Şenbe, 04.05.2024, 16:28
Приветствую Вас Qonaq | RSS

islam dini

Bölmələr
    Şiə cavabları
    Sorğu
    Saytı qiymetlendirin
    Cəmi cavab: 6951
    Sayğac

    Onlayn: 1
    Qonaq: 1
    İsifadeçi: 0
    Форма входа

    Главная » 2008 » May » 23 » “Al-Qaide” ile ElaqEdE olan Azerbaycan vetendaşlarının mehkemesi başlayır
    14:23
    “Al-Qaide” ile ElaqEdE olan Azerbaycan vetendaşlarının mehkemesi başlayır
     
    cinayət işi üzrə hazırlıq iclası mayın 30-da hakim Əflatun Qasımovun sədrliyi ilə keçiriləcək

     

    Azərbaycanda qanunsuz silahlı birləşmə yaradan “Əl-Qaidə” və “Əl-Cihad” beynəlxalq terrorçu təşkilatlarla əlaqəli olan ərəb mənşəli, “Əbu Cəfər” ləqəbli şəxs və onun rəhbərlik etdiyi 17 nəfərlik dəstənin məhkəməsi başlayır. Cinayət işinin istintaqı yekunlaşdırılaraq baxılması üçün Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəməyə göndərilib.

    Məhkəmədən ANS PRESS-ə verilən məlumata görə, cinayət işinə hakim Əflatun Qasımovun sədrliyi ilə mayın 30-da hazırlıq iclası keçiriləcək. Məhkəmədə cinayət işi üzrə “Əbu Cəfər” və qrupun digər üzvləri - Mirzə Babayev, Qədir Hacıyev, Vüqar Əliyev, Emin Cami, Loğman Muradov, Habil Məsməliyev və Pərviz Kərimov, Vidadi Kərimov, Adil Gərayxanov, Vitali Ağaməmmədov, Asəf Həzərov, Daniyal Abuyev, Rafael Rəhimov və “Əbdul Malik” və “Hacı” ləqəbləri ilə tanınan Elçin Əlimirzəyev və digərlərinin işinə baxılacaq. Cinayət işinin istintaqı MTN İstintaq Baş İdarəsi tərəfindən aparılıb. Dəstə üzvlərinə qarşı AR Cinayət Məcəlləsinin 279.2-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı qrup), 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiqetmə), 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun dəstləşdirici hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldəetmə, başqasına vermə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə ittiham irəli sürülüb.
    Qeyd edək ki, dəstə üzvləri 2007-ci ilin oktyabr-noyabr aylarında MTN tərəfindən keçirilən əməliyyat nəticəsində həbs olunsalar da, “Əbu Cəfər” dəfələrlə qaçamağa müvəffəq olub. Ötən il noyabrın 2-3-də MTN-in “Qartal” Xüsusi Təyinatlı Dəstəsi tərəfindən nəticəsində qrupun bir neçə üzvü ilə birlikdə “Əbu Cəfər” həbs olunub. Həmin qrupun zərərsizləşdirilməsi üzrə hüquq mühafizə orqanları tərəfindən keçirilən birgə tədbirlər zamanı ötən il sentyabrın 26-da qrup üzvlərindən biri - Qusar rayon sakini, 1975-ci il təvəllüdlü Telman Abdullayev odlu silahdan atəş açaraq iki polis əməkdaşını yaralayıb hadisə yerindən qaçıb.


    Anar Məmmədov /ANS PRESS/

    Категория: ÖLKƏMİZDƏ | Просмотров: 1403 | Добавил: media-islam | Рейтинг: 1.0/1
    Всего комментариев: 0
    Добавлять комментарии могут только зарегистрированные пользователи.
    [ Регистрация | Вход ]
    Axtar
    Linklər