğlubiyyəti ilə nəticələndi.Altıncı müharibə papа Onuryusun təhriki ilə baş verdi. Alman kralı Fredrik əvvəl papanın təklifini qəbul etdi və sonra peşman oldu. Papa onu kafir elan etdi. Fredrik isə papanı həbs etdirdi və özü isə Qüdsə yollandı. Əyyubilərin öz aralarında şiddətli ixtilaflar nəticəsində müsəlmanlar xristianlar ilə sülh müqaviləsi bağlayıb Qüdsü onlara verdilər. Məscidül-Əqsa müsəlmanların əlində qaldı.Nəhayət yeddinci müharibə Sen Lunanın 1248-ci ildə Misirə hücum etməsi ilə başlandı. Yeddinci müharibədən sonra Əyyubilərin son padşahı öldü və qulamlar hakimiyyətə gəldilər. Beytül müqəddəs də onların əlində idi. Onlar müsəlman ölkələrinə hücum edən monqollarla döyüşüb onları məğlub etdilər. Eyni zamanda xristianları da Əxa məntəqəsində ağır məğlubiyyətə uğratdılar. Digər tərəfdən türklərin uzunsürən mübarizəsindən sonra Osmanlı sülaləsinin banisi Osman Qazi hökumət qurdu. Onun ölümündən sonra Osmanlı sülaləsi davam etdi. Nəhayət növbə Sultan Mahmud Fatehə yetişdi. O, 1453-cü ildə xristianların mühüm mərkəzi olan Bizansın paytaxtı Konstantinopolu (Iсtanbul) ələ keçirdi. Səlibçiləri geri qaytarıb Avropa, Аsiya və Afrikayadək irəlilədi. Konсtantinopol 500 il Osmanlı imperiyasının paytaxtı oldu. O dövrdə sənətkarlıq, ədəbiyyat, memarlıq, şəhərsalma və s. sahələrdə Osmanlıda mühüm inkişaflar oldu və Avropa dövlətləri daima onlardan qorxuda idilər.Azərbaycanda da Səfəvilər sülaləsi hakimiyyətə gəldikdən sonra və avropalıların gizli və aşkar fitnələri nəticəsində Səfəvilərlə Osmanlı arasında qanlı müharibələr baş verdi. Avropada elmi və mədəni inqilablar baş verdiyi bir zamanda Islam dünyasında böyük bir ayrılıq yarandı. Müsəlmanların qüdrəti bu uzun müharibələrdə zəiflədi. Onlar islam mədəniyyətini müdafiə etməkdənsə, öz daxili müharibə və təriqət ixtilaflarına meyl edərək elmi və texniki tərəqqi baxımından geridə qaldılar.Bu gün də Islam dövlətlərində missioner təşkilatlar fəaliyyət göstərərək təriqət ixtilafları salır və müsəlmanlın arasında düşmənçilik toxumunu səpərək onların hər cəhətdən geridə qalması və zəifləməsi üçün əllərindən gələni edirlər. Məhz bu məqsədlə də onlar vahhabi ünsürləri ortaya ataraq onları əsl islamçılar kimi qələmə verir və onların çürük ideyalarından istifadə edərək, tarixi keçmişimizi, əsl islam meyarlarını, islam dəyərlərini bizlərə unutdurmaq istəyirlər. Çünki tarixini unudan xalqı və milləti əzmək və məhv etmək daha asandır. Bizim isə bu gün bir müsəlman kimi vəzifəmiz vəhdət yaratmaq, müsəlmanları birliyə, qardaşlığa çağırmaqdır. Qurani-Kərim buyurur: "Siz vahid ümmətsiniz."
    Категория: Tarix | Добавил: media-islam (12.08.2008)
    Просмотров: 1885 | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər