Cüme axşamı, 02.05.2024, 04:06
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 10 » İSRAİL EHALİSİNİN 96%-i ÖZLERİNİ TEHLÜKEDE HİSS EDİR
    14:04
    İSRAİL EHALİSİNİN 96%-i ÖZLERİNİ TEHLÜKEDE HİSS EDİR
    İsrail qəzeti olan "Haartes"də dərc edilən və işğal olunmuş Fələstində keçirilmiş ən son rəy sorğusunun nəticələrindən məlum olmuşdur ki, İsrail əhalisinin 96%-i müxtəlif məsələlərə görə, özlərini təhlükədə hiss edirlər



          İsrailin yaranmasından 60 il keçdiyinə baxmayaraq, israillilər özlərini hələ də təhlükəsiz bir şəraitdə hiss etmirlər. Rəy sorğusuna görə, israillilərin 34%-i İranın nüvə silahını əldə etməsi ehtimalından, 22%-i iqtisadi böhrandan və 21%-i isə Livanla yeni bir müharibənin başlana biləcəyindən təşvişdədirlər. Rəyi soruşulan israillilərin 14%-i müxtəlif məsələlər toplusundan daimi qorxu hissi keçirir. Onların 4%-isə ümumiyyətlə hansı məsələnin qorxmalı olduğunu bilmədiklərini və yalnız əhalinin yerdə qalan 4%-i heç bir şeydən qorxmadıqlarını bildirmişlər.

        Hərbi məsələlər üzrə ekspert İfraim Kam, İrandan qorxu məsələsinə toxunaraq, bildirmişdir: "İran və nüvə məsələsi, Bizi (İsraili) mövcudluğumuzla əlaqədar qorxu içində yaşadığımız ötən illərə qaytrardı".

         Hərbi ekspert, İsrailin mövcudluğunu hədələyən müxtəlif təhlükələrə toxunaraq, burada; İran, günü-gündən artmaqda olan fələstinli sakinlərin sayını, eləcə də "Həmas"ın güclənməsi və onun raketlərinin İsraili hədəfə alması kimi faktorlrı, İsrailə qarşı yonələn ciddi təhlükələr kimi xarakterizə etmişdir.

        "Atamdan mənə qalan miras, çıxılmaz vəziyyətdə olan bir dövlət olmuşdur. Mənim də övladlarıma buraxacağım miras, sual işarəsindən başqa heç nə olmayacaqdır". Bu sözlər isə israilli sosioloq Yekifa Əldara məxsusdur.

        Sözügedən rəy sorğusunun nəticələrindən həmçinin məlum olmuşdur ki, İsrail sakinlərinin 52%-i İsraildən köçəcəklərini istisna etmir və onların yalnız 32%-i heç bir halda İsraili tərk etməyəcəklərini bildirir. Respondentlərin 24%-i isə bildirmişlər ki, İsrailin gələcəyinin güvənli olmaması və övladlarının gələcəyindən nigaranlıq hissi, onları İsraili tərk etməyə məcbur edə bilər.

        İsraillilərin 12%-i mövcud təhlükəsizlik vəziyyəti, eləcə də müharibə qorxusunu, İsraili tərk etmə səbəblərindən biri kimi vurğulayırlar. Sorğu respondentlərin 10%-i isə, uyğun işlə təmin olmadıqlarını İsraili tərk etməyə məcbur edən bilən amil kimi hesab edirlər.

        Bu rəy sorğusunun davamında qeyd edilmişdir ki, israillilərin 30%-i öz həyat və məişətlərinin vəziyyəti ucbatından, israilli olduqlarından utanc hissi keçirdiklərini vurğulamışlar.
    Категория: Dünyada | Просмотров: 1852 | Добавил: media-islam | Рейтинг: 0.0/0
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər